https://sputnik.az/20241208/suriyada-53-illik-rejim-cokdu-beser-esed-hakimiyyeti-sona-catdi---ehali-demesqe-axisir-469262421.html
Ölkədən qaçan Bəşər Əsədin təyyarəsi radarlardan itib: Onun həlak olma ehtimalı yüksəkdir
Ölkədən qaçan Bəşər Əsədin təyyarəsi radarlardan itib: Onun həlak olma ehtimalı yüksəkdir
Sputnik Azərbaycan
Hafiz Əsədin heykəlləri aşırıldı, Bəşər Əsəd ölkədən qaçdı
2024-12-08T13:55+0400
2024-12-08T13:55+0400
2024-12-08T15:35+0400
dünya xəbərləri
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
suriya
dəməşq
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/08/469260855_0:189:2552:1625_1920x0_80_0_0_a56e9252968380cb7df7b020e8b55e7d.jpg
BAKI, 8 dekabr - Sputnik. Bəşər Əsəd bir neçə ölkəyə müraciət edərək onu qəbul etməyi xahiş edib, lakin rədd cavabı alıb. Bu barədə TASS-a Suriya müxalifətindən bildirilib. Mənbə, Əsədin Afrikaya üz tuta biləcəyi qeyd edib.Suriya prezidentinin təyyarə qəzasında həlak olduğu barədə Qərb KİV-də fərziyyə irəli sürülür. "Flightradar24" portalının məlumatına görə Əsədin də olduğu ehtimal edilən təyyarə 40 dəqiqə uçuşdan sonra Hüms şəhəri yaxınlığında radarlardan itib. Məlumata əsasən bu baş verdiyi zaman layner dəniz səviyyəsindən cəmi 500 m hündürlükdə olub. Təyyarənin hazırkı yeri məlum deyil, onun vurulmasının mümkünlüyü barədə məlumat yayılıb.Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriya başçısı Bəşər Əsədin ölkədən kənarda olmasını istisna etmir.***Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir.Bu barədə “Reuters” agentliyi respublikadakı iki mənbəyə istinadən məlumat verib.Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.“O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur” – mənbələrdən biri bildirib.Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.Uçuşun təyinat məntəqəsi göstərilməyib. “FlightRadar” uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.“FlightGlobal”ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.Suriyada 53 illik rejim çökdü, Bəşər Əsəd hakimiyyəti sona çatdı - əhali Dəməşqə axışırSuriya hökuməti respublikada hakimiyyəti ələ keçirmiş silahlılardan təhlükəsizlik zəmanəti alıb.Bu barədə ölkənin rabitə naziri İyad əl-Xatib “Al Arabiya” telekanalına bildirib.“Hərbi Əməliyyatlar İdarəsindən zəmanət aldıq, silahlılar Dəməşqi nəzarətə götürdü – onlar hökumətin təhlükəsiz fəaliyyətini təmin edəcəyinə söz verib” - o, bildirib.Əl-Xətib vurğulayıb ki, Dəməşqdə qalan nazirlər xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbaqın harada olduğunu bilmirlər.Rabitə nazirinin sözlərinə görə, hökumət üzvləri iki gün ərzində öz işlərinə qayıdacaqlar.Dəməşqdə isə bayram əhval-ruhiyyəsi hökm sürür. Ölkənin hər yerindən əhali avtomobillərlə bu tarixi hadisəni qeyd etmək üçün paytaxt Dəməşqə axışır. Ölkənin müxtəlif yerlərində Əsəd rejiminin son qalaları da yıxılır. Lazkiyada rejimin qurucusu Hafiz Əsədin nəhəng heykəli camaat tərəfindən aşırılıb. ***Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali "Al Arabiya" telekanalında respublikadakı vəziyyətlə bağlı açıqlama verib. TASS əsas tezisləri toplayıb. Danışıqlar haqqında Respublika prezidenti Bəşər Əsədə tabe olan Suriya hökuməti ölkədə hakimiyyəti ələ keçirmiş silahlıların rəhbərliyi ilə danışıqlar aparır. Əsəd hökumətinin tərkibində olan suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır və hökumət qurumlarının işinə nəzarət edəcək. “Hər kəs üçün nəzərdə tutulmuş” dövlət qurumlarını qorumaq lazımdır. Baş nazir ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bəyan edib. Hökumət qüvvələrinin tabe olduğu Respublika Müdafiə Nazirliyinin fəaliyyət göstərib-işləmədiyi məlum deyil. Əsəd haqqında Suriya hökuməti Əsədin harada olduğunu bilmir. Əsədlə sonuncu təmas dekabrın 7-də axşam olub. Hökumət prezidentin rəhbərlik etdiyi təhlükəsizlik orqanlarına bağlı deyil. Respublikadakı vəziyyət haqqında Noyabrın 27-də “Cəbhət ən-Nusra” (Rusiya Federasiyasında qadağan edilmiş) ekstremist qruplaşmasının birləşmələri və onun müttəfiqləri Suriyanın şimalında Hələb və digər yaşayış məntəqələrinə genişmiqyaslı hücum həyata keçirib. Daha sonra Ərəb Respublikasının silahlı qüvvələrinin komandanlığı ordunun yenidən toparlanmaq və əks hücuma hazırlaşmaq üçün Hələbdən geri çəkilməyə məcbur edildiyi barədə məlumat verib. Dekabrın 5-də o, yaraqlıların ölkənin qərbində yerləşən eyniadlı vilayətin inzibati mərkəzi olan Həma şəhərinin bir neçə məhəlləsinə soxulduğunu elan edib. Ordunun bəyanatına görə, Həmanı əlində saxlayan hökumət qüvvələri şəhərdən çıxarılıb.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/08/469260855_67:0:2486:1814_1920x0_80_0_0_c99094b5816a73ed0ca024dd3c458cb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
suriya, bəşər əsəd, hafiz əsəd, rejim devrildi
suriya, bəşər əsəd, hafiz əsəd, rejim devrildi
Ölkədən qaçan Bəşər Əsədin təyyarəsi radarlardan itib: Onun həlak olma ehtimalı yüksəkdir
13:55 08.12.2024 (Yenilənib: 15:35 08.12.2024) Əsədin də içində olduğu ehtimal edilən təyyarə 40 dəqiqə uçuşdan sonra Hüms şəhəri yaxınlığında radarlardan itib.
BAKI, 8 dekabr - Sputnik. Bəşər Əsəd bir neçə ölkəyə müraciət edərək onu qəbul etməyi xahiş edib, lakin rədd cavabı alıb.
Bu barədə TASS-a Suriya müxalifətindən bildirilib.
Mənbə, Əsədin Afrikaya üz tuta biləcəyi qeyd edib.
Suriya prezidentinin təyyarə qəzasında həlak olduğu barədə Qərb KİV-də fərziyyə irəli sürülür.
"Flightradar24" portalının məlumatına görə Əsədin də olduğu ehtimal edilən təyyarə 40 dəqiqə uçuşdan sonra Hüms şəhəri yaxınlığında radarlardan itib. Məlumata əsasən bu baş verdiyi zaman layner dəniz səviyyəsindən cəmi 500 m hündürlükdə olub. Təyyarənin hazırkı yeri məlum deyil, onun vurulmasının mümkünlüyü barədə məlumat yayılıb.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriya başçısı Bəşər Əsədin ölkədən kənarda olmasını istisna etmir.
Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir.
Bu barədə “Reuters” agentliyi respublikadakı iki mənbəyə istinadən məlumat verib.
Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.
“O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur” – mənbələrdən biri bildirib.
Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.
Uçuşun təyinat məntəqəsi göstərilməyib. “FlightRadar” uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.
“FlightGlobal”ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.
Suriyada 53 illik rejim çökdü, Bəşər Əsəd hakimiyyəti sona çatdı - əhali Dəməşqə axışır
Suriya hökuməti respublikada hakimiyyəti ələ keçirmiş silahlılardan təhlükəsizlik zəmanəti alıb.
Bu barədə ölkənin rabitə naziri İyad əl-Xatib “Al Arabiya” telekanalına bildirib.
“Hərbi Əməliyyatlar İdarəsindən zəmanət aldıq, silahlılar Dəməşqi nəzarətə götürdü – onlar hökumətin təhlükəsiz fəaliyyətini təmin edəcəyinə söz verib” - o, bildirib.
Əl-Xətib vurğulayıb ki, Dəməşqdə qalan nazirlər xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbaqın harada olduğunu bilmirlər.
Rabitə nazirinin sözlərinə görə, hökumət üzvləri iki gün ərzində öz işlərinə qayıdacaqlar.
Dəməşqdə isə bayram əhval-ruhiyyəsi hökm sürür. Ölkənin hər yerindən əhali avtomobillərlə bu tarixi hadisəni qeyd etmək üçün paytaxt Dəməşqə axışır. Ölkənin müxtəlif yerlərində Əsəd rejiminin son qalaları da yıxılır.
Lazkiyada rejimin qurucusu Hafiz Əsədin nəhəng heykəli camaat tərəfindən aşırılıb.
Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali "Al Arabiya" telekanalında respublikadakı vəziyyətlə bağlı açıqlama verib.
TASS əsas tezisləri toplayıb.
Danışıqlar haqqında Respublika prezidenti Bəşər Əsədə tabe olan Suriya hökuməti ölkədə hakimiyyəti ələ keçirmiş silahlıların rəhbərliyi ilə danışıqlar aparır.
Əsəd hökumətinin tərkibində olan suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalır və hökumət qurumlarının işinə nəzarət edəcək.
“Hər kəs üçün nəzərdə tutulmuş” dövlət qurumlarını qorumaq lazımdır. Baş nazir ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bəyan edib.
Hökumət qüvvələrinin tabe olduğu Respublika Müdafiə Nazirliyinin fəaliyyət göstərib-işləmədiyi məlum deyil.
Suriya hökuməti Əsədin harada olduğunu bilmir. Əsədlə sonuncu təmas dekabrın 7-də axşam olub. Hökumət prezidentin rəhbərlik etdiyi təhlükəsizlik orqanlarına bağlı deyil.
Respublikadakı vəziyyət haqqında
Noyabrın 27-də “Cəbhət ən-Nusra” (Rusiya Federasiyasında qadağan edilmiş) ekstremist qruplaşmasının birləşmələri və onun müttəfiqləri Suriyanın şimalında Hələb və digər yaşayış məntəqələrinə genişmiqyaslı hücum həyata keçirib.
Daha sonra Ərəb Respublikasının silahlı qüvvələrinin komandanlığı ordunun yenidən toparlanmaq və əks hücuma hazırlaşmaq üçün Hələbdən geri çəkilməyə məcbur edildiyi barədə məlumat verib.
Dekabrın 5-də o, yaraqlıların ölkənin qərbində yerləşən eyniadlı vilayətin inzibati mərkəzi olan Həma şəhərinin bir neçə məhəlləsinə soxulduğunu elan edib. Ordunun bəyanatına görə, Həmanı əlində saxlayan hökumət qüvvələri şəhərdən çıxarılıb.