https://sputnik.az/20241124/zelenski-abs-ni-yeni-muharibeye-tehrik-edir-468929808.html
Zelenski ABŞ-ni yeni müharibəyə təhrik edir
Zelenski ABŞ-ni yeni müharibəyə təhrik edir
Sputnik Azərbaycan
Analitik hesab edir ki, dünyada gedən qlobal iqtisadi və enerji savaşında Kiyevin istəkləri okeanın o tayında heç kimi maraqlandırmır. 24.11.2024, Sputnik Azərbaycan
2024-11-24T21:59+0400
2024-11-24T21:59+0400
2024-11-24T22:01+0400
yazarlar
ukrayna
abş
müharibə
tramp
vladimir zelenski
opec
qaz
neft
seçki
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116749_0:157:3000:1845_1920x0_80_0_0_d050af454c0722fe6a6a431c94ae9f60.jpg
BAKI, 24 noyabr — Sputnik. Tramp hələ öz vəzifələrini yerinə yetirməyə başlamamış yeni və açıq-aşkar faydasız müharibəyə sövq edilir. Söhbət Vladimir Zelenskinin yeni çıxışından gedir. Zelenski bildirir ki, müharibənin dayandırılması məsələsində Vladimir Putindən deyil, gücə və silaha malik olan, yeni seçilmiş ABŞ prezidentindən daha çox şey asılıdır. O, həmçinin ilk növbədə neft olmaqla, enerji daşıyıcılarının qiymətlərini aşağı sala bilər ki, bunu da tezliklə reallaşdırmaq lazımdır. Əslində, qarşımızda tam həcmli siyasətçi və dövlət adamı olmayan, qlobal siyasi prosesləri özünəməxsus səviyyədə anlayan, Ukrayna hakimiyyətinin zirvəsinə yüksəlmiş, Krivoy Roqdan olan ortabab bir aktyor var. Zelenskinin mesajı şəffaf və sadədir: geniş yayılmış fikir belədir ki, neftin bazar qiymətinin azalması Rusiya federal büdcəsinə daxil olan gəlirləri kəskin azaltmalı və bu da öz növbəsində iqtisadiyyatda və hərbi sənaye kompleksində böhrana səbəb olmalıdır. Nəticədə Moskva döyüş meydanında məğlubiyyətə uğramasa da Ukraynanı tərk etmək məcburiyyətində qalacaq. İkinci aydın oxunan ümid isə budur ki, planetin ən böyük yanacaqdoldurma məntəqəsi olan ABŞ mərhəmət nümayiş etdirərək ucuz enerji resurslarını özünün sadiq vassalı olan Ukraynaya verəcək. İndi isə məsələyə aydınlıq gətirək və bunun üçün ikinci qeyd etdiyimiz məqamdan başlayaq. ABŞ dövləti sadəcə ölkə yox, müasir yırtıcı biznes modelinin beşiyidir. Vaşintonun siyasətində heç bir təəssüf, heç bir sentimentallığa yer yoxdur. Əsas məqsəd nəyin bahasına olursa olsun pul qazanmaqdır ki, bununla bağlı xərclər də nəticədəki mənfəətlə kompensasiya olunur. Təhlil etdiyimiz məsələdə əlavə məsrəflər kateqoriyasına Ukraynanın özü və əhalisi aid edilir ki, onların özləri bunu hələ də anlamırlar. İstənilən həcmdə enerji resurslarının güzəştli qiymətlərlə tədarükünə gəlincə, eyni biznes modelinə əsasən okeanın o tayında hasil edilən karbohidrogenlərin Asiya və ya Avropa bazarlarına göndərilmə ehtimalı daha yüksəkdir. Çünki artıq alınası heç nəyi qalmayan Ukraynadan fərqli olaraq, həmin bazarlarla ticarət mənfəət vəd edir. Ukraynaya gəldikdə isə, onun yığılmış borclarını ödəmək üçün hətta növbəti iki nəslin də ömrü çatmaya bilər. Qara qızılın bir barelinin qiymətinin qlobal ucuzlaşması ilə bağlı fantaziyalara gəlincə isə, hər şey daha mürəkkəbdir. Hazırda gündəlik rekord həddə - 13,7 milyon barel neft hasil edən və bu göstəricidə Səudiyyə Ərəbistanı və Rusiyanı qabaqlayan ABŞ qəbul etdiyi lokal qərarlarla dünya bazarlarının dinamikasına təsir edə bilmir. Ən azı ona görə ki, ABŞ nə OPEC, nə də OPEC+ üzvü deyil və prinsipial olaraq müstəqil mövqe tutur. Üstəlik, təkcə OPEK dünya istehsalının 35 faizini və dünya neft ixracının yarısını təmin edir. Və hər iki təşkilat son dörd il ərzində istehsalın artırılması ilə bağlı ABŞ-nin istənilən arzu və tələbindən israrla və açıq şəkildə imtina edir. Məsələ ilə bağlı Co Baydenin Ər-Riyada iki uğursuz səfərini xatırlamaq kifayətdir. Həmin danışıqlarda Bayden şeyxləri neft istehsalını artırmağa sövq etməyə çalışırdı ki, bu da qlobal miqyasda və ABŞ-da qiymətləri aşağı salmaqla seçki kampaniyasında ona ciddi üstünlük qazandıra bilərdi. Məhz OPEK daxilində güclü təsirə malik ərəb neft istehsalçılarının nəzakətli təxribatı Bayden administrasiyasının son iki il ərzində ABŞ-ın strateji ehtiyatını 650 milyon bareldən 360 milyon barelə qədər boşaltmasına səbəb olub. Bu göstərici son dörd onilliyin mütləq anti-rekorddur. Üstəlik, ehtiyatın doldurulmasında hazırkı dinamika saxlanıldığı halda, 2020-ci il səviyyəsinə qayıtmaq üçün Vaşinqtona ən azı 15 il lazım olacaq. Hazırda qazma və frakinqlə bağlı məhdudiyyətlərin kütləvi olaraq aradan qaldıracağı gözlənilən Tramp üçün əsas problem, vəzifədən gedən prezidentin yanvar ayında ona qoyub gedəcəyi mirasdan ibarətdir. Söhbət, ilk növbədə, alternativ enerji mənbələrinin nəhəng bazarından gedir, onun inkişafı və həyata keçirilməsi üçün büdcədə ağlasığmaz 559 milyard dollar nəzərdə tutulur. Bu qədər əhatəli, maliyyə dərinliyi olan bir sektoru neft-qaz işçilərinin istəyi ilə qəbul ediləcək bir qərarla ləğv etmək olmaz. Ola bilsin ki, məhz bu vəsaitin tutarlı hissəsinə göz dikən ABŞ Energetika Nazirliyi artıq mövqeyini dəyişərək, ekoloji cəhətdən təmiz hesab olunan və ən azı 60 illik resursu olan AES-lərin tikintisi proqramlarına dair anons verir. Hazırda bu planların həyata keçirilməsinin səmərəliliyi şübhə doğursa da, ABŞ biznes modeli Vaşinqtonu müxtəlif yanaşma və həll yollarını sınamağa sövq edir. İkinci incəlik ondan ibarətdir ki, neft hasilatının artan həcmləri daha çox ixrac olunur, çünki Vaşinqton da, Moskva kimi, ölkə daxilində qazlaşdırmaya üstünlük verir. Fikri təsdiqləmək üçün qeyd edək ki, ötən ilin sonunda ABŞ daxili qaz istehlakı üzrə tarixi rekorda imza atıb. Bu göstərici sutkada 89 milyard kubfut və ya ildə 32,5 trilyon təşkil edib. 2018 ildən etibarən ABŞ-ın daxili istehsalı ildə orta hesabla 5% artır. Bu isə o deməkdir ki, qısamüddətli perspektivdə enerji balansının, yəni iqtisadiyyatın strukturunda qazın xüsusi əhəmiyyəti nefti sıxışdıraraq tədricən artacaq. Beləliklə, qara qızıl geosiyasi təsir və zənginləşdirmə aləti kimi getdikcə xaricə daha çox təsir edəcək. Qlobal bazarlara gəlincə, birincisi - ABŞ öz qaydalarını təkbaşına diktə edə və transmilli kartellərlə mübarizə apara bilmir. İkincisi, Ştatlarda karbohidrogenlərin bütün hasilatı və emalı sırf şəxsi əllərdədir, onlar isə mənfəəti çox sevdiyinə görə OPEC və OPEC+ ilə razılığa gəlməyə və hamıya uyğun müəyyən orta qiymət dəhlizini müəyyənləşdirməyə çalışacaqlar. Korporativ oyunlar və intriqalar baxımından amerikalılar məşhur ustadırlar. Odur ki, cənab Zelenski üçün olan xəbərlər heç də yaxşı deyil. Tramp neftin qiymətini aşağı salmaq üçün heç bir cəhd göstərməyəcək. Ən azı ona görə ki, ABŞ-ın neft şirkətləri onun seçki kampaniyasının əsas donorları olublar və indi yatırdıqları pulu geri qaytarmalı, dünya bazarlarında mövqelərini daha da möhkəmlətməli, tədricən ərəblərə, ruslara və Afrika ölkələrini sıxışdırmaq imkanını əldə etməlidirlər. Hazırda gedən qlobal iqtisadi və enerji savaşında Kiyevin istəkləri okeanın o tayında olan şefi maraqlandırmır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116749_166:0:2834:2001_1920x0_80_0_0_bd97c09aca4fab0bb6813582c1209506.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
ukrayna, abş, müharibə, tramp, vladimir zelenski, opec, qaz, neft, seçki, co bayden, şirkət
ukrayna, abş, müharibə, tramp, vladimir zelenski, opec, qaz, neft, seçki, co bayden, şirkət
Zelenski ABŞ-ni yeni müharibəyə təhrik edir
21:59 24.11.2024 (Yenilənib: 22:01 24.11.2024) Analitik hesab edir ki, dünyada gedən qlobal iqtisadi və enerji savaşında Kiyevin istəkləri okeanın o tayında heç kimi maraqlandırmır.
BAKI, 24 noyabr — Sputnik. Tramp hələ öz vəzifələrini yerinə yetirməyə başlamamış yeni və açıq-aşkar faydasız müharibəyə sövq edilir. Söhbət Vladimir Zelenskinin yeni çıxışından gedir. Zelenski bildirir ki, müharibənin dayandırılması məsələsində Vladimir Putindən deyil, gücə və silaha malik olan, yeni seçilmiş ABŞ prezidentindən daha çox şey asılıdır. O, həmçinin ilk növbədə neft olmaqla, enerji daşıyıcılarının qiymətlərini aşağı sala bilər ki, bunu da tezliklə reallaşdırmaq lazımdır.
Əslində, qarşımızda tam həcmli siyasətçi və dövlət adamı olmayan, qlobal siyasi prosesləri özünəməxsus səviyyədə anlayan, Ukrayna hakimiyyətinin zirvəsinə yüksəlmiş, Krivoy Roqdan olan ortabab bir aktyor var.
Zelenskinin mesajı şəffaf və sadədir: geniş yayılmış fikir belədir ki, neftin bazar qiymətinin azalması Rusiya federal büdcəsinə daxil olan gəlirləri kəskin azaltmalı və bu da öz növbəsində iqtisadiyyatda və hərbi sənaye kompleksində böhrana səbəb olmalıdır. Nəticədə Moskva döyüş meydanında məğlubiyyətə uğramasa da Ukraynanı tərk etmək məcburiyyətində qalacaq. İkinci aydın oxunan ümid isə budur ki, planetin ən böyük yanacaqdoldurma məntəqəsi olan ABŞ mərhəmət nümayiş etdirərək ucuz enerji resurslarını özünün sadiq vassalı olan Ukraynaya verəcək.
İndi isə məsələyə aydınlıq gətirək və bunun üçün ikinci qeyd etdiyimiz məqamdan başlayaq.
ABŞ dövləti sadəcə ölkə yox, müasir yırtıcı biznes modelinin beşiyidir. Vaşintonun siyasətində heç bir təəssüf, heç bir sentimentallığa yer yoxdur. Əsas məqsəd nəyin bahasına olursa olsun pul qazanmaqdır ki, bununla bağlı xərclər də nəticədəki mənfəətlə kompensasiya olunur. Təhlil etdiyimiz məsələdə əlavə məsrəflər kateqoriyasına Ukraynanın özü və əhalisi aid edilir ki, onların özləri bunu hələ də anlamırlar. İstənilən həcmdə enerji resurslarının güzəştli qiymətlərlə tədarükünə gəlincə, eyni biznes modelinə əsasən okeanın o tayında hasil edilən karbohidrogenlərin Asiya və ya Avropa bazarlarına göndərilmə ehtimalı daha yüksəkdir. Çünki artıq alınası heç nəyi qalmayan Ukraynadan fərqli olaraq, həmin bazarlarla ticarət mənfəət vəd edir. Ukraynaya gəldikdə isə, onun yığılmış borclarını ödəmək üçün hətta növbəti iki nəslin də ömrü çatmaya bilər.
Qara qızılın bir barelinin qiymətinin qlobal ucuzlaşması ilə bağlı fantaziyalara gəlincə isə, hər şey daha mürəkkəbdir.
Hazırda gündəlik rekord həddə - 13,7 milyon barel neft hasil edən və bu göstəricidə Səudiyyə Ərəbistanı və Rusiyanı qabaqlayan ABŞ qəbul etdiyi lokal qərarlarla dünya bazarlarının dinamikasına təsir edə bilmir. Ən azı ona görə ki, ABŞ nə OPEC, nə də OPEC+ üzvü deyil və prinsipial olaraq müstəqil mövqe tutur. Üstəlik, təkcə OPEK dünya istehsalının 35 faizini və dünya neft ixracının yarısını təmin edir. Və hər iki təşkilat son dörd il ərzində istehsalın artırılması ilə bağlı ABŞ-nin istənilən arzu və tələbindən israrla və açıq şəkildə imtina edir.
Məsələ ilə bağlı Co Baydenin Ər-Riyada iki uğursuz səfərini xatırlamaq kifayətdir. Həmin danışıqlarda Bayden şeyxləri neft istehsalını artırmağa sövq etməyə çalışırdı ki, bu da qlobal miqyasda və ABŞ-da qiymətləri aşağı salmaqla seçki kampaniyasında ona ciddi üstünlük qazandıra bilərdi. Məhz OPEK daxilində güclü təsirə malik ərəb neft istehsalçılarının nəzakətli təxribatı Bayden administrasiyasının son iki il ərzində ABŞ-ın strateji ehtiyatını 650 milyon bareldən 360 milyon barelə qədər boşaltmasına səbəb olub. Bu göstərici son dörd onilliyin mütləq anti-rekorddur. Üstəlik, ehtiyatın doldurulmasında hazırkı dinamika saxlanıldığı halda, 2020-ci il səviyyəsinə qayıtmaq üçün Vaşinqtona ən azı 15 il lazım olacaq.
Hazırda qazma və frakinqlə bağlı məhdudiyyətlərin kütləvi olaraq aradan qaldıracağı gözlənilən Tramp üçün əsas problem, vəzifədən gedən prezidentin yanvar ayında ona qoyub gedəcəyi mirasdan ibarətdir.
Söhbət, ilk növbədə, alternativ enerji mənbələrinin nəhəng bazarından gedir, onun inkişafı və həyata keçirilməsi üçün büdcədə ağlasığmaz 559 milyard dollar nəzərdə tutulur. Bu qədər əhatəli, maliyyə dərinliyi olan bir sektoru neft-qaz işçilərinin istəyi ilə qəbul ediləcək bir qərarla ləğv etmək olmaz. Ola bilsin ki, məhz bu vəsaitin tutarlı hissəsinə göz dikən ABŞ Energetika Nazirliyi artıq mövqeyini dəyişərək, ekoloji cəhətdən təmiz hesab olunan və ən azı 60 illik resursu olan AES-lərin tikintisi proqramlarına dair anons verir. Hazırda bu planların həyata keçirilməsinin səmərəliliyi şübhə doğursa da, ABŞ biznes modeli Vaşinqtonu müxtəlif yanaşma və həll yollarını sınamağa sövq edir.
İkinci incəlik ondan ibarətdir ki, neft hasilatının artan həcmləri daha çox ixrac olunur, çünki Vaşinqton da, Moskva kimi, ölkə daxilində qazlaşdırmaya üstünlük verir. Fikri təsdiqləmək üçün qeyd edək ki, ötən ilin sonunda ABŞ daxili qaz istehlakı üzrə tarixi rekorda imza atıb. Bu göstərici sutkada 89 milyard kubfut və ya ildə 32,5 trilyon təşkil edib. 2018 ildən etibarən ABŞ-ın daxili istehsalı ildə orta hesabla 5% artır. Bu isə o deməkdir ki, qısamüddətli perspektivdə enerji balansının, yəni iqtisadiyyatın strukturunda qazın xüsusi əhəmiyyəti nefti sıxışdıraraq tədricən artacaq.
Beləliklə, qara qızıl geosiyasi təsir və zənginləşdirmə aləti kimi getdikcə xaricə daha çox təsir edəcək. Qlobal bazarlara gəlincə, birincisi - ABŞ öz qaydalarını təkbaşına diktə edə və transmilli kartellərlə mübarizə apara bilmir. İkincisi, Ştatlarda karbohidrogenlərin bütün hasilatı və emalı sırf şəxsi əllərdədir, onlar isə mənfəəti çox sevdiyinə görə OPEC və OPEC+ ilə razılığa gəlməyə və hamıya uyğun müəyyən orta qiymət dəhlizini müəyyənləşdirməyə çalışacaqlar. Korporativ oyunlar və intriqalar baxımından amerikalılar məşhur ustadırlar.
Odur ki, cənab Zelenski üçün olan xəbərlər heç də yaxşı deyil. Tramp neftin qiymətini aşağı salmaq üçün heç bir cəhd göstərməyəcək. Ən azı ona görə ki, ABŞ-ın neft şirkətləri onun seçki kampaniyasının əsas donorları olublar və indi yatırdıqları pulu geri qaytarmalı, dünya bazarlarında mövqelərini daha da möhkəmlətməli, tədricən ərəblərə, ruslara və Afrika ölkələrini sıxışdırmaq imkanını əldə etməlidirlər. Hazırda gedən qlobal iqtisadi və enerji savaşında Kiyevin istəkləri okeanın o tayında olan şefi maraqlandırmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.