https://sputnik.az/20241121/palata-azad-edilmis-erazilerde-sosial-odemelerin-subsidiyalasdirilmasi-artacaq-468927854.html
Palata: Azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq
Palata: Azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq
Sputnik Azərbaycan
İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə bağlı aparılan işlər zamanla burada fəaliyyət... 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T19:00+0400
2024-11-21T19:00+0400
2024-11-21T19:00+0400
manat
iqtisadiyyat
subsidiya
hesablama palatası
rəy
əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469024261_0:0:2000:1125_1920x0_80_0_0_6f5d6e763bf2dfe8ff89becdc12b7d47.jpg
BAKI, 21 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin genişlənməsi fonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlərin və sığortaolunan şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması artacaq. Bu barədə Hesablama Palatasının "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir. Xatırladaq ki, "Sosial sığorta haqqında" qanuna əlavə edilmiş maddəyə əsasən, 2033-cü ilə qədər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlərin (sığortaolunanların) ödədiyi sosial sığorta haqqının müvafiq hissəsi subsidiyalaşdırılır. Fondun təqdim etdiyi məlumatlara əsasən, ötən il 4 sığortaedən və 255 sığortaolunan üzrə ödənilmiş 85,7 min manat, bu ilin i yarısında isə 4 sığortaedən və 178 sığortaolunan üzrə ödənilmiş 73,8 min manat sosial sığorta haqqı subsidiyalaşdırılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230111/qarabaga-kocmek-isteyenleri-ne-gozleyir--kreditlere-zemanet-faizlerin-kompensasiyasi-450522052.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469024261_145:0:1918:1330_1920x0_80_0_0_b07c67e743f78ee731d6f0eeef218d1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, subsidiya, hesablama palatası, rəy, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
manat, subsidiya, hesablama palatası, rəy, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
Palata: Azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq
İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə bağlı aparılan işlər zamanla burada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin çoxalması ilə müşayiət olunacaq.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin genişlənməsi fonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlərin və sığortaolunan şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması artacaq.
Bu barədə Hesablama Palatasının "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Xatırladaq ki, "Sosial sığorta haqqında" qanuna əlavə edilmiş maddəyə əsasən, 2033-cü ilə qədər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlərin (sığortaolunanların) ödədiyi sosial sığorta haqqının müvafiq hissəsi subsidiyalaşdırılır.
Fondun təqdim etdiyi məlumatlara əsasən, ötən il 4 sığortaedən və 255 sığortaolunan üzrə ödənilmiş 85,7 min manat, bu ilin i yarısında isə 4 sığortaedən və 178 sığortaolunan üzrə ödənilmiş 73,8 min manat sosial sığorta haqqı subsidiyalaşdırılıb.
"İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə bağlı aparılan işlər zamanla burada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin çoxalması ilə müşayiət olunacaq. Dövlətin istər vergi, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində həyata keçirdiyi güzəştlər bu ərazilərdə məskunlaşma və biznesin inkişafının sürətlənməsinə böyük təkandır. Ötən illə müqayisədə cari ilin göstəricisində müşahidə olunan nəzərəçarpacaq artım tempi gələcək illərdə müvafiq istiqamət üzrə büdcə vəsaitinə olan ehtiyacın artması ilə müşayiət olunacaq. Bu baxımdan Hesablama Palatası önümüzdəki illərdə subsidiyalaşma ilə əlaqədar dövlət büdcəsindən ayrılacaq vəsaitin Fondun büdcə gəlirlərində ayrı maddə üzrə uçotunun aparılmasının məqsədə müvafiq olduğu qənaətindədir", - deyə Rəydə qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.