Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq

AZAL - Sputnik Azərbaycan, 1920, 13.12.2024
Abunə olmaq
Müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.
BAKI, 13 dekabr — Sputnik. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırıldığı hallar artır.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.
Qeyd edək ki, mövcud Miqrasiya Məcəlləsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
-Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək,
-müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək,
-məhkum edildikdə – Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək,
-vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə,
-Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək və digər hallarda.
Zakir Həsənov azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb - Sputnik Azərbaycan, 1920, 13.12.2024
HƏRBİ
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir
Xəbər lenti
0