Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyalar artırılacaq - Ekspert

© Sputnik / Elvin AhmadPensiya
Pensiya - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Ruslan Atakişiyev bildirib ki, büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosialyönümlü xərclər 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılacaq.
BAKI, 9 dekabr — Sputnik. Gələn ilin dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat proqnozlaşdırılır. Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək. Eyni zamanda, sosial tədbirlər paketi həyata keçiriləcək.
Bunu Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində gələn ilin dövlət büdcəsi ilə bağlı danışan "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
© Sputnik / Murad OrujovRuslan Atakişiyev
Председатель Центра изучения экономических ресурсов Руслан Атакишиев - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Ruslan Atakişiyev
Pensiyalar artırılacaq
O bildirib ki, gələn il üçün əmək pensiyaları artırılacaq. Bütün növ əmək pensiyaları hər il indeksləşdirilərək artırılır:

"Mövcud qanunvericiliyə əsasən, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu, o deməkdir ki, 2025-ci ilin yanvar ayında əmək pensiyalarındakı artımlar 2024-cü ildəki orta aylıq nominal əməkhaqqının illik artım faizinə uyğun olaraq həyata keçiriləcək. 2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının artırılması gözlənilir".

Büdcədə neftin qiyməti 70 dollardan götürüləcək
Ekspert qeyd edib ki, gələn ilin büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq:
"Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürüləcək. 2025-ci ildə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 5 dollar azdır. Belə ki, builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan götürülüb".
© AP Photo / Sergei GritsNeft
Вид на Баку - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Neft
Müdafiə xərcləri artırılır
O bildirib ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur:

"Dövlət başçısının göstərişinə əsasən, müdafiə və təhlükəsizlik xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 6,6 milyard manatdan 8,4 milyard manata çatdırılıb. Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır. Hələ də regionda daimi sülhə nail olunmayıb. Ona görə də Azərbaycan müdafiə qabiliyyətini daha da artırır".

"Azərbaycan daxili borclanmaya üstünlük verir"
Ekspert qeyd edib ki, 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 51 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək. Azərbaycan daxili borclanmaya üstünlük verir.
Təhsil və səhiyyə xərcləri artırılır
O bildirib ki, büdcə layihəsində təhsil xərcləri 4,9 milyard manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 8,7 faiz çoxdur:

"Elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 3,5 faiz yüksəkdir. Səhiyyə xərcləri üçün 1,9 milyard manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 7,1 faiz çoxdur".

Xatırladaq ki, dekabrın 3-də Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Mətbuat mərkəzi
2025-ci ilin büdcəsi: vurğular və prioritetlər
Xəbər lenti
0