https://sputnik.az/20241213/tikinti-sirketleri-insaat-zamani-tesdiqlenmis-layiheleri-deyisirler---deputatdan-sos-469391214.html
Tikinti şirkətləri inşaat zamanı təsdiqlənmiş layihələri dəyişirlər - Deputatdan SOS
Tikinti şirkətləri inşaat zamanı təsdiqlənmiş layihələri dəyişirlər - Deputatdan SOS
Sputnik Azərbaycan
Deputat bildirib ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr daşınmaz... 13.12.2024, Sputnik Azərbaycan
2024-12-13T14:47+0400
2024-12-13T14:47+0400
2024-12-13T14:53+0400
tikinti
cəmiyyət
inşaat
bəxtiyar əliyev
reyestr
daşınmaz əmlakın dövlət reyestr xidməti
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0d/465361058_0:157:3083:1891_1920x0_80_0_0_03ba5c9c19d821baf6ba667e30b69b02.jpg
BAKI, 13 dekabr— Sputnik. "Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb". Bunu Milli Məclisin iclasında deputat Bəxtiyar Əliyev deyib. O bildirib ki, bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb, əmlakın dövlət reyestrində qeydiyyat məsələlərini həll edirlər və mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reyestri xidmətindən çıxarışların alınmasında heç bir problem olmur: Deputat təəssüflə bildirib ki, bəzi şirkətlər mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın. "Bu imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməsin, vətəndaşların hüquqları qorunsun" - Bəxtiyar Əliyev əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0d/465361058_176:0:2907:2048_1920x0_80_0_0_162a945d4545e5ed834329f999b480fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tikinti, inşaat, bəxtiyar əliyev, reyestr, daşınmaz əmlakın dövlət reyestr xidməti
tikinti, inşaat, bəxtiyar əliyev, reyestr, daşınmaz əmlakın dövlət reyestr xidməti
Tikinti şirkətləri inşaat zamanı təsdiqlənmiş layihələri dəyişirlər - Deputatdan SOS
14:47 13.12.2024 (Yenilənib: 14:53 13.12.2024) Deputat bildirib ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın.
BAKI, 13 dekabr— Sputnik. "Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb".
Bunu Milli Məclisin iclasında deputat Bəxtiyar Əliyev deyib.
O bildirib ki, bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb, əmlakın dövlət reyestrində qeydiyyat məsələlərini həll edirlər və mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reyestri xidmətindən çıxarışların alınmasında heç bir problem olmur:
"Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələri olub, cinayət işləri qaldırılıb. Eyni zamanda bəzi şirkətlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişiklik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və Komitə tərəfindən təsdiq edilmiş layihələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir".
Deputat təəssüflə bildirib ki, bəzi şirkətlər mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın.
"Bu imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməsin, vətəndaşların hüquqları qorunsun" - Bəxtiyar Əliyev əlavə edib.