CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çağırışçılarla bağlı məlumatın vaxtında təqdim edilməməsinə görə cərimə artırılır

© AR Ministry of DefenceAzərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib  - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə edilib.
BAKI, 13 dekabr — Sputnik. Çağırışçılar və hərbi vəzifəlilərlə əlaqədar məlumatların müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə cərimələr artırılır.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə ediləcək.
AZAL - Sputnik Azərbaycan, 1920, 13.12.2024
HƏRBİ
Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq
Xəbər lenti
0