DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva "3+3" formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir

© Sputnik / Наталья СеливерстоваKremlə mənzərə, arxiv
Kremlə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Zaxarova bildirib ki, indiki mərhələdə prosesin koordinasiyasını məhz Türkiyə həyata keçirir.
BAKI, 4 dekabr — Sputnik. Rusiya "3+3" platforması çərçivəsində region ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə "Report"un "3+3" platformasının regional təşkilata çevrilməsinin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu məsələ "3+3" ölkələri XİN başçılarının oktyabrın 18-də İstanbulda baş tutan iclasında müzakirə olunub.
"Həmin iclasın nəticələrini nəzərə alaraq, hazırda bu formata sədrlik edən Türkiyə tərəfi digər iştirakçılarla məsləhətləşmə şəraitində lazımi işlər aparır. İndiki mərhələdə prosesin koordinasiyasını məhz Türkiyə həyata keçirir" - Zaxarova qeyd edib.
23.10.24, 19:05
İrəvan Bakı ilə danışıqlar platforması kimi “3+3”dən imtina edib
İrəvan “3+3”ü Bakı ilə danışıqlar platforması hesab etmir, lakin bu regional formatda iştirakını davam etdirəcək.
Bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Bundan əvvəl İstanbulda regional platformanın iclasından sonra Rusiya, İran və Türkiyə İrəvan və Bakıya sülh sazişinin layihəsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.
“Masada belə bir təklif yoxdur və olsa belə, biz ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirik, çünki bizim Azərbaycanla həm sülh sazişi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız var” – o, bildirib.
A.Mirzoyanın sözlərinə görə, digər məsələ ondan ibarətdir ki, çoxtərəfli formatda keçirilən müxtəlif görüşlərdə xarici işlər nazirləri ikitərəfli danışıqlar aparırlar.
“Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə mən də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik. Biz əsas diqqəti sülh sazişlinin mətninə yönəltdik, müsbət inkişafı təmin etməyə və sazişin mümkün qədər tez imzalanması prosesini yaxınlaşdırmağa çalışdıq”, Mirzoyan əlavə edib.
Qeyd edək ki, Ermənistan parlamenti bu gün sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin əsasnaməsi layihəsini təsdiqləyib.
67 deputat əsasnamə layihəsinin lehinə səs verib. Müxalifətdə olan "Hayastan" və "Mənim şərəfim var" fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.
Bundan əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırıb.
"Müxalifət hər dəfə, hətta əleyhinə səs vermək əvəzinə, məsuliyyətli qərarlar qəbul etməkdən yayınmağa üstünlük verir", deputat bildirib.
Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin dağılması zamanı istifadə edilən xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini Konstitusiyaya uyğun hesab edib. Oktyabrın 21-də Milli Məclisin Xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib.
Berlində Almaniya XİN rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü  - Sputnik Azərbaycan, 1920, 29.02.2024
SİYASƏT
XİN başçıları arasında danışıqların ikinci günü başlayıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0