DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyada çörək, benzin və qaz kartları ləğv edildi

© Getty Images / dia imagesSuriya
Suriya - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Suriyada əhali çörək, benzin və qaz almaq üçün dar gün üçün saxladığı əşyaları satmaq məcburiyyətindədir.
BAKI, 10 dekabr — Sputnik. Suriyada ölkə vətəndaşlarının çörək, benzin və qazı ucuz qiymətə ala bilməsi üçün dövriyyədə olan əmtəə kartlarının fəaliyyəti dayandırılıb. Latakiyanın sakinlərindən birinin dediyinə görə, indi suriyalılar bu malları dəfələrlə baha satılan açıq bazardan almaq məcburiyyətindədirlər.
Əvvəlki hakimiyyət dövrində ölkədə virtual dövlət kartları fəaliyyət göstərirdi. SMS göndərərək insanlar müəyyən miqdarda çörək, benzin, habelə məişət ehtiyacları üçün bir qaz balonu ala bilirdi. Bazarda bütün bu məhsulları istənilən vaxt əldə edilə bilərdi, amma onlar dəfələrlə baha qiymətə satılırdı.

"Artıq çörək, qaz və benzin üçün kartlar ləğv edilib. Hər şey çox bahalaşıb. Çörək dövlət qiymətinə görə, 500 (Suriya) funta idi, indi - 4 min. Bir balon qaz 18 min idi, hər 2-3 ayda bir verilirdi, indi 150 mindir" - deyə şəhər sakini bildirib.

Zəruri malları əldə etmək üçün sakinlər dar gün üçün yığdığı malları satmaq məcburiyyətindədir.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət nümayəndələri Dəməşqdə dövlət televiziyasını ələ keçirərək, ölkəyə nəzarəti bərqərar etdiklərini efirdə elan ediblər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb və silahlı müxalifətin rəhbərliyi ilə əlaqə qurub.
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Suriya prezidenti Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək ölkəni tərk edib, Rusiya danışıqlarda iştirak etməyib. Əsədin ailəsi ilə birlikdə Moskvaya gəldiyi söylənilir. Məlumata görə, Rusiya Federasiyası onlara sığınacaq verib.
Bəşər Əsəd həyat yoldaşı ilə - Sputnik Azərbaycan, 1920, 09.12.2024
YAZARLAR
Niyə heç kim Əsəd hakimiyyətini xilas etmədi
Xəbər lenti
0