https://sputnik.az/20241208/turkiye-beser-esed-rejiminin-suqutunu-tesdiqledi-suriyanin-yeniden-insasina-calisacagiq-469264494.html
Türkiyə Bəşər Əsəd rejiminin süqutunu təsdiqlədi: "Suriyanın yenidən inşasına çalışacağıq"
Türkiyə Bəşər Əsəd rejiminin süqutunu təsdiqlədi: "Suriyanın yenidən inşasına çalışacağıq"
Sputnik Azərbaycan
Hakan Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər. 08.12.2024, Sputnik Azərbaycan
2024-12-08T15:42+0400
2024-12-08T15:42+0400
2024-12-08T15:43+0400
dünya xəbərləri
hakan fidan
suriya prezidenti bəşər əsəd
suriya
bəşər əsəd
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467511134_0:0:2982:1677_1920x0_80_0_0_bdddc3f7eed4e23b2f207db3d73b2e72.jpg
BAKI, 8 dekabr - Sputnik. Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: "İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".Qeyd edək ki, prezident Bəşər Əsəd Suriyanı tərk edib. Müxalifət qüvvələri Suriyanın əsas şəhərlərini, o cümlədən, paytaxt Dəməşqi, orada yerləşən hökumət binalarını və dövlət televiziyasını ələ keçirib. Qərb KİV-ləri Bəşər Əsədi ölkədən çıxaran təyyarənin Aralıq dənizi bölgəsində radarlardan itdiyini iddia edir. Əsədin həlak olma ehtimalı yüksək hesab olunur.
https://sputnik.az/20241208/suriyada-53-illik-rejim-cokdu-beser-esed-hakimiyyeti-sona-catdi---ehali-demesqe-axisir-469262421.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467511134_145:0:2874:2047_1920x0_80_0_0_76e45223ddbc1a85b84417e6f747850e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakan fidan, suriya prezidenti bəşər əsəd, suriya, bəşər əsəd
hakan fidan, suriya prezidenti bəşər əsəd, suriya, bəşər əsəd
Türkiyə Bəşər Əsəd rejiminin süqutunu təsdiqlədi: "Suriyanın yenidən inşasına çalışacağıq"
15:42 08.12.2024 (Yenilənib: 15:43 08.12.2024) Hakan Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
BAKI, 8 dekabr - Sputnik. Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq:
"İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".
H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".
Qeyd edək ki, prezident Bəşər Əsəd Suriyanı tərk edib. Müxalifət qüvvələri Suriyanın əsas şəhərlərini, o cümlədən, paytaxt Dəməşqi, orada yerləşən hökumət binalarını və dövlət televiziyasını ələ keçirib. Qərb KİV-ləri Bəşər Əsədi ölkədən çıxaran təyyarənin Aralıq dənizi bölgəsində radarlardan itdiyini iddia edir. Əsədin həlak olma ehtimalı yüksək hesab olunur.