Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ ölkələri ittifaqın digər dövlətlərində qeydiyyatdan keçmiş dərmanları tanıya biləcək

© AP Photo / Elise AmendolaDərman preparatları, arxiv
Dərman preparatları, arxiv - Sputnik Azərbaycan, 1920, 09.12.2024
Abunə olmaq
Prosedura istehsalçılar üçün kommersiya baxımından cəlbedici olmayan kifayət qədər çeşiddə dərman vasitələrinin təmin edilməsi probleminin həllinə yönəlib.
BAKI, 9 dekabr - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində dərman vasitələrinin qeydiyyatının yeni proseduru peyda olacaq - səlahiyyətli orqanlar ittifaqın digər üzv dövlətlərinin bazarlarında peyda olacaq dərmanları qeydiyyatdan keçirə biləcəklər. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat yayıb.

“Arasiya İqtisadi Komissiyasının Şurası üzv dövlətin səlahiyyətli orqanının təşəbbüsü ilə digər dövlətlərdə qeydiyyata alınmış tibbi istifadə üçün dərman vasitələrinin qeydiyyatının nəticələrinin tanınması prosedurunun tətbiqi ilə bağlı Aİİ-də Dərman vasitələrinin qeydiyyatı Qaydalarına düzəlişlər layihəsini qəbul edib", - idarənin press-relizində deyilir.

Qeyd olunur ki, yeni prosedur dərman vasitələrinin analoqlarının bu dövlətin bazarında qeydiyyatı olmadıqda səlahiyyətli orqanın qərarı ilə tətbiq oluna bilər. Məlumata görə, dərman vasitələrinin qeydiyyatı rüsum ödənilmədən, lakin referent dövlətdə aparılan ekspertiza məlumatları əsasında aparılacaq.
AİK-dən bildirilib ki, yeni prosedur əczaçılıq istehsalçısı üçün kommersiya baxımından cəlbedici olmayan kifayət qədər çeşiddə dərman vasitələrinin təmin edilməsi probleminin həllinə yönəlib.

“Bu cür dərmanlar səhiyyə sistemi üçün zəruridir, çünki onlar bir qayda olaraq ya az miqdarda, ya da nadir hallarda tibbi yardım göstərmək üçün istifadə olunur”, - məlumatda deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
xaker - Sputnik Azərbaycan, 1920, 06.12.2024
İQTİSADİYYAT
Aİİ-a saxtalaşdırma ilə mübarizə üçün vahid bir yanaşma hazırlamağı təklif edilib
Xəbər lenti
0