https://sputnik.az/20241127/ukraynadaki-ugursuzluqdan-sonra-abs-merkezi-asiyada-hegemonluq-etmek-isteyir-469014029.html
Ukraynadakı uğursuzluqdan sonra ABŞ Mərkəzi Asiyada hegemonluq etmək istəyir
Ukraynadakı uğursuzluqdan sonra ABŞ Mərkəzi Asiyada hegemonluq etmək istəyir
Sputnik Azərbaycan
ABŞ Mərkəzi Asiyadakı əvvəlki nüfuzunu bərpa etmək üçün, bölgədə nüfuzlarını getdikcə daha artıran Rusiya və Çin ilə mübarizə aparmaq məcburiyyətindədir. 27.11.2024, Sputnik Azərbaycan
2024-11-27T23:47+0400
2024-11-27T23:47+0400
2024-11-27T23:47+0400
abş
yazarlar
donald tramp
asiya
mərkəzi asiya
rusiya
çin
əməkdaşlıq
nato
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453256615_0:160:3072:1888_1920x0_80_0_0_7fdb09a24cce39ab65aba292d79616a5.jpg
BAKI, 26 noyabr — Sputnik. ABŞ Qərb istiqamətindən Ukraynanı hərbi-siyasi və iqtisadi müstəmləkəyə çevirmək planı dağıldıqdan sonra Vaşınqtonun nəzərləri Şərqə yönəldi. Amerikanın milli təhlükəsizlik maraqları çərçivəsinə Mərkəzi Asiya dövlətləri düşdü. Amerikalıların yeni yanaşması orta perspektivdə "dadlı kökələr" vəd etsə də, nəticədə bölgənin "əfqaşlaşacağı" və ya "ukraynalaşacağı" gözlənilir. Bütün Asiya, Afrika və Avropa ölkələrinin (NATO üzvləri də daxil olmaqla) aborigenləri üçün Vaşinqtonun narahatlıqları ənənəvi olaraq iqtisadi problemlərə, sabitliyə, fəlakətlərə və müharibələrə çevrilir. ABŞ Mərkəzi Asiya ölkələrini öz milli maraqları zonası, eyni zamanda Rusiya və Çinin zəiflik zonası hesab edir. Ağ Evin yeni administrasiyasının əsas fiqurları hələ müəyyənləşdirilməsə də, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp üçün artıq "ABŞ-ın Mərkəzi Asiyada strateji mövqelərinin bərpası" üçün "Milli Təhlükəsizlik gündəliyi" formalaşdırır. Yəqin ki, yaxın dörd ildə Vaşinqtonun aqressiv ritorikası və xarici siyasəti dəyişməyəcək. Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilməkdən bir müddət əvvəl, konqresmen Mayk Uolz Ukraynadakı müharibəni başa çatdırmaq üçün "nüvə silahı olan yanacaqdoldurma məntəqəsı" adlandırdığı Rusiyaya qarşı yeni "lənətlənmiş sanksiyaları" tətbiq etməyə çağırdı. Bu yanaşma dünyaya yaxşı bir şey vəd etmir. Vaşinqton Rusiya-Çin əməkdaşlığını məhv etmək, ABŞ-ın Rusiya və Çin ilə proksi-müharibəsində Mərkəzi Asiya ölkələrindən istifadə etmək niyyətindədir. Qeyd edək ki, ÇXR ilə mübarizə Vaşinqtonun strateji prioritetidir. ABŞ-ın məqsədi regionda "əsas oyunçu" rolunu bərpa etmək, Ukrayna, Yaxın Şərq və Tayvanda strateji problemlərin həllində Moskva və Pekinə təsir mərkəzi kimi MA-dan istifadə etməkdir. Mərkəzi Asiyanın beş "Rusiya və Çin arasında sıxışan" dövlətinin maraqları amerikalıları o qədər də maraqlandırmır. Sadəcə onları bu ölkələrin Rusiya ilə müttəfiqlik münasibətləri və sanksiya altında olan mallar üçün tranzit dəhlizi qəzəblənir. Məsələn, Qırğızıstana "Aİ-dən idxal olunan malların misli görünməmiş 1026 faiz artması". ABŞ-ın 2014-cü ilə qədər Manas hərbi bazasından istifadə etməsi və Qırğızıstanı regional "demokratiya fənəri" adlandırması Vaşınqtonu daha çox təəssüfləndirir. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi 2023-cü ildə bir neçə Qırğız şirkətinə qarşı sanksiyalar tətbiq edib. Və bu gün amerikalılar "ikinci dərəcəli sanksiyalar dalğası" vəd edir, və Bişkeki qlobal maliyyə bazarında maliyyə təcridi ilə təhdid edir. Noyabrın 21-də Diplomat jurnalı vəziyyəti şərh edərkən ürək açmayan mənzərənin şəkilini çəkib: ABŞ Qırğızıstanda nəzərəçarpacaq irəliləyiş əldə etmədi. "İp dartması" Digər tərəfdən, Vaşinqtona MA-da Amerika hegemonluğunun "reenkarnasiyası" üçün ən əlverişli platforma kimi Qazaxıstan görünür. KTMT-yə üzv olmaq belə Astananın NATO ölkələrinin - Almaniya, Fransa, Estoniya, Xorvatiya və digərlərinin müxtəlif dövlət rəhbərləri və qurumları ilə çevik qarşılıqlı fəaliyyətinə mane olmur. Vaşinqtonda hesab edirlər ki, "Qazaxıstanın xarici siyasət ambisiyaları ABŞ üçün qaçırılmaması vacib olan tarixi bir fürsəti yaradır". Amerikanın The National Interest analitik nəşri ABŞ-ın Mərkəzi Asiyadakı strateji platsdarmının möhkəmləndirməsini təklif edir. Bunun üçün Pekin və Moskvanın təklif etdikləri kökələrlə rəqabət aparacaq iqtisadi stimulların verilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirməsi təklif olunur. Düzdür, ABŞ-ın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana birbaşa investisiyaları həcminə görə əhəmiyyətsizdir. Bu göstərici 2012-ci ildəki 435 milyon dollardan 2023-cü ildə 226 milyona dollara, 2024 -cü ildə isə 63 milyon dollara qədər azalıb. Müqayisə üçün, eyni zamanda, Çin "Bir kəmər – bir yol" təşəbbüsü çərçivəsində bölgəyə milyardlarla dollar göndərib. Rusiya bölgədə milyardlarla dollarlıq enerji layihələrinın həcmini artırır. Bu sahədə qaz tranziti, elektrik enerjisi ixracı, Özbəkistanda nüvə reaktorlarının tikintisi həyata keçirilir. The National Interest-in verdiyi məlumata görə, Mərkəzi Asiya ölkələrinin bəzilərində Rusiya Federasiyasından əmək miqrantlarının pul köçürmələri ÜDM-in 50 faizini təşkil edir. Moskva Qazaxıstan, Qırğızıstan və Tacikistanda Rusiya hərbi bazalarının olması ilə kollektiv təhlükəsizliyi gücləndirir və bölgəyə özünün dünyada ən yaxşı silahlarını verir. Ukraynadakı xüsusi hərbi əməliyyat Moskvanın Mərkəzi Asiyadakı təsirini heç də zəiflətməyib. Amerikalılar, ən azı "bölgədəki iddialı orta güclərdən biri" ilə əməkdaşlıq əlaqələrini gücləndirməyi müvəffəqiyyətin açarı hesab edirlər. ABŞ-ın Rusiya Federasiyası və ÇXR ilə güc oyunlarında Mərkəzi Asiyadan istifadə etməyə çalışdığını başa düşən bəzi regional oyunçular, öz maraqlarını inkişaf etdirmək üçün "əməkdaşlıq və qarşıdurma arasında" tarazlığı qorumağa çalışırlar. Yəqin ki, yeni seçilmiş Donald Trampdan "bölgənin iqtisadi çiçəklənməsinə" yönəlmiş əvvəllər qəbul edilmiş "ABŞ-ın Mərkəzi Asiya üçün 2019-2025 Strategiyası"nın davamı gözlənilir. Əslində biz yol ayrıcında tarixi seçimi yox, nəticədə Ukraynanı qlobal fəlakətə aparan "Yanukoviç strategiyası"nı təkmilləşdirmə cəhdlərini müşahidə edirik.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453256615_172:0:2901:2047_1920x0_80_0_0_1da8c54de2c75a1795f4048a31ad1478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
abş, donald tramp, asiya, mərkəzi asiya, rusiya, çin, əməkdaşlıq, nato, avropa, afrika, ktmt
abş, donald tramp, asiya, mərkəzi asiya, rusiya, çin, əməkdaşlıq, nato, avropa, afrika, ktmt
Ukraynadakı uğursuzluqdan sonra ABŞ Mərkəzi Asiyada hegemonluq etmək istəyir
ABŞ Mərkəzi Asiyadakı əvvəlki nüfuzunu bərpa etmək üçün, bölgədə nüfuzlarını getdikcə daha artıran Rusiya və Çin ilə mübarizə aparmaq məcburiyyətindədir.
BAKI, 26 noyabr — Sputnik. ABŞ Qərb istiqamətindən Ukraynanı hərbi-siyasi və iqtisadi müstəmləkəyə çevirmək planı dağıldıqdan sonra Vaşınqtonun nəzərləri Şərqə yönəldi. Amerikanın milli təhlükəsizlik maraqları çərçivəsinə Mərkəzi Asiya dövlətləri düşdü. Amerikalıların yeni yanaşması orta perspektivdə "dadlı kökələr" vəd etsə də, nəticədə bölgənin "əfqaşlaşacağı" və ya "ukraynalaşacağı" gözlənilir. Bütün Asiya, Afrika və Avropa ölkələrinin (NATO üzvləri də daxil olmaqla) aborigenləri üçün Vaşinqtonun narahatlıqları ənənəvi olaraq iqtisadi problemlərə, sabitliyə, fəlakətlərə və müharibələrə çevrilir.
ABŞ Mərkəzi Asiya ölkələrini öz milli maraqları zonası, eyni zamanda Rusiya və Çinin zəiflik zonası hesab edir. Ağ Evin yeni administrasiyasının əsas fiqurları hələ müəyyənləşdirilməsə də, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp üçün artıq "ABŞ-ın Mərkəzi Asiyada strateji mövqelərinin bərpası" üçün "Milli Təhlükəsizlik gündəliyi" formalaşdırır.
Yəqin ki, yaxın dörd ildə Vaşinqtonun aqressiv ritorikası və xarici siyasəti dəyişməyəcək. Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilməkdən bir müddət əvvəl, konqresmen Mayk Uolz Ukraynadakı müharibəni başa çatdırmaq üçün "nüvə silahı olan yanacaqdoldurma məntəqəsı" adlandırdığı Rusiyaya qarşı yeni "lənətlənmiş sanksiyaları" tətbiq etməyə çağırdı. Bu yanaşma dünyaya yaxşı bir şey vəd etmir.
Vaşinqton Rusiya-Çin əməkdaşlığını məhv etmək, ABŞ-ın Rusiya və Çin ilə proksi-müharibəsində Mərkəzi Asiya ölkələrindən istifadə etmək niyyətindədir. Qeyd edək ki, ÇXR ilə mübarizə Vaşinqtonun strateji prioritetidir. ABŞ-ın məqsədi regionda "əsas oyunçu" rolunu bərpa etmək, Ukrayna, Yaxın Şərq və Tayvanda strateji problemlərin həllində Moskva və Pekinə təsir mərkəzi kimi MA-dan istifadə etməkdir.
Mərkəzi Asiyanın beş "Rusiya və Çin arasında sıxışan" dövlətinin maraqları amerikalıları o qədər də maraqlandırmır. Sadəcə onları bu ölkələrin Rusiya ilə müttəfiqlik münasibətləri və sanksiya altında olan mallar üçün tranzit dəhlizi qəzəblənir. Məsələn, Qırğızıstana "Aİ-dən idxal olunan malların misli görünməmiş 1026 faiz artması". ABŞ-ın 2014-cü ilə qədər Manas hərbi bazasından istifadə etməsi və Qırğızıstanı regional "demokratiya fənəri" adlandırması Vaşınqtonu daha çox təəssüfləndirir. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi 2023-cü ildə bir neçə Qırğız şirkətinə qarşı sanksiyalar tətbiq edib. Və bu gün amerikalılar "ikinci dərəcəli sanksiyalar dalğası" vəd edir, və Bişkeki qlobal maliyyə bazarında maliyyə təcridi ilə təhdid edir. Noyabrın 21-də Diplomat jurnalı vəziyyəti şərh edərkən ürək açmayan mənzərənin şəkilini çəkib: ABŞ Qırğızıstanda nəzərəçarpacaq irəliləyiş əldə etmədi.
Digər tərəfdən, Vaşinqtona MA-da Amerika hegemonluğunun "reenkarnasiyası" üçün ən əlverişli platforma kimi Qazaxıstan görünür. KTMT-yə üzv olmaq belə Astananın NATO ölkələrinin - Almaniya, Fransa, Estoniya, Xorvatiya və digərlərinin müxtəlif dövlət rəhbərləri və qurumları ilə çevik qarşılıqlı fəaliyyətinə mane olmur. Vaşinqtonda hesab edirlər ki, "Qazaxıstanın xarici siyasət ambisiyaları ABŞ üçün qaçırılmaması vacib olan tarixi bir fürsəti yaradır".
Amerikanın The National Interest analitik nəşri ABŞ-ın Mərkəzi Asiyadakı strateji platsdarmının möhkəmləndirməsini təklif edir. Bunun üçün Pekin və Moskvanın təklif etdikləri kökələrlə rəqabət aparacaq iqtisadi stimulların verilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirməsi təklif olunur. Düzdür, ABŞ-ın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana birbaşa investisiyaları həcminə görə əhəmiyyətsizdir. Bu göstərici 2012-ci ildəki 435 milyon dollardan 2023-cü ildə 226 milyona dollara, 2024 -cü ildə isə 63 milyon dollara qədər azalıb. Müqayisə üçün, eyni zamanda, Çin "Bir kəmər – bir yol" təşəbbüsü çərçivəsində bölgəyə milyardlarla dollar göndərib.
Rusiya bölgədə milyardlarla dollarlıq enerji layihələrinın həcmini artırır. Bu sahədə qaz tranziti, elektrik enerjisi ixracı, Özbəkistanda nüvə reaktorlarının tikintisi həyata keçirilir. The National Interest-in verdiyi məlumata görə, Mərkəzi Asiya ölkələrinin bəzilərində Rusiya Federasiyasından əmək miqrantlarının pul köçürmələri ÜDM-in 50 faizini təşkil edir. Moskva Qazaxıstan, Qırğızıstan və Tacikistanda Rusiya hərbi bazalarının olması ilə kollektiv təhlükəsizliyi gücləndirir və bölgəyə özünün dünyada ən yaxşı silahlarını verir. Ukraynadakı xüsusi hərbi əməliyyat Moskvanın Mərkəzi Asiyadakı təsirini heç də zəiflətməyib.
Amerikalılar, ən azı "bölgədəki iddialı orta güclərdən biri" ilə əməkdaşlıq əlaqələrini gücləndirməyi müvəffəqiyyətin açarı hesab edirlər. ABŞ-ın Rusiya Federasiyası və ÇXR ilə güc oyunlarında Mərkəzi Asiyadan istifadə etməyə çalışdığını başa düşən bəzi regional oyunçular, öz maraqlarını inkişaf etdirmək üçün "əməkdaşlıq və qarşıdurma arasında" tarazlığı qorumağa çalışırlar. Yəqin ki, yeni seçilmiş Donald Trampdan "bölgənin iqtisadi çiçəklənməsinə" yönəlmiş əvvəllər qəbul edilmiş "ABŞ-ın Mərkəzi Asiya üçün 2019-2025 Strategiyası"nın davamı gözlənilir. Əslində biz yol ayrıcında tarixi seçimi yox, nəticədə Ukraynanı qlobal fəlakətə aparan "Yanukoviç strategiyası"nı təkmilləşdirmə cəhdlərini müşahidə edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.