Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Avropa əsas vəzifəsini həll etməkdə davam edir

© AP Photo / Christoph Soeder/ dpaAİ bayrağı fonunda məmur, arxiv
Aİ bayrağı fonunda məmur, arxiv - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Sputnik-in köşə yazarı hesab edir ki, son vaxtlar Belarus sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərdə hazırlıq NATO standartlarına maksimal dərəcədə uyğunlaşdırılıb.
BAKI, 21 noyabr — Sputnik. Son ay yarımda Rusiya və ya müttəfiqi Belarusla sərhəddə müxtəlif adlı və məqsədli NATO təlimləri keçirilir. Hazırda davam edən Lightning Strike (yaxud “İldırım Çarpması”) bu qəbildən olan sonuncu təlimdir. Ondan əvvəl isə oktyabrda Litvada “Cəsur Qriffon” adlı başqa manevrlər keçirilmişdi.
Beləliklə, demək olar ki, hər ay Rusiyanın və Belarusun sərhədlərində silah səsləri, artilleriya gurultusu eşidilir, qoşun sayı minlərlə ölçülən hərbi kontingentlər hərəkət edir. Əlbəttə, bütün bunlar sülh naminə müharibəyə hazırlaşan natoçular tərəfindən yalnız “müdafiə və hətta dinc məqsədlər üçün” həyata keçirilir.
Əgər zireh və silah səslərinin yer aldığı dünyanı bəyənmiriksə, onda Fransanın mülki darbalağdan çıxıb hərbi komuflyaj və digər “militari stayl” geyinərək Ukrayna ordusu üçün hərbçilərin hazırlanması proqramını bitirməkdə olduğuna diqqət yetirməliyik. Onu da qeyd edək ki, əvvəlki təlimlərdən fərqli olaraq, bu səfərki hazırlıq NATO standartlarına maksimal dərəcədə uyğunlaşdırılıb.
Onlar bitdikdən sonra ukraynalı hərbçılər zəngin cehizlə (ən azı bir neçə yüz milyon avroluq) təmin edilərək təmas xəttinə göndəriləcək. Cehizin tərkibində yüzdən çox zirehli texnika ilə yanaşı, xırda-para şeylər də olacaq. Qlobalist oliqarxiyanın döyüş vərəqəsi funksiyasını daşıyan The Economist kinayəli sevinc hissi ilə bildirir ki, ukraynalılara "Sezar haubitsaları, qısa mənzilli hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raket buraxılış sistemləri və digər silahlar təqdim olunacaq".
Daha çox yaxınlaşan Üçüncü Dünya Müharibəsinin cəbhələrindən gələn hesabatları xatırladan bu xəbərlər, əkin mövsümündə istifadə olunan kvadrat-klaster üslubundakı qrup şəklində təqdim olunmaqdadır.
Fransalı yoxsullarının, tənha anaların, güclə dolanan təqaüdçülərin əlindən alınan vəsait hesabına toplanan bu silahlar parlaq, saxta rekvizit yox, rusların kütləvi şəkildə öldürülməsi üçün nəzərdə tutulan bahalı hərbi texnikadır.
Ukrayna ordusu tərəfindən istifadə edilməsinə icazə verilən, və ya hələ də bu məsələnin müzakirə olunduğu bildirilən uzaq mənzilli raketlər də rusları öldürmək üçün nəzərdə tutulub. Əslində, qarşısında Rusiyanı bir ölkə, millət və sivilizasiya kimi məhv etmək məqsədi qoyulan bu müharibənin özü də məhz qətl cəhdindən başlayıb. Hədəf – Rusiya mədəni irsi idi. Bunu ləğv etmə adı ilə həyata keçirsələr də, bu gün məlum olur ki, bu söz məqsədə çatmaq üçün görülən işlərin əsl mənasını əks etdirmir. Bundan əvvəl isə, uğursuz olsa da, qonşu və dost ölkələri dağıtmaqla Rusiyanı bitirmək cəhdləri olub.
Biz özümüzə xas olan dürüstlüyümüz və səmimiyyətimizlə deməliyik ki, Herbert Uelsin yazdığı dünyalar müharibəsindən fərqli olaraq, hazırkı ideoloji sahədə açılan dünyalar müharibəsində hamıdan yüksək səslə bağıran, kütlənin populist istəklərinə hakim kəsilən, qlobal cəmiyyətin emosiyalarını idarə edənlər deyil, sözü və əməlləri üst-üstə düşənlər qalib gələcək.
Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməsinin böyük şahmat taxtasında aparılan mücərrəd oyunlar deyil, Rusiyanın məhvi üçün işlənilmiş çox konkret plan olduğunu başa düşmək üçün, bizə xalq olaraq xeyli vaxt lazım oldu. Daha dəqiq desək, Rusiya xalqı və dövlətinin məhv edilməsinə dair plan işlənilib ki, bunun da icrası onların yer üzündən silinməsinə gətirə bilərdi. İstər 30 il bundan əvvəl, istərsə də indinin özündə kollektiv Qərbin, Vaşınqtonun və onun yenidən formalaşdırdığı, və bunun nəticəsində NATO-nun əlaltısına çevrilmiş Avropa İttifaqının, bir məqsədi olub: bir an içində Böyük Rusiyanın mövcudluğuna son qoymaq. Elə etmək ki, Rusiya özü məğlubiyyətini etiraf etsin, aclıq və səfalət nəticəsində dizi üstə Qərbdən humanitar yardım diləsin. Bunun nəticəsi olaraq Rusiyaya 90-cı illərdə daddığımız “Buşun budları”, vaxtı keçmiş hərbi paylar təqdim olunsun.
© Sputnik / Stringer Denis Aslanov / Mediabanka keçidABŞ hərbçiləri, arxiv
Военнослужащие США - Sputnik Azərbaycan, 1920, 21.11.2024
ABŞ hərbçiləri, arxiv
Bütün hazırkı sxem, demək olar ki, həmin 40 il əvvəlki vəziyyəti təkrar edir.
Həmin vaxt əhali təslim oldu. Və ölkəni təslim etdi. Özü də döyüşsüz, müqavimətsiz, qaliblərin mərhəmətinə ümid bəsləyərək. Bu gün məlum olur ki, nahaq yerə.
Həmin vaxt Rusiyanın salamat qalması sadəcə boşluğun nəticəsidir. Hal-hazırda Rusiyanın gerçək məhv edilməsinə çalışılır. Bunun üçün nüvə şantajı, NATO-nun hərbi qüdrəti, bu işdə köməkçi olaraq kiçik faiz naminə oyuna atılan Ukrayna da daxil olmaqla, bütün vasitələrdən istifadə edilir. Amma Rusiya bu planları alt-üst etdi.
İndi də o, geosiyasi qarşıdurmada qalib gəlməyə doğru irəliləyir. Qalib isə, yəni Rusiya, konturları getdikcə daha aydın görünən yeni çoxqütblü dünyanın mühafizə edilməsi hüququ ilə yanaşı, həm də danışıqlardan imtina etmək haqqı əldə edəcək. Daha dəqiq desək, bir qədər əvvəl onu məhv etmək istəyənlərlə alverdən imtina etmək hüququ.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0