NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft Fondunun "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından gəlirləri azalıb

© Sputnik / Murad OrujovNeft Fondunun binası, arxiv
Neft Fondunun binası, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2024
Abunə olmaq
Azərbaycan Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsindən 5 milyard 725,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
BAKI, 6 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 5 milyard 725,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu barədə Fonddan məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,4 milyon ABŞ dolları və yaxud 9,9% azdır.
Ötən ilin yanvar-noyabr aylarında ARDNF AÇG yataqlar blokunun işlənməsindən 6 milyard 353,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 416,1 milyon ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 3,14 dəfə azalma deməkdir.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. AÇG-də "BP" şirkəti (30,37 faiz), Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR (25 faiz) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı sazişin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

"Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı, bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik".

Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında səsləndirib.
"Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılıb və onlardan tələb edilib ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranıb ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq", dövlətimizin başçısı əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şahdəniz - Sputnik Azərbaycan, 1920, 08.09.2024
NEFT-QAZ
Neft Fondu bu il "Şahdəniz"dən əldə etdiyi gəlirləri açıqlayıb - Azalma var
Xəbər lenti
0