https://sputnik.az/20241202/azerbaycan-daha-bir-avropa-olkesine-qaz-techizatina-baslayib-469133684.html
Azərbaycan daha bir Avropa ölkəsinə qaz təchizatına başlayıb
Azərbaycan daha bir Avropa ölkəsinə qaz təchizatına başlayıb
Sputnik Azərbaycan
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə... 02.12.2024, Sputnik Azərbaycan
2024-12-02T15:43+0400
2024-12-02T15:43+0400
2024-12-02T15:43+0400
slovakiya
neft-qaz
qaz
qaz xətti
socar
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_0:160:3072:1888_1920x0_80_0_0_f5d7ea62c0b120fd7081c9fe1656f95d.jpg
BAKI, 2 dekabr — Sputnik. Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə başlayıb. Bu barədə SOCAR məlumat yayıb. Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər. Bu qaz təchizatı sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub. Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur" Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir". Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir. Xatırladaq ki, cari ilin doqquz ayında Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib. Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,5 milyard kubmetri "Şahdəniz", 1,1 milyard kubmetri "Abşeron" yataqları üzrə hasil olunub. Qazın 5,7 milyard kubmetri isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.
https://sputnik.az/20241123/avropada-yeni-qaz-bohrani-gozlenilir-468965053.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_171:0:2902:2048_1920x0_80_0_0_5f8c66db82743ccac62bf0802beecb4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
slovakiya, qaz, qaz xətti, socar
slovakiya, qaz, qaz xətti, socar
Azərbaycan daha bir Avropa ölkəsinə qaz təchizatına başlayıb
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.
BAKI, 2 dekabr — Sputnik. Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.
Bu barədə SOCAR məlumat yayıb.
Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.
Bu qaz təchizatı sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.
Prezident: "Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur"
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 18-də Oksford şəhərində "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur:
"Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".
Ekspertlər bildiriblər ki, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki ölkəmizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
Xatırladaq ki, cari ilin doqquz ayında Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib. Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 20,5 milyard kubmetri "Şahdəniz", 1,1 milyard kubmetri "Abşeron" yataqları üzrə hasil olunub. Qazın 5,7 milyard kubmetri isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.