Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

2025-ci ilin büdcəsi: vurğular və prioritetlər

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
"İqtisadi Resursların Öyrənilməsi Mərkəzi"nin rəhbəri yeni büdcə və onun əsas parametrləri barədə fikirlərini bölüşəcək.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan parlamenti 2025-ci il üçün artıq ikinci oxunuşda büdcə layihəsini qəbul edib. Məlumata görə, gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat (2024-cü illə müqayisədə 5,3% artım), xərcləri isə 41 milyard 367,6 milyon manat (4,1% artım) səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin əlavə gəlirləri Dövlət Neft Fondundan transfertlərin 1,7 milyard manat - 12 milyard 781 milyon manatdan 14 milyard 481 milyon manatadək artırılması hesabına təmin ediləcək.
Yeni büdcə və onun əsas parametrləri barədə dekabrın 9-u saat 11:30-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev məlumat verəcək.
© Sputnik / Murad OrujovRuslan Atakişiyev
Председатель Центра изучения экономических ресурсов Руслан Атакишиев - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Ruslan Atakişiyev
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0