Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Zaxarovadan COP29 açıqlaması: Azərbaycanın nüfuzu artacaq

© Sputnik / Александр Кряжев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Rusiya XİN rəsmisi qeyd edib ki, Rusiya iqlim dəyişikliyi ilə bağlı Azərbaycan və bütün digər maraqlı ölkələrlə əməkdaşlığı artırmaqda davam etmək niyyətindədir.
BAKI, 21 noyabr — Sputnik. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Çərçivə Sazişi (COP29) Tərəflərinin Konfransı əla təşkil olunub. Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya COP29-da geniş şəkildə təmsil olunub və bu, Rusiya Federasiyasının iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyin ardıcıl tərəfdarı olduğunu bir daha təsdiqləyir.

"Rusiya hökumətinin sədri Mixail Mişustin dünya liderlərinin sammitində çıxış edib, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib, həmçinin azərbaycanlı həmkarı ilə danışıqlar aparıb", - Zaxarova bildirib.

O, COP29-da Rusiya nümayəndə heyətinin rəsmi Bakı tərəfindən ənənəvi olaraq hərarətlə və mehribanlıqla qarşılandığını vurğulayıb.

"Bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusən də belə nəticələr, uğurlar əldə edməsi Bakının nüfuzunu artıracaq", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.

Zaxarova həmçinin qeyd edib ki, Rusiya iqlim dəyişikliyi ilə bağlı Azərbaycan və bütün digər maraqlı ölkələrlə əməkdaşlığı artırmaqda davam etmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev  - Sputnik Azərbaycan, 1920, 21.11.2024
COP29
COP29 - iqlim layihələri üçün metodologiya hazırlanmasından ötrü standartlar qəbul edilib
Xəbər lenti
0