Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29 - iqlim layihələri üçün metodologiya hazırlanmasından ötrü standartlar qəbul edilib

© Sputnik / Kemale AliyevaRusiya İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev
Rusiya İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev  - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Tərəfdaşlıq sayəsində ölkələr karbon bazarlarının yaradılmasında bir-birlərinin təcrübəsindən öyrənə və gələcəkdə karbon vahidlərini buraxmaqla birgə iqlim layihələrini həyata keçirə biləcəklər.
BAKI, 21 noyabr — Sputnik. COP29-da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mövqelərində böyük uyğunsuzluq var. Bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev "Sputnik Azərbaycan"a bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesi çətindir, tərəflərin əsasən üzərində işlədiyi Paris sazişinin həlledici mövzuları var.
Kondratyev vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr Paris Sazişinə əsasən qəbul edilmiş razılaşmalara uyğun olaraq, enerji keçidinin inkişaf etmiş ölkələr tərəfindən maliyyələşdirilməsində israrlıdırlar. İnkişaf etmiş ölkələrin bloku isə, əksinə, bu gündəmi yox etməyə, müvafiq olaraq, yeni donorlar siyahısına daxil edilməli olan ölkələr üçün meyarların yaradılmasına üstünlük verməyə çalışırlar.

"İlk növbədə, adambaşına düşən ÜDM kimi göstəricilər vasitəsilə, emissiyalar vasitəsilə. Amma yenə deyirəm, inkişaf etmiş ölkələrin təqdim etdiyi meyarlar heç bir şəkildə izah olunmur və ya bir növ elmi, iqtisadi cəhətdən işlənib hazırlanıblar. Məhz buna görə də mövqelərdə uyğunsuzluq var. Bu baxımdan danışıqlar prosesi çətindir", - Kondratyev qeyd edib.

Onun sözlərinə görə, COP29 çərçivəsində iqlim layihələri üçün metodologiyanın hazırlanmasından ötrü standartlar qəbul edilib. Bunlar ölkələrin öz metodologiyalarını hazırlayarkən diqqət etməli olduqları standartlardır.
Kondratiyev hesab edir ki, layihənin nə dərəcədə iqlimə uyğun olduğunu və ya olmamasını, nəticələrə əsasən karbon vahidlərini buraxmaq və onları BMT reyestrinə yükləməyin nə dərəcədə mümkün olduğunu onlar müəyyən edəcəklər.

"BRİKS ölkələrinin biznesləri arasında iqlim əməkdaşlığına həsr olunmuş COP29 sessiyası zamanı biz 2024-cü ilin sonuna kimi BRİKS ölkələrində karbon bazarları üzrə tərəfdaşlıq memorandumunun imzalandığını elan etdik. Tərəfdaşlıq sayəsində ölkələr karbon bazarlarının yaradılmasında bir-birlərinin təcrübəsindən öyrənə və gələcəkdə karbon vahidlərini buraxmaqla birgə iqlim layihələrini həyata keçirə biləcəklər. Hazırda əsas məqsəd bir-birimizi daha çox anlamaq, hər bir BRİKS ölkəsində istifadə olunan milli mexanizmləri başa düşməkdir", - Kondratyev bildirib.

O qeyd edib ki, bu il BRİKS ölkələri iqlim və davamlı inkişaf sahəsində əməkdaşlıq üzrə təmas qrupu yaradıblar, həmçinin bir sıra əsas məsələləri: ədalətli enerji keçidi, onun maliyyələşdirilməsi, adaptasiyası, karbon emissiyalarının azaldılması və tənzimlənməsi müəyyənləşdiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0