XİN başçıları arasında danışıqların ikinci günü başlayıb
13:59 29.02.2024 (Yenilənib: 14:12 29.02.2024)
© Photo : MFABerlində Almaniya XİN rəhbərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü
© Photo : MFA
Abunə olmaq
Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.
BAKI, 29 fevral — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
The second day of negotiations between the Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of Armenia @AraratMirzoyan on the draft peace agreement has just commenced in Villa Borsig. pic.twitter.com/TkHebQvvTY
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 29, 2024
Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.
Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.