Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

NATO-nun Freezing Winds-24 təlimləri: "Baltik pələngləri" Rusiyaya dişlərini niyə qıcayır

© Getty Images / picture allianceNATO-nun Freezing Winds-24 təlimləri
NATO-nun Freezing Winds-24 təlimləri - Sputnik Azərbaycan, 1920, 24.11.2024
Abunə olmaq
Ukraynanın “dırmıq” üzərindəki anti-Rusiya “rəqsi” Baltikyanı ölkələrin rəhbərliyi üçün dərs olmayıb.
Finlandiyanın cənubunda və Baltik dənizinin şimal hissəsində noyabrın 18-dən 29-dək NATO-nun “Freezing Winds-24” adlı təlimi keçirilir. Təlimdə İttifaqa üzv olan 28 ölkədən, o cümlədən ABŞ, İngiltərə, Fransa, Almaniya, Danimarka, İsveç, Polşa, Estoniya, Latviya və Litvadan 4000-dən çox hərbçi, 30 hərbi və yardımçı gəmilər, qırıcı və patrul təyyarələri cəlb olunub.
Təşkilatçılar qeyd ediblər ki, Finlandiya yaxınlığındakı ərazilər “Baltik dənizində NATO-nun kollektiv müdafiə təlimi keçirmək üçün unikal şərait yaradır”.
ABŞ və Britaniya dəniz piyadalarının iştirakı və ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları ilə təlimlərin, sahilyanı desant əməliyyatlarının keçirilməsi planlaşdırılır. Sahil bölmələri əsasən Helsinki və, Rusiya sərhəddinin 40 kilmetrliyində yerləşən, Kotka şəhəri arasında manevr edirlər. Təlimlərin bəzi epizodları Botniya körfəzinin ucqar şimalındakı Kemi aerodromunun ərazisində aparılır. Bu ərazi Severomorskdan 500 km və Finlandiya körfəzindəki beynəlxalq gəmiçilik marşrutlarından 650 km məsafədə yerləşir.
Baltikyanı suların və sualtı kommunikasiyaların bu cür “mühafizəsi” manevrlərin əsl “strateji əhəmiyyətini”, NATO-nun Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının nüvə sualtı bazalarına qeyri-sağlam marağını ortaya qoyur. Əslində, blok üzvləri Freezing Winds-24 təlimlərinin “çoxsəviyyəli ssenari” əsasında aparıldığını gizlətmirlər.
Baltika demək olar ki, “qaynayır”. NATO manevrlərinin bazar günü Litva və İsveç, bazar ertəsi isə Almaniya və Finlyandiya arasındakı dəniz dibindən çəkilmiş kabellərin zədələnməsi ilə eyni vaxta düşməsi də təsadüfi görünmür. Qərb səs-küylü şəkildə məsələ ilə bağlı Rusiya və ya Çinin təsiri haqqında ehtimalları irəli sürüb. Hadisəyə bağlamaq üçün rusiyalı kapitanın idarə etdiyi Çin bayrağı altında hərəkət edən 225 metrlik “Yi Peng 3” adlı yük daşıyıcı gəmi hədəf seçilib. Gəmi Rusiyanın Ust-Luqa limanından Misirin Port-Səid limanına gedirdi. Danimarkanın Diana sinifli patrul gəmisi iddiaları təqdim etmək üçün Qren limanı yaxınlığında yükdaşıyıcısına çatsa da, iddiaların nədən ibarət olduğu tam aydın deyil. Ehtimallar isə belədir ki, ona qarşı ya lövbərləri itiləməklə, ya da düzgün sürüklənməməklə bağlı iddia təqdim olunub.
Yi Peng 3 ekipajının günahı sübut olunan deyil. Güman edilən "təxribatda" texnoloji cəhətdən məna da sezilmir. Məlumat axınları Baltik dənizinin dibindəki əlli digər kabel və quru xətləri ilə təkrarlanır. "Zərər çəkənlərin" sürətli internet əlaqəsi saxlanılıb, zədələnən xətlərin təmiri isə cəmi bir neçə həftə çəkəcək. Digər tərəfdən, bu hadisə ətrafında qaldırılan süni hay-küy, diqqəti Freezing Winds-24 təlimlərinin əsl məqsədindən (Rusiya Silahlı Qüvvələrinin diqqətini və resurslarını Ukraynadakı hərbi əməliyyat meydanından uzaqlaşdırmaq) yayındırmaq ola bilər.
Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri NATO-nun Baltik dənizinin "blokadası" təlimlərini və quru əməliyyatlarını cavaba hazır vəziyyətdə müşahidə edir.
"Taxtabiti kiçik olsa, pis qoxusu var"
Finlandiya NATO-nun Rusiyanın qapısında güc nümayişi üçün öz ərazisini məmnuniyyətlə təklif etdi.
Açıq-aşkar anti-Rusiya xarakteri daşıyan “Frizing Winds-24” manevrləri zamanı britaniyalı hərbçilərin artilleriya atəşləri Rusiya sərhədindən 40 km, Sankt-Peterburqdan isə 170 km-lik məsafədə yerləşən Kotka şəhəri yaxınlığındakı poliqonda səslənir. Burada, 50 km-ə qədər məsafədə hədəfləri vura bilən və guya "oyun qaydalarını dəyişdirən" İsveçin yeni 33 tonluq "Archer" özüyeriyən haubitsalarının döyüş xüsusiyyətləri sınaqdan keçirilir (Britaniyanın köhnə AS-90 topları 2023-cü ildə xidmətdən çıxarılıb və Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib).
Amerika dəniz piyadaları təchiz olunmamış sahilə çıxmağı təlim edir (əlbəttə ki, rus sahili nəzərdə tutulur). Fransa Hərbi Hava Qüvvələrinin qırıcı pilotları isə Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahını qanadlı raketlərlə vurmağı xəyal edirlər...
Helsinkidə kimsə Rusiya ilə iqtisadi əməkdaşlıqdan bəhrələnməkdən, dinc və sakit yaşamaqdan bezib. Onilliklər ərzində Rusiya ilə dostluq edən, əhalisinin sayı Sankt-Peterburqun əhalisi ilə müqayisə oluna biləcək 5 milyon nəfər təşkil edən Finlyandiya 2023-cü ilin aprelində NATO-ya qoşuldu. Hazırda Helsinki anti-Rusiya ritorikasında alyansın bəzi “köhnə” üzvlərindən daha çox canfəşanlıq edir. Bəs Rusiya raketlərinin tuşlandığı (keçən yazdan etibarən) ərazisində mütəmadi olaraq keçirilən müttəfiqlik təlimləri zonasında yaşayan ölkə nə əldə edib? Yaxşı heç nə. Amerikanın Avropadakı maraqları naminə hər şeyi qurban vermək və iqtisadiyyat əvəzinə hərbi körpücükü inkişaf etdirmək imkanı.
“Buzlu küləklər” fonunda məlum oldu ki, Laplandiya NATO qoşunlarını qəbul etməyə hazır deyil. Finlandiya Teleradio Yayım Şirkəti həyəcan təbili çalır: “Laplandiyada avtomobil və dəmir yolları, körpülər ya bərbad vəziyyətdədir, ya da mühüm ərazilərdə infrastruktur yoxdur. Təchizat təhlükəsizliyi nöqteyi-nəzərindən, zəif yollar riskli vəziyyət yaradır. Giriş yolları olmayan ərazilərdə yaşayan insanlar potensial böhran zamanı qida, dərman, yanacaq və digər həyati vacib idxal məhsullarından məhrum olacaqlar”.
Açıq etiraf edək ki, böhranlı vəziyyətdə Rusiya Silahlı Qüvvələri üçün adi silahlarla 1200 kilometrlik cəbhənin dayanıqlığını təmin etmək kifayət qədər çətin olacaq (Rusiya-Finlandiya sərhədinin uzunluğu 1271 km təşkil edir). Amma Finlandiya ərazisində düşmənə qarşı taktiki nüvə silahı tətbiq edildikdən sonra qida və dərmana ehtiyac qalmaya bilər.
Yeri gəlmişkən, Finlandiyanın 1524 mm enində olan dəmir yolu xətti Qərbi Avropadakı (1435 mm) yoldan 9 sm enlidir. Yəni, Finlandiyanın NATO-ya daxil olması, ittifaqın Laplandiyaya “ziyarət etməsindən” daha “asandır.
Finlandiya dəmir yolu şəbəkəsinin təmir borcu bu yaxınlara qədər 1,28 milyard dollar təşkil edirdi. Belə olan halda, ölkənin atlantik infrastruktur layihələrinin kim tərəfindən ödəniləcəyi böyük sual doğurur. Belə görünür ki, siyasətçilərin seçiminə görə ağır bədəli bütün Finlandiya cəmiyyəti ödəmək məcburiyyətində qalacaq.
Ağıllı insanlar başqaların səhvindən öyrənsələr də, "Baltik pələngləri" heç nə öyrənmir.
Xəbər lenti
0