https://sputnik.az/20241123/avropada-yeni-qaz-bohrani-gozlenilir-468965053.html
Avropada yeni qaz böhranı gözlənilir
Avropada yeni qaz böhranı gözlənilir
Sputnik Azərbaycan
Dmitri Medvedev bildirib ki, Avropa Rusiya qazı olmadan donur. 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T18:53+0400
2024-11-23T18:53+0400
2024-11-23T18:53+0400
qaz
rusiya
dmitri medvedev
avropa
peskov
qazprom
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753643_0:189:2966:1857_1920x0_80_0_0_9f7f35608244bba2b4f817a49423bcd5.jpg
BAKI, 23 noyabr — Sputnik. Avropa yeni qaz böhranı ilə üzləşir, qazın qiyməti 45% artıb. Bu barədə "Qazeta.Ru" agentliyi "Bloomberg"ə istinadən xəbər verib. "Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün azalması Avropada iki il əvvəlki ən güclü sarsıntılardan hələ də qurtula bilməyən yeni enerji böhranı üçün zəmin yaradır", materialda deyilir. İl ərzində qazın qiymətinin 45% artdığı qeyd edilir. Ekspertlərin fikrincə, Avropada qazın qiymətinin artım tempi 2022-ci ilə nisbətən aşağıdır, lakin vəziyyət təkrarlana bilər və Avropa İttifaqı (Aİ) istənilən qiymətə qaz almağa hazır olacaq. Noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ tərəfindən "Qazprombank"a qarşı tətbiq edilən sanksiyalar Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi sayıla bilər, nəticədə də cavab tərbirləri baş verir. Xatırladaq ki, "Qazprombank" və "DOM RF", "Enerqotransbank", "BKS-bank", "Bratsk Xalq Bank"ı, "İturup Bank", "Kremlyovskİ Bank", "Sinara Bank", "Çentrokredit Bank" və s. banklar da daxil olmaqla, 100 fiziki və hüquqi şəxs ABŞ-ın yeni sanksiyalarına məruz qalıblar. Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavinləri Vladimir Çistyuxin və Dmitri Tulinə də məhdudiyyətlər tətbiq edilib. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, Avropa Rusiya qazı olmadan donur.
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753643_119:0:2848:2047_1920x0_80_0_0_022b7710d3ad53c2a6608dddc820182a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, dmitri medvedev, avropa, peskov, qazprom
qaz, dmitri medvedev, avropa, peskov, qazprom
Avropada yeni qaz böhranı gözlənilir
Dmitri Medvedev bildirib ki, Avropa Rusiya qazı olmadan donur.
BAKI, 23 noyabr — Sputnik. Avropa yeni qaz böhranı ilə üzləşir, qazın qiyməti 45% artıb.
Bu barədə "Qazeta.Ru" agentliyi "Bloomberg"ə istinadən xəbər verib.
"Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün azalması Avropada iki il əvvəlki ən güclü sarsıntılardan hələ də qurtula bilməyən yeni enerji böhranı üçün zəmin yaradır", materialda deyilir.
İl ərzində qazın qiymətinin 45% artdığı qeyd edilir. Ekspertlərin fikrincə, Avropada qazın qiymətinin artım tempi 2022-ci ilə nisbətən aşağıdır, lakin vəziyyət təkrarlana bilər və Avropa İttifaqı (Aİ) istənilən qiymətə qaz almağa hazır olacaq.
Noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ tərəfindən "Qazprombank"a qarşı tətbiq edilən sanksiyalar Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi sayıla bilər, nəticədə də cavab tərbirləri baş verir.
Xatırladaq ki, "Qazprombank" və "DOM RF", "Enerqotransbank", "BKS-bank", "Bratsk Xalq Bank"ı, "İturup Bank", "Kremlyovskİ Bank", "Sinara Bank", "Çentrokredit Bank" və s. banklar da daxil olmaqla, 100 fiziki və hüquqi şəxs ABŞ-ın yeni sanksiyalarına məruz qalıblar. Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavinləri Vladimir Çistyuxin və Dmitri Tulinə də məhdudiyyətlər tətbiq edilib.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, Avropa Rusiya qazı olmadan donur.