https://sputnik.az/20241203/muxalifler-esede-qarsi-suriyada-qurulan-yeni-oyunun-perde-arxasinda-kimler-dayanir-469138942.html
Müxaliflər Əsədə qarşı: Suriyada qurulan yeni oyunun pərdə arxasında kimlər dayanır?
Müxaliflər Əsədə qarşı: Suriyada qurulan yeni oyunun pərdə arxasında kimlər dayanır?
Sputnik Azərbaycan
Elşən Manafovun sözlərinə görə, Suriyadan İran və onunla bağlı proksi qüvvələrin sıxışdırılıb çıxarılmasına nail olmaq üçün İsrail ABŞ-la birgə hərəkət edir. 03.12.2024, Sputnik Azərbaycan
2024-12-03T08:43+0400
2024-12-03T08:43+0400
2024-12-03T08:43+0400
bəşər əsəd
yazarlar
sepah
politoloq elşən manafov
abbas əraqçi
iranın xarici işlər naziri abbas əraqçi
hakan fidan
iran
suriya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469138775_0:0:3072:1728_1920x0_80_0_0_29ddba6532a25bf8424840222fb3b63c.jpg
BAKI, 3 dekabr — Sputnik. Yaxın Şərqdə sular durulmaq bilmir. Növbəti gərginlik ocağı Suriyadır. Uzun illərdir ki, Suriya ərazisi üzərində tam hakimiyyətini bərpa edə bilməyən Əsəd rejimi müxalif qüvvələrin geniş miqyaslı hücumlarına məruz qalıb. Bölgədən gələn xəbərlər ziddiyyətlidir. Qısa müddətdə böyük üstünlüyə sahiblənməklə, Hələb, İdlib və Həma şəhərlərini ələ keçirən müxalif "Həyat Təhrir əl-Şam" qüvvələri sürətlə irəliləyir. Hadisələrin sürətli inkişafı bölgə ölkələri arasında diplomatik təmasları da intensivləşdirib. Suriyada baş verənlərdən ən çox narahat olan isə İrandır. İran Əsəd hakimiyyətini qorumaq üçün Suriyaya hər cür dəstək göstərir. Dekabrın 1-də Suiryaya səfər edən İran xarici işlər naziri Abbas Əraqçi Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşdə son günlər həmin ölkədə baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarıcını çatdırıb. Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı durumla bağlı bunları deyib ki, son hadisələr Dəməşqin öz xalqı və qanuni müxalifətlə güzəştə getməli olduğunu göstərib. Onun sözlərinə görə, indiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlışdır. Türkiyənin təhlükəsizlik mənbələri isə bildiriblər ki, Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən Suriya müxalifət qüvvələri kürd qruplarının Tel-Rifatı Suriyanın şimal-şərqi ilə birləşdirən dəhliz yaratmaq cəhdinin qarşısını alıblar. Türkiyə müxalif qüvvələri Suriya Milli Ordusu adlandırır. Mənbələr, PKK və YPG də daxil olmaqla kürd qruplarının Əsəd qüvvələrinin nəzarəti altında olan Suriya hökumət qüvvələrinin ölkənin bir hissəsindən geri çəkilməsindən yararlanmağa çalışdığını bildirib. Dəhliz kürdlərin nəzarətində olan şimal-şərq bölgələrini Hələbin şimal-qərbindəki strateji bölgə olan Tel-Rifatla birləşdirəcəkdi. Suriyada əməliyyat niyə birdən alovlandı? Ötən ilin oktyabrında İsrailin Yaxın Şərqdə İranın dəstək verdiyi silhalı qruplara qarşı başladığı əməliyyatı yetərincə sarsıdıcı oldu deyə bilərik. İstər Qəzzada HƏMAS, istərsə də Livanda Hizbullaha qarşı aparılan əməliyyatlar İranın bölgədəki proksi qüvvələrini gücdən saldı. Hadisələrin bu ssenari üzrə inkişafı növbəti dayanacağın Suriya olacağını göstərirdi. İsrail isə artan beynəlxalq təzyiq fonunda Suriyaya bir başa müdaxilə etməsə də, özünü Əsəd rejiminə müxalif adlandıran qüvvələr İrana qarşı mübarizəyə başladılar. Məhz bu hücumlar nəticəsində SEPAH-ın Suriya ərazisindəki iki bazası üsyançı qrupların nəzarətinə keçdi. Sosial mediada yayılan görüntülərdə müxlaiflər İran Ali rəhbərinin şəkillərini cırıb-yandırmaları əks olunurdu. Hətta iddia olunur ki, İsrailin sarsıdıcı zərbələrindən sonra Hizbulah da Suriyada möhkəmlənməyə çalışır. Politoloq Elşən Manafov bildirir ki, Suriyada Əsəd iqtidarına qarşı müxalif qruplaşmaların Hələb və İdlib ətrafında müşahidə edilən hücumlarının qabaqcıl texnologiyalarla təchiz edilməsi,bu hücumların aylarla planlaşdırıldığını düşünməyə əsas verir,hucumların regional və beynəlxalq ölçüləri bölgədəki nizamı təsir altına almağa yönəlmiş bir əməliyyatdır. "Hələb və İdlib vilayətlərində vəziyyəti yenidən nəzarət altına almaq, İrana məxsus qüvvələrin Suriyadan sıxışdırılıb çıxarılmasına nail olmaq hücumçuların qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu hücumlar 2011-ci ildən bəri davam edən vətəndaş muharibəsinin tərkib hissəsi olmaqla iki xarici amillə də, əlaqədardır. Əvvəla,hücumlar Hizbullahın İsraillə Livandakı məğlubiyyəti ilə əlaqədardır,maraqlıdır ki,İsrail Livanla atəşkəs barədə razılıq əldə etdikdən sonra bu hücumlar yaşanıb. Görünür, Hizbullahın Livandakı məğlubiyyəti onun Suriyadakı nüfuzuna təsirsiz ötüşməyib. İkinci ehtimal qlobalistlərin ABŞ-dakı seçkiləri uduzduqdan sonra Rusiyanın ətrafında eskalasiyanı gücləndirməklə bir tərəfdən onun Ukrayna cəbhəsində güclənən hücumlarının səngiməsinə nail olmaq, digər tərəfdən isə ABŞ-ın yeni iqtidarı üçün əlverişsiz və mürəkkəb geosiyasi vəziyyətin daha da ağırlaşmasına nail olmaqdır". Elşən Manafovun sözlərinə görə, Suriyadan İran və onunla bağlı proksi qüvvələrin sıxışdırılıb çıxarılmasına nail olmaq üçün İsrail ABŞ-la birgə hərəkət edir: "Əvvəllər Türkiyənin dəstək verdiyi Suriya Azadlıq Ordusunun Əsəd qoşunlarına qarşı aktiv hərbi əməliyyatlara başlaması isə Suriya böhranının nizamlanmasına dair Rusiya,İran və Türkiyə arasında Astana razılıqlarının rəsmi Ankara tərəfindən pozulması təsiri bağışlayır". "Belə ki, Ankaranın dəstək verdiyi Suriya Azadlıq Ordusu qanuni Əsəd hakimiyyətinə qarşı mübarizə aparır ki, bu da müstəqil Suriyaya təhdid və təcavüz anlamında qəbul oluna bilər və bu zaman Əsəd hakimiyyətinin devrilməsi ilə bağlı ABŞ, İsrail və Türkiyənin eyni mövqelərdən çıxış etməsi və eyni maraqlara köklənmələri təsiri bağışlayır. Görünən odur ki, Türkiyənin Əsadə qarşı vuruşması Moskva, Ankara, Tehran formatında çatın yaranmasına və dərinləşməsinə səbəb ola bilər ki, bu da Yaxın Şərqi təhdid edən ABŞ-İsrail birliyinin xeyrinə işləyəcək faktor ola bilər. Ankara Astana sammitində Suriya böhranın çözülməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir, əks halda onun Netanyahu hökuməti ilə bağlı açıqlamalarının fərqli maraqlara söykənməsi ilə bağlı reallıqlar üzərində müttəfiqləri düşünməli olacaqlar", politoloq fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469138775_71:0:2802:2048_1920x0_80_0_0_c3f89ca3e77702052e5a0b269007a1a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bəşər əsəd, sepah, politoloq elşən manafov , abbas əraqçi, iranın xarici işlər naziri abbas əraqçi, hakan fidan, iran, suriya, türkiyə, israil, rusiya, benyamin netanyahu
bəşər əsəd, sepah, politoloq elşən manafov , abbas əraqçi, iranın xarici işlər naziri abbas əraqçi, hakan fidan, iran, suriya, türkiyə, israil, rusiya, benyamin netanyahu
Müxaliflər Əsədə qarşı: Suriyada qurulan yeni oyunun pərdə arxasında kimlər dayanır?
Elşən Manafovun sözlərinə görə, Suriyadan İran və onunla bağlı proksi qüvvələrin sıxışdırılıb çıxarılmasına nail olmaq üçün İsrail ABŞ-la birgə hərəkət edir.
BAKI, 3 dekabr — Sputnik. Yaxın Şərqdə sular durulmaq bilmir. Növbəti gərginlik ocağı Suriyadır. Uzun illərdir ki, Suriya ərazisi üzərində tam hakimiyyətini bərpa edə bilməyən Əsəd rejimi müxalif qüvvələrin geniş miqyaslı hücumlarına məruz qalıb. Bölgədən gələn xəbərlər ziddiyyətlidir. Qısa müddətdə böyük üstünlüyə sahiblənməklə, Hələb, İdlib və Həma şəhərlərini ələ keçirən müxalif "Həyat Təhrir əl-Şam" qüvvələri sürətlə irəliləyir.
Hadisələrin sürətli inkişafı bölgə ölkələri arasında diplomatik təmasları da intensivləşdirib. Suriyada baş verənlərdən ən çox narahat olan isə İrandır. İran Əsəd hakimiyyətini qorumaq üçün Suriyaya hər cür dəstək göstərir. Dekabrın 1-də Suiryaya səfər edən İran xarici işlər naziri Abbas Əraqçi Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşdə son günlər həmin ölkədə baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarıcını çatdırıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı durumla bağlı bunları deyib ki, son hadisələr Dəməşqin öz xalqı və qanuni müxalifətlə güzəştə getməli olduğunu göstərib. Onun sözlərinə görə, indiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlışdır.
Türkiyənin təhlükəsizlik mənbələri isə bildiriblər ki, Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən Suriya müxalifət qüvvələri kürd qruplarının Tel-Rifatı Suriyanın şimal-şərqi ilə birləşdirən dəhliz yaratmaq cəhdinin qarşısını alıblar. Türkiyə müxalif qüvvələri Suriya Milli Ordusu adlandırır. Mənbələr, PKK və YPG də daxil olmaqla kürd qruplarının Əsəd qüvvələrinin nəzarəti altında olan Suriya hökumət qüvvələrinin ölkənin bir hissəsindən geri çəkilməsindən yararlanmağa çalışdığını bildirib. Dəhliz kürdlərin nəzarətində olan şimal-şərq bölgələrini Hələbin şimal-qərbindəki strateji bölgə olan Tel-Rifatla birləşdirəcəkdi.
Suriyada əməliyyat niyə birdən alovlandı?
Ötən ilin oktyabrında İsrailin Yaxın Şərqdə İranın dəstək verdiyi silhalı qruplara qarşı başladığı əməliyyatı yetərincə sarsıdıcı oldu deyə bilərik. İstər Qəzzada HƏMAS, istərsə də Livanda Hizbullaha qarşı aparılan əməliyyatlar İranın bölgədəki proksi qüvvələrini gücdən saldı. Hadisələrin bu ssenari üzrə inkişafı növbəti dayanacağın Suriya olacağını göstərirdi. İsrail isə artan beynəlxalq təzyiq fonunda Suriyaya bir başa müdaxilə etməsə də, özünü Əsəd rejiminə müxalif adlandıran qüvvələr İrana qarşı mübarizəyə başladılar. Məhz bu hücumlar nəticəsində SEPAH-ın Suriya ərazisindəki iki bazası üsyançı qrupların nəzarətinə keçdi. Sosial mediada yayılan görüntülərdə müxlaiflər İran Ali rəhbərinin şəkillərini cırıb-yandırmaları əks olunurdu. Hətta iddia olunur ki, İsrailin sarsıdıcı zərbələrindən sonra Hizbulah da Suriyada möhkəmlənməyə çalışır.
Politoloq Elşən Manafov bildirir ki, Suriyada Əsəd iqtidarına qarşı müxalif qruplaşmaların Hələb və İdlib ətrafında müşahidə edilən hücumlarının qabaqcıl texnologiyalarla təchiz edilməsi,bu hücumların aylarla planlaşdırıldığını düşünməyə əsas verir,hucumların regional və beynəlxalq ölçüləri bölgədəki nizamı təsir altına almağa yönəlmiş bir əməliyyatdır.
"Hələb və İdlib vilayətlərində vəziyyəti yenidən nəzarət altına almaq, İrana məxsus qüvvələrin Suriyadan sıxışdırılıb çıxarılmasına nail olmaq hücumçuların qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu hücumlar 2011-ci ildən bəri davam edən vətəndaş muharibəsinin tərkib hissəsi olmaqla iki xarici amillə də, əlaqədardır. Əvvəla,hücumlar Hizbullahın İsraillə Livandakı məğlubiyyəti ilə əlaqədardır,maraqlıdır ki,İsrail Livanla atəşkəs barədə razılıq əldə etdikdən sonra bu hücumlar yaşanıb. Görünür, Hizbullahın Livandakı məğlubiyyəti onun Suriyadakı nüfuzuna təsirsiz ötüşməyib. İkinci ehtimal qlobalistlərin ABŞ-dakı seçkiləri uduzduqdan sonra Rusiyanın ətrafında eskalasiyanı gücləndirməklə bir tərəfdən onun Ukrayna cəbhəsində güclənən hücumlarının səngiməsinə nail olmaq, digər tərəfdən isə ABŞ-ın yeni iqtidarı üçün əlverişsiz və mürəkkəb geosiyasi vəziyyətin daha da ağırlaşmasına nail olmaqdır".
Elşən Manafovun sözlərinə görə, Suriyadan İran və onunla bağlı proksi qüvvələrin sıxışdırılıb çıxarılmasına nail olmaq üçün İsrail ABŞ-la birgə hərəkət edir: "Əvvəllər Türkiyənin dəstək verdiyi Suriya Azadlıq Ordusunun Əsəd qoşunlarına qarşı aktiv hərbi əməliyyatlara başlaması isə Suriya böhranının nizamlanmasına dair Rusiya,İran və Türkiyə arasında Astana razılıqlarının rəsmi Ankara tərəfindən pozulması təsiri bağışlayır".
"Belə ki, Ankaranın dəstək verdiyi Suriya Azadlıq Ordusu qanuni Əsəd hakimiyyətinə qarşı mübarizə aparır ki, bu da müstəqil Suriyaya təhdid və təcavüz anlamında qəbul oluna bilər və bu zaman Əsəd hakimiyyətinin devrilməsi ilə bağlı ABŞ, İsrail və Türkiyənin eyni mövqelərdən çıxış etməsi və eyni maraqlara köklənmələri təsiri bağışlayır. Görünən odur ki, Türkiyənin Əsadə qarşı vuruşması Moskva, Ankara, Tehran formatında çatın yaranmasına və dərinləşməsinə səbəb ola bilər ki, bu da Yaxın Şərqi təhdid edən ABŞ-İsrail birliyinin xeyrinə işləyəcək faktor ola bilər. Ankara Astana sammitində Suriya böhranın çözülməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir, əks halda onun Netanyahu hökuməti ilə bağlı açıqlamalarının fərqli maraqlara söykənməsi ilə bağlı reallıqlar üzərində müttəfiqləri düşünməli olacaqlar", politoloq fikirlərini yekunlaşdırıb.