NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft Fondu bu il "Şahdəniz"dən əldə etdiyi gəlirləri açıqlayıb - Azalma var

© Photo : BP Press ServiceŞahdəniz
Şahdəniz - Sputnik Azərbaycan, 1920, 08.09.2024
Abunə olmaq
Bu ilin ilk 8 ayında Neft Fonduna daxil olan vəsaitlərin 113,878 milyon dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,68 milyon dollar və ya 2,3 dəfə azdır.
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən sentyabrın 1-dək "Şahdəniz" yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.
Sputnik Azərbaycan Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, "Şahdəniz" yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.
Bu ilin ilk 8 ayında Neft Fonduna daxil olan vəsaitlərin 113,878 milyon dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145,68 milyon dollar və ya 2,3 dəfə azdır.
Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında ARDNF-in "Şahdəniz" yatağı üzrə işlənmədən əldə etdiyi gəlirin həcmi 1 milyard 183 milyon dollar təşkil edib. "Şahdəniz" yatağından çıxarılan kondensatın satışından isə 259,554 milyon dollar məbləğində gəlir əldə edilib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı sazişin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0