Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bayden Zelenskini özünü cilovlamağa məcbur edir

© AP Photo / Susan WalshCo Bayden və Vladimir Zelenski, arxiv
Co Bayden və Vladimir Zelenski, arxiv - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Rusiya ərazisinin dərinliklərinə ABŞ raketləri ilə zərbələrin endirilməsinə verilən razılıq Vaşinqtonun siyasətinə müəyyən aydınlıq gətirsə də, bunun tam mahiyyəti yaxın zamanlarda aydınlaşacaq.
BAKI, 28 noyabr — Sputnik, Dmitri Bavırin. Axır ki, Vaşinqton rəsmi olaraq Kiyevə Rusiya Federasiyasının dərinliyindəki hədəflərə zərbələr endirmək üçün uzun mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verdiyini etiraf etdi.
Medianın bunu yeni "eskalasiya dövrü kimi" qəbul etməsi və bu haqda məlumatı dərc etməsindən artıq bir həftə ötür. Rusiyada Vaşinqton "icazəsi" həm əməllə (artıq məşhurlaşmış "Oreşnik"in ilk döyüş istifadəsi ilə), həm də sözlə - şəffaf şəkildə növbəti həmlədə ABŞ-ın əmlakına zərbə vura biləcəyi haqqında eyham vurmaqla cavab verib. Axı aydındır ki, amerika raketlərini Rusiyadakı hədəflərə yönləndirənlər ABŞ mütəxəssisləridir.
İnsafnan, ABŞ-ın Vladimir Zelenskinin istəklərinə cavab olaraq nüvə dövlətinə raket atmağa razı olduğu etiraf edilməli idi. Amma Ağ Ev, məsələyə şərh verməyi gecikdirməsinə rəğmən, yenə də mahiyyət etibarilə yalan danışır və hətta hər kəsi maraqlandıran niyə məhz indi? sualına da izahat verməyə heç cəhd göstərmir.
Bir il əvvəl Bayden Zelenskinin raketlərlə bağlı yalvarışlarına soyuq yanaşır, bir ay əvvəl isə razılıq verməmək üçün iradə nümayiş etdirirdi. Bəs indi nə dəyişdi?
Rəsmi açıqlamada Vaşinqton "özünümüdafiə ehtiyacı"na istinad edir. Eyni şeyə həm oktyabr, həm də mart aylarında Zelenski ATACMS tətbiq məhdudiyyətlərinin aradan qaldırılmasını xahiş etdikdə də istinad edilə bilərdi. Amma elə bil həmin vaxt Bayden sanki nüvə müharibəsindən qorxurdu. Bəs indi nə dəyişdi? Bayden rahatlandı və nüvə silahına məhəbbəti oyandı?
ABŞ-ın özündə vəziyyətin iki izahı verilir ki, onların da arasında partiya mənafeyi baxımdan sərfəli olunan daha çox səslənir.
Demokratlar düşərgəsində deyirlər ki, Bayden Ukraynanı ona görə gücləndirir ki, 2025-ci ildə Donald Trump Ağ Evə köçəndə və Kiyevin dəstəklənməsində fasilələr başlayanda Ukrayna hələ də Rusiyaya müqavimət göstərə bilsin. Bu, bir növ "beş illik planın dörd ildə yerinə yetirilməsini" xatırladır. Eyni zamanda ABŞ anti-Rusiya sanksiyalarının ixtirasında, müttəfiqlərə təzyiqdə və Kiyevə vəsaitin ayrılması ilə bağlı müttəfiqlərinə təzyiqdə səylərini artırıb. Ağ Ev Zelenski üçün Konqresdən daha 24 milyard dollar istəyib.
Bu isə, bədnam "uzun məsafəli raketlərdən istifadəyə icazə" ilə yanaşı, kompleks tədbirlər təşkil edir. Məqsəd isə əvvəl kimi Kiyevin müqavimətini təmin etməkdən ibarətdir.
Trumpın əhatəsində isə başqa fikirdədirlər: onlar hesab edir ki, gedən prezident gələn prezidentin işini çətinləşdirmək üçün, onu Ukrayna məsələsində təsir gücündən məhrum edir və böhrandan çıxış yollarını çətinləşdirir. Başqa sözlə, Trump özü Atacms-lardan istifadə edtməklə Rusiyaya təsir göstərmək niyyətində olsa da, alçaq Bayden onu qabaqladı.
Bu izahatlar bir-birinə zidd olmasa da, əslində heç nə izah etmir. Vəziyyəti amerika tərəfinin şərhlərinə görə qiymətləndirsək belə çıxır ki, ABŞ artıq nə istədiyini unudub. Hazırda onların prezidenti somnambulu kimi bu tərəf-o tərəfə yıxılır: gah bu mümkündür, gah mümkün deyil deyə düşünür, gah da Rusiya ilə müharibədən, sonra isə Ukraynanın məğlubiyyətindən qorxur. Bir sözlə, daxili siyasətdə çəkişmələr, xarici siyasətdə itə deqradasiya.
Ancaq təəssüf ki, əksər hallarda ABŞ rəhbərliyi göründüyündən daha ağıllı davranır. Onun axmaq kimi görünməsi isə, intriqalara qərq olduğu üçün vacib məsələlər haqqında aydın və birbaşa danışa bilmədiyi ilə bağlıdır.
Ümümilikdə Baydenin, Vaşinqtonun və ABŞ-ın məqsədi təxminən eynidir və dəyişməzdir: Rusiyaya Ukrayna ətrafındakı münaqişə yolu ilə mümkün olan maksimum ziyan vurmaq, onu tükəndirmək və zəifləndirmək. Eyni zamanda, strateji məğlubiyyət endirmək "maksimum proqram" kimidir: alınarsa – çox yaxşı, alınmasa - başqa vaxt da sınamaq olar.
Eyni zamanda, hiss olunur ki, Vaşinqtonun son hərəkətləri münaqişənin uzanmasına deyil, əksinə, hərbi əməliyyatların "dondurulmasına" ("başqa dəfə cəhd etmək"üçün) yönəlib. Ancaq bunun üçün vəziyyətə ayıq baxa bilməyən və ABŞ-ın planlarına təhlükə yaradan Zelinskinin müqavimətini qırmaq lazımdır. Axı o risk edərək Rusiya qarşısında ABŞ-ın itirməyə hazır olduğundan daha çox şeyi itirə bilər.
Nə qədər paradoksal səslənsə də, Zelenskinin sehrli çubuq kimi inandığı "uzaq mənzilli raketlərin tətbiqi" onun qanadlanmasına yox, özünü cilovlamasına məcbur edəcəyi gözlənilir.
ATACMS heç sehrli bir çubuq deyil. Onlar Rusiya ərazisinə çoxdan atılır. Onlardan həm "yeni ərazilərə", həm Krıma, həm də sərhəd zonaları boyunca istifadə olunur. Amma hava hücumundan müdafiə sistemi onların təsirini minimuma endirir. Bir ay əvvəl Pentaqon "uzun mənzilli" nin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına niyə qarşı olduqlarını izah etdi və Rusiyanın cavab təhdidinə (Mərkəzi Kəşfiyyat İdarəsində buna vurğu edildi) deyil, bunun münaqişənin gedişatını dəyişdirməyəcəyinə diqqət çəkdi. Çünki Rusiyanın hava hücumundan müdafiə sistemi var, Kiyevin isə yalnız məhdud sayda Amerika, Britaniya, Fransa istehsalı olan raketləri.
Ancaq baş verənlər hərbi sahədə az dəyişirsə, siyasi planda çox şeyi dəyişir: münaqişə yeni səviyyəyə çıxır. Baydenin buna icazə verməsi, Rusiyanın sərgiləcəyi cavabın ABŞ üçün kritik risk daşımayacağına inamı ilə bağlı idi. O, hesab edirdi ki, artımın bədəlini yalnız Ukrayna ödəyəcək.
Və belə də oldu. Qərb səfirlikləri Ukrayna ərazisini tərk etdilər: necə deyərlər, xoşca qalınıq və özünü "Oreşnikdən" qoruyun. Zelenski sözün əsl mənasında Rusiyanın cavab zərbəsi altına atıldı və indi mövqeyi "sehrli çubuğunu"açmazdan əvvəkindən daha pisdir.
Belə görünür ki, ABŞ vəziyyətə nəzarət etdiyinə inanır Bu onunla bağlıdır ki, əvvəl qeyd etdiyimiz kimi, Amerika raketləri üçün hədəfləri məhz onların özləri təyin edir. Odur ki, ukraynalıların özbaşına hərəkətlərinə imkan verilməyəcək. Amma Kiyev istədiyi hərəkət azadlığını almasa da, yaranacaq bədəlləri ödəmək məcburiyyətində olacaq.
Vaşinqtonun Zelenskiyə qəsdən "iştahasnın azaldılması və mülayimləşməsi" üçün belə atmosfer yaratması haqqında versiyanın həqiqəti nə dərəcədə uyğun olmasını tezliklə biləcəyik. Hələlik isə onun danışığa başlamaq üçün ilkin şərti Rusiya ordusunun 2024 ilin fevral ayındakı mövqelərinə qayıdışı ilə bağlıdır.
Əgər Nümayəndələr Palatası Baydenin istədiyi kimi Ukraynaya 24 milyard dollar ayırmasa, aydın olacaq ki, Kiyevi itkilər və xəyal qarıqlığında ibarət terapiya ilə cilovlamağa çalışırlar.
Vəsait ayrıldığı halda isə aydınlaşacaq ki, bu Tramp da daxil olmaqla ABŞ elitasındakı konsensusun nəticəsidir. Belə olan halda, ABŞ-ın yeni prezidentinin xarici siyasətinin köhnənin siyasətindən fərqlənməyəcək: yəni Rusiyanın tükənməsinə istiqamətlənən müharibə davam etdiriləcək, diplomatik həll yolu ilə bağlı bütün söhbətlər isə sadəcə bizi bu mahiyyətdən yayındırmaq üçün aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0