https://sputnik.az/20241206/a-a-saxtalasdirma-ile-mubarize-ucun-vahid-bir-yanasma-hazirlamagi-teklif-edilib-469212063.html
Aİİ-a saxtalaşdırma ilə mübarizə üçün vahid bir yanaşma hazırlamağı təklif edilib
Aİİ-a saxtalaşdırma ilə mübarizə üçün vahid bir yanaşma hazırlamağı təklif edilib
Sputnik Azərbaycan
"Antikontrafakt" Beynəlxalq Assosiasiyasının prezidenti bildirib ki, aparılan böyük işlərə baxmayaraq, ittifaqda saxta məhsulların dövriyyəsinin miqyası... 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T14:15+0400
2024-12-06T14:15+0400
2024-12-06T14:15+0400
xaker
iqtisadiyyat
saxta
mal
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226442_0:0:2000:1125_1920x0_80_0_0_119e5a7efa957b3f825b798c8dee67ff.jpg
BAKI, 6 dekabr — Sputnik. "Anticontrafact" Beynəlxalq Assosiasiyasının prezidenti Vladislav Reznik Avrasiya İqtisadi Komissiyasının (AİK) nəzdində sənaye məhsullarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ekspert Məsləhət Şurasının yaradılmasını təklif edib. O qeyd edib ki, görülən böyük işlərə baxmayaraq, saxta dövriyyənin miqyası kifayət qədər ciddi olaraq qalmaqdadır. "Qiymətləndirmə təxmini olsa da, bu göstəricinin trilyonlarla rubl təşkil etdiyini söyləmək olar. Контрафакт və saxtalaşdırma malların sosial əhəmiyyətindən asılı olmayaraq istənilən növünə təsir göstərə bilər. Çox vaxt bu cəmiyyət üçün həssas nöqtələrdən olur", - deyə "Antikontrafaktın" rəhbəri qeyd edib. Reznik Rusiyada sənaye məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəriciləri açıqlatıb.. Məsələn, uşaq oyuncaqları bazarında hər üçüncü, stolüstü oyunlar arasında isə demək olar ki, hər onuncu məhsul saxtadır. Rusiyada saxta stolüstü oyunların satışından əldə olunan vəsait 2 milyard rubldan çox təşkil edir. Qida məhsullarına gəldikdə, saxta mallar hər kateqoriyada satılır. Məsələn, ayrı - ayrı ərzaq məhsullarının qanunsuz dövriyyəsi ümumi həcmin 29% - dən, konservləşdirilmiş ət-26%, bal-20%-dən çoxunu təşkil edir. Onun sözlərinə görə, kontrafakt və saxtalaşdırmaya qarşı mübarizə şəraitində, vicdanlı istehsalçıların qorunması inteqrasiya olunmuş iqtisadi suverenliyin formalaşmasında prioritetlərdən birinə çevrilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226442_331:0:1831:1125_1920x0_80_0_0_3a069ee75731258a573022e33f0f1858.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xaker, saxta, mal, avrasiya iqtisadi ittifaqı
xaker, saxta, mal, avrasiya iqtisadi ittifaqı
Aİİ-a saxtalaşdırma ilə mübarizə üçün vahid bir yanaşma hazırlamağı təklif edilib
"Antikontrafakt" Beynəlxalq Assosiasiyasının prezidenti bildirib ki, aparılan böyük işlərə baxmayaraq, ittifaqda saxta məhsulların dövriyyəsinin miqyası kifayət qədər ciddi miqyasdadır.
BAKI, 6 dekabr — Sputnik. "Anticontrafact" Beynəlxalq Assosiasiyasının prezidenti Vladislav Reznik Avrasiya İqtisadi Komissiyasının (AİK) nəzdində sənaye məhsullarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ekspert Məsləhət Şurasının yaradılmasını təklif edib.
"Görüşümüzün beynəlxalq formatını nəzərə alaraq, AİK-nın nəzdində sənaye məhsullarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində vahid yanaşmaların hazırlanması məqsədilə Ekspert Məsləhət Şurasının yaradılmasını təklif edirəm. Bu addım sahə üzrə qanunvericilik bazasının yaradılmasını tamamlamağa imkan verəcək. Ekspertlər ictimai əsaslarla işləyəcək", - deyə Reznik "Antikontrafakt" beynəlxalq forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, görülən böyük işlərə baxmayaraq, saxta dövriyyənin miqyası kifayət qədər ciddi olaraq qalmaqdadır.
"Qiymətləndirmə təxmini olsa da, bu göstəricinin trilyonlarla rubl təşkil etdiyini söyləmək olar. Контрафакт və saxtalaşdırma malların sosial əhəmiyyətindən asılı olmayaraq istənilən növünə təsir göstərə bilər. Çox vaxt bu cəmiyyət üçün həssas nöqtələrdən olur", - deyə "Antikontrafaktın" rəhbəri qeyd edib.
Reznik Rusiyada sənaye məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı statistik göstəriciləri açıqlatıb.. Məsələn, uşaq oyuncaqları bazarında hər üçüncü, stolüstü oyunlar arasında isə demək olar ki, hər onuncu məhsul saxtadır. Rusiyada saxta stolüstü oyunların satışından əldə olunan vəsait 2 milyard rubldan çox təşkil edir.
Qida məhsullarına gəldikdə, saxta mallar hər kateqoriyada satılır. Məsələn, ayrı - ayrı ərzaq məhsullarının qanunsuz dövriyyəsi ümumi həcmin 29% - dən, konservləşdirilmiş ət-26%, bal-20%-dən çoxunu təşkil edir.
""Dürüst işarə" mobil tətbiqindən istifadə etməklə malların qanuniliyi, tərkibi və mənşəyi barədə məlumat əldə etmək mümkündür. İndiyədək bu üsulla 249 milyondan çox məhsul yoxlanılıb və aşkar eriliş pozuntular barədə 187 min məlumat verilib. Bu hələ başlanğıcdır və bu istiqamətdə fəaliyyət fəal şəkildə inkişaf edir", - deyə Reznik bildirib.
Onun sözlərinə görə, kontrafakt və saxtalaşdırmaya qarşı mübarizə şəraitində, vicdanlı istehsalçıların qorunması inteqrasiya olunmuş iqtisadi suverenliyin formalaşmasında prioritetlərdən birinə çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.