https://sputnik.az/20241206/vasinqton-telas-icindedir-kiyevin-herbi-planlarini-kim-pozdu-469213684.html
"Vaşinqton təlaş içindədir". Kiyevin hərbi planlarını kim pozdu
"Vaşinqton təlaş içindədir". Kiyevin hərbi planlarını kim pozdu
Sputnik Azərbaycan
Ukrayna Silahlı qüvvələrində (USQ) şəxsi heyət çatışmazlığı problemi getdikcə daha da kəskinləşir. Kütləvi fərarilik Kiyev üçün çox təhlükəli hala çevrilib. 06.12.2024, Sputnik Azərbaycan
2024-12-06T10:34+0400
2024-12-06T10:34+0400
2024-12-06T10:36+0400
vaşinqton
yazarlar
ukrayna
döyüş
silahlı qüvvələr
rusiya
xüsusi hərbi əməliyyat
abş
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672735_0:160:3072:1888_1920x0_80_0_0_ecdf30d642166fa22115c1cb14f9faaa.jpg
Viktor JdanovQarşılıqlı tələblər Kiyevdə gizlətmirlər ki, döyüş meydanında çətin bir dövr yaşanır. Ordu çətinliklə dirəşir, "əks-hücum" haqqında isə danışmağa belə dəyməz. Səbəb sadədir: insan resursunun çatışmazlığı. Müttəfiqlər isə həm Ukrayna, həm də Qərb mediasında çoxdan müzakirə olunan bir həll variantını təklif edirlər. Qərb KİV-ləri yazır ki, ABŞ Zelenskidən səfərbərlik həddini 25 yaşdan 18-ə endirməyi tələb edib. Almaniya Müdafiə nazirliyindəki mənbələr təsdiqləyib ki, Berlin bu məsələdə Vaşinqtonla həmrəydir. Qərb tərəfdaşları hesab edir ki, USQ-nun kifayət qədər silah və sursatı var. Sadəcə, itkilərin yerini doldurmaq və ön cəbhədə uzun müddət qalan əsgərlərin rotasiyası üçün yeni hərbi birləşmələri formalaşdırmaq lazımdır. Kiyevdə bu fikirlə razılaşmırlar. Zelenski müsahibələrindən birində bildirib ki, müttəfiqlər yalnız "iki yarım briqadanın" silah təchizatını təmin ediblər. Hazırda daha 10 briqadanın təchizatına ehtiyac duyulur. Qərb təchizatı artırmadığı halda səfərbərliyi gücləndirmək niyyətində olmadığını bildirən Zelinski, tərəfdaşlara təlimat vermək əvəzinə "öz işləri" ilə məşğul olmağı məsləhət görüb. İnsanlar və zaman Vaşinqtonda narahatdırlar. Adı açıqlanmayan Amerika rəsmisi bildirib ki, çağırışın uğursuzluğu ciddi problemlər yarada bilər. Donald Trampın andiçmə mərasimindən əvvəl Kiyevə mümkün qədər çox silah göndərməyə çalışan Co Bayden administrasiyası daha 725 milyon dollarlıq növbəti paketi formalaşdırır. Amma Ağ Ev bunun problemin həlli yolu olmadığını da vurğulayır. USQ–nin şəxsi heyətini təcili olaraq artırmaq lazımdır. "Biz hesab edirik ki, onlar üçün insan resursunun artırılması ən vacib məsələdir. Buna görə də, onlar müvafiq addım atdığı təqdirdə, biz də şəxsi heyətin hazırlanmasını sürətləndirmək üçün zəruri tədbirləri həyata keçirə bilərik", - deyə Ağ Evin nümayəndəsi Jon Kirby ölkəsinin məsələyə dair mövqeyini açıqlayıb. Ukraynanın rəsmi statistikasına əsaslanan qərb mütəxəssisləri hesablayıb ki, Kiyev potensial olaraq 3,7 milyon insanı səfərbər edə bilər. Bu da Ukrayna ərazilərində bronu olmayan 25-60 yaşlı bütün kişilərin sayına bərabərdir. Məhkumların problemləri Amma sadə ukraynalılar buna müqavimət göstərir. Onlar Kirbinin qeyd etdiyi NATO bazalarındakı təlim kurslarına döyüşlərdə iştirakdan yayınmaq üçün əlavə bir kanal kimi baxırlar. Qərb mətbuatında yayımlanan məlumata görə, Polşa poliqonlarından hər ay orta hesabla on iki hərbçi fərarilik edir. Varşava bunu kritik hesab etməsə də, hər halda faktı təsdiqləyib. Həqiqətdə isə orada fərarilik rekordlar qırır. Baş Prokurorluğun məlumatına görə, ümumilikdə 100 minə yaxın hadisə qeydə alınıb. Üstəlik, onların 60 mini 2024-cü ildə. Bu rəqəm 2022 və 2023-cü illərin cəmindəki gəstəricidən daha çoxdur. Səbəblər isə fərqlidir: yorğunluq, hərbi nizamnaməyə zidd münasibətlər, döyüşdə ölmək qorxusu. Fərarilərin böyük bir hissəsi qoşunların zəif təchizatından şikayət edir. Oktyabr ayının sonunda 123-cü briqadadan yüzlərlə piyada Uqledardakı mövqeləri tərk edib. Onlar gizlənməyərək Kiyevdəki mitinqə qatılıb və hakimiyyətdən daha çox silah və sursat verməsini tələb edib. "Biz (Uqledara) yalnız avtomatik tüfənglərlə gəldik. Bizə dedilər ki, 150 tank olacaq, amma orda cəmi 20 tank var idi. (...) Bizi başqa heç bir texnika qorumurdu", - deyə onlar bildirib. Rəsmi məlumatlara görə, hazırda USQ-da 350 min nəfər xidmət göstərir. Belə çıxır ki, şəxsi heyətin üçdə biri fərarilik edib. Hüquq-mühafizə orqanları fiziki olaraq qaçanların tutulmasının öhdəsindən gəlmir. Buna görə də fərarilər özlərini kifayət qədər təhlükəsiz hiss edir. Müdafiə komitəsinin üzvü Vadim İvçenko iddia edir ki, onların yalnız 20 faizi cəbhəyə geri göndərilir. Noyabr ayından etibarən Ukraynada yeni ilə qədər öz hissələrinə qayıdanların cəzadan yayınmasına imkan verən qanun qüvvəyə minib. Qanun qüvvəyə minəndən onu yalnız 4 min fərariyə şamil etmək mümkün olub. Fərariliyin yayılması döyüşlərin gedişinə ciddi təsir göstərir. Məlum olub ki, bəzi məntəqələrdə bütöv bölmələr əmrlərə tabe olmayaraq mövqeləri tərk ediblər. Bəzi hallarda isə komandirlər əsgərləri cəbhədə saxlamağa cəhd belə göstərmir. "Mən batalyonumdan olanları və başqalarını heç qınamıram. ( ... ) Çünki hamı çox yorulub", - deyə 72-ci briqadanın zabitlərindən biri etiraf edib. Kiyev çıxılmaz vəziyyətə düşüb. Ukrayna hakimiyyəti müstəqil şəkildə problemi həll edə bilmir, müttəfiqlər isə Kiyevin sonsuz tələblərini ödəməkdə çətinlik çəkir. Zelenskinin ordusu Qərbdən başqa bir əlac gözləyə-gözləyə göz önündə sadəcə yox olur. Rejimin dayaqlarından biri dağılır. Yeganə sual doğuracaq məsələ - bunun nə qədər tez baş verəcəyindən ibarətdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466672735_171:0:2902:2048_1920x0_80_0_0_a39b7e56e62664f6feaba4f71b3d571e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_2fd2e6aed9b21de8279a52ec8667076f.jpg
vaşinqton, ukrayna, döyüş, silahlı qüvvələr, rusiya, xüsusi hərbi əməliyyat, abş, vladimir zelenski
vaşinqton, ukrayna, döyüş, silahlı qüvvələr, rusiya, xüsusi hərbi əməliyyat, abş, vladimir zelenski
"Vaşinqton təlaş içindədir". Kiyevin hərbi planlarını kim pozdu
10:34 06.12.2024 (Yenilənib: 10:36 06.12.2024) Ukrayna Silahlı qüvvələrində (USQ) şəxsi heyət çatışmazlığı problemi getdikcə daha da kəskinləşir. Kütləvi fərarilik Kiyev üçün çox təhlükəli hala çevrilib.
Kiyevdə gizlətmirlər ki, döyüş meydanında çətin bir dövr yaşanır. Ordu çətinliklə dirəşir, "əks-hücum" haqqında isə danışmağa belə dəyməz. Səbəb sadədir: insan resursunun çatışmazlığı.
Müttəfiqlər isə həm Ukrayna, həm də Qərb mediasında çoxdan müzakirə olunan bir həll variantını təklif edirlər. Qərb KİV-ləri yazır ki, ABŞ Zelenskidən səfərbərlik həddini 25 yaşdan 18-ə endirməyi tələb edib. Almaniya Müdafiə nazirliyindəki mənbələr təsdiqləyib ki, Berlin bu məsələdə Vaşinqtonla həmrəydir.
Qərb tərəfdaşları hesab edir ki, USQ-nun kifayət qədər silah və sursatı var. Sadəcə, itkilərin yerini doldurmaq və ön cəbhədə uzun müddət qalan əsgərlərin rotasiyası üçün yeni hərbi birləşmələri formalaşdırmaq lazımdır.
Kiyevdə bu fikirlə razılaşmırlar. Zelenski müsahibələrindən birində bildirib ki, müttəfiqlər yalnız "iki yarım briqadanın" silah təchizatını təmin ediblər. Hazırda daha 10 briqadanın təchizatına ehtiyac duyulur. Qərb təchizatı artırmadığı halda səfərbərliyi gücləndirmək niyyətində olmadığını bildirən Zelinski, tərəfdaşlara təlimat vermək əvəzinə "öz işləri" ilə məşğul olmağı məsləhət görüb.
"Əvvəllər vəd olunanların gətirilmədiyi bir vaxtda Ukraynanı daha çox insanı səfərbər etmək üçün çağırış yaşını azaltmağa çağırmağ - mənasızdır. Bu gecikmələr nəticəsində Ukraynanın artıq formalaşmış hərbi birləşmələrində silah çatışmazlığı problemi yaşanır", - deyərək Kiyev rejimi rəhbərinin müşaviri Dmitri Litvin ona dəstək verib.
Vaşinqtonda narahatdırlar. Adı açıqlanmayan Amerika rəsmisi bildirib ki, çağırışın uğursuzluğu ciddi problemlər yarada bilər.
Donald Trampın andiçmə mərasimindən əvvəl Kiyevə mümkün qədər çox silah göndərməyə çalışan Co Bayden administrasiyası daha 725 milyon dollarlıq növbəti paketi formalaşdırır. Amma Ağ Ev bunun problemin həlli yolu olmadığını da vurğulayır. USQ–nin şəxsi heyətini təcili olaraq artırmaq lazımdır.
"Biz hesab edirik ki, onlar üçün insan resursunun artırılması ən vacib məsələdir. Buna görə də, onlar müvafiq addım atdığı təqdirdə, biz də şəxsi heyətin hazırlanmasını sürətləndirmək üçün zəruri tədbirləri həyata keçirə bilərik", - deyə Ağ Evin nümayəndəsi Jon Kirby ölkəsinin məsələyə dair mövqeyini açıqlayıb.
Ukraynanın rəsmi statistikasına əsaslanan qərb mütəxəssisləri hesablayıb ki, Kiyev potensial olaraq 3,7 milyon insanı səfərbər edə bilər. Bu da Ukrayna ərazilərində bronu olmayan 25-60 yaşlı bütün kişilərin sayına bərabərdir.
Amma sadə ukraynalılar buna müqavimət göstərir. Onlar Kirbinin qeyd etdiyi NATO bazalarındakı təlim kurslarına döyüşlərdə iştirakdan yayınmaq üçün əlavə bir kanal kimi baxırlar. Qərb mətbuatında yayımlanan məlumata görə, Polşa poliqonlarından hər ay orta hesabla on iki hərbçi fərarilik edir. Varşava bunu kritik hesab etməsə də, hər halda faktı təsdiqləyib.
"Fərariliyin miqyası kiçikdir. Bu, təlim prosesinə təhdid yaratmır. Əlbətdə ki, münaqişə uzandıqca, qaçanların da sayı artır. ( ... ) Ancaq düşünürəm ki, Ukraynanın özündə vəziyyət daha mürəkkəbdir", - deyə müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Həqiqətdə isə orada fərarilik rekordlar qırır. Baş Prokurorluğun məlumatına görə, ümumilikdə 100 minə yaxın hadisə qeydə alınıb. Üstəlik, onların 60 mini 2024-cü ildə. Bu rəqəm 2022 və 2023-cü illərin cəmindəki gəstəricidən daha çoxdur. Səbəblər isə fərqlidir: yorğunluq, hərbi nizamnaməyə zidd münasibətlər, döyüşdə ölmək qorxusu. Fərarilərin böyük bir hissəsi qoşunların zəif təchizatından şikayət edir.
Oktyabr ayının sonunda 123-cü briqadadan yüzlərlə piyada Uqledardakı mövqeləri tərk edib. Onlar gizlənməyərək Kiyevdəki mitinqə qatılıb və hakimiyyətdən daha çox silah və sursat verməsini tələb edib.
"Biz (Uqledara) yalnız avtomatik tüfənglərlə gəldik. Bizə dedilər ki, 150 tank olacaq, amma orda cəmi 20 tank var idi. (...) Bizi başqa heç bir texnika qorumurdu", - deyə onlar bildirib.
Rəsmi məlumatlara görə, hazırda USQ-da 350 min nəfər xidmət göstərir. Belə çıxır ki, şəxsi heyətin üçdə biri fərarilik edib.
Hüquq-mühafizə orqanları fiziki olaraq qaçanların tutulmasının öhdəsindən gəlmir. Buna görə də fərarilər özlərini kifayət qədər təhlükəsiz hiss edir. Müdafiə komitəsinin üzvü Vadim İvçenko iddia edir ki, onların yalnız 20 faizi cəbhəyə geri göndərilir.
Noyabr ayından etibarən Ukraynada yeni ilə qədər öz hissələrinə qayıdanların cəzadan yayınmasına imkan verən qanun qüvvəyə minib. Qanun qüvvəyə minəndən onu yalnız 4 min fərariyə şamil etmək mümkün olub.
Fərariliyin yayılması döyüşlərin gedişinə ciddi təsir göstərir. Məlum olub ki, bəzi məntəqələrdə bütöv bölmələr əmrlərə tabe olmayaraq mövqeləri tərk ediblər. Bəzi hallarda isə komandirlər əsgərləri cəbhədə saxlamağa cəhd belə göstərmir.
"Mən batalyonumdan olanları və başqalarını heç qınamıram. ( ... ) Çünki hamı çox yorulub", - deyə 72-ci briqadanın zabitlərindən biri etiraf edib.
Kiyev çıxılmaz vəziyyətə düşüb. Ukrayna hakimiyyəti müstəqil şəkildə problemi həll edə bilmir, müttəfiqlər isə Kiyevin sonsuz tələblərini ödəməkdə çətinlik çəkir. Zelenskinin ordusu Qərbdən başqa bir əlac gözləyə-gözləyə göz önündə sadəcə yox olur. Rejimin dayaqlarından biri dağılır. Yeganə sual doğuracaq məsələ - bunun nə qədər tez baş verəcəyindən ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.