Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Kiyev üçün uzaqmənzilli raketlər: Qərb Rusiya ilə münaqişənin eskalasiyasını təşviq edir

© John Hamilton / U.S. Army via APATACMS raketinin buaxılşı, arxiv
ATACMS raketinin buaxılşı, arxiv - Sputnik Azərbaycan, 1920, 18.11.2024
Abunə olmaq
Qərb Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatı sızdırmağa niyə qərar verdi və bu, respublikaçıların maraqlarına uyğundurmu – bu barədə "RİA Novosti"nin köşə yazarı İrina Alksnisin materialında.
BAKI, 18 noyabr — Sputnik. Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Fransa Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbələr üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verdilər. Söhbət "ATACMS", "SCALP" və "Storm Shadow" raketlərindən gedir. Onların maksimal uçuş məsafəsi 300 kilometrə çatır.
Bu məlumat qeyri-rəsmidir. Baydenin qərarını "The New York Times", London və Parisin qərarlarını isə "Le Figaro" dərc edib. Ağ Ev mediada yayılan xəbərləri nə təsdiq, nə də təkzib edərək şərh verməkdən imtina edib. Trampın keçid komandasının nümayəndəsi isə bildirib ki, yeni prezident bu qərarı "yenidən nəzərdən keçirə bilər". Yeri gəlmişkən, "yenidən nəzərdən keçirə bilər" məsələsi şübhə doğurur.
İlk baxışdan, qərarın elan edilməsinin seçilmiş üsulu qəribə görünür - hələ ki, mediaya sızma ilə. Bununla belə, bu, özünəməxsus şəkildə, Qərbin düşdüyü çıxılmaz vəziyyətdən çıxmaq cəhdi üçün ağıllı bir qərardır. O, ABŞ və Avropa isteblişmentinin onları ayıran ən dərin ziddiyyətlər və düşmənçiliyə baxmayaraq tamamilə bütün qrup və klanlarının, o cümlədən Donald Tramp və onun komandasının maraqlarına cavab verir.
Rusiya qalib gəlir - həm döyüş meydanında, həm iqtisadi qarşıdurmada, həm də geosiyasi mübarizədə. Eyni zamanda, Qərbin manevr imkanları onun gələcək fəaliyyətləri üçün hansı strategiyanı seçməsindən - münaqişəni davam etdirməkdən və ya ondan çıxmaqdan asılı olmayaraq, son həddə qədər daralır. Hazırkı formatda onun müharibə aparmaq imkanları praktiki olaraq tükənib və Moskvanın hərbi uğurlarını nəzərə alsaq, bu, getdikcə daha azalan resursların mənasız israfı olardı. Bununla belə, münaqişədən çıxmaqla bağlı ciddi problemlər var. Donald Tramp cəsarətli bəyanatlar verir, müharibəni 24 saat ərzində bitirəcəyini vəd edir, lakin bu, yalnız Qərbin məğlubiyyətini etiraf etməsi və Moskvanın şərtlərini qəbul etməsi şərtilə mümkündür.
Aydındır ki, bu, ABŞ üçün qəbuledilməzdir, deməli, Rusiyanı onun üçün qəbuledilməz olan güzəştlərə məcbur etmək üçün istifadə edilə bilən sövdələşmə rıçaqlarına ehtiyac var.
Belə çıxır ki, bu halda həm Rusiya ilə mübarizəni davam etdirmək istəyən şahinlərin, həm də uğursuz Ukrayna layihəsini başa çatdırmaq və Çin kimi daha vacib sahələrə keçmək istəyən göyərçinlərin və üstəlik, Moskva ilə baş-başa qalmaqdan qorxan, boyunlarından "xalta kimi" asılmış Kiyevlə birgə avropalıların maraqları üst-üstə düşür.
Lakin burada da Qərbin ciddi problemi var: eskalasiya və payların artırılması imkanları kritik məhdudiyyətlə bağlıdır - Moskvanın birbaşa səsləndirdiyi mövqeyi ondan barətdir ki, Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri Qərbin açıq şəkildə müharibəyə daxil olması kimi qiymətləndiriləcək və RF-nın müvafiq reaksiyası ilə qarşılaşacaq.
Bütün ötən illər ərzində Rusiya ilə qarşıdurmada Qərb qırmızı xətləri tədricən yumşaltmaq və keçmək yanaşmasından istifadə edib və hazırda eyni texnologiyanı şəxsən Vladimir Putinin qeyd etdiyi xəttə qarşı tətbiq etmək niyyətindədir.
Buna görə hər şey məhz bu şəkildə - ciddi və təlimata uyğun olaraq baş verir, bu dəfə əlavə elementlər və qoruyucular təqdim edilib. Əvvəlcə, Moskvanın reaksiyasını görmək üçün mediada təsdiqlənməmiş bir insayder. Üstəlik, Rusiyanın qarşısına əlavə bir "yerkökü" asıldı ki, o, çox kəskin reaksiya verməmək üçün bir stimula sahib olsun: Ağ Evdə məskunlaşan Tramp Baydenin qərarını ləğv edə bilər - sadəcə, bir neçə ay gözləmək lazımdır. Üstəlik, guya sərhəd bölgələrində yerləşən və ABŞ-ın uzaqmənzilli raketlərinin əsas hədəfi olacaq Şimali Koreya hərbi qulluqçularının mövzusunu vurğulamaq da eyni istiqamətdə işləyir - deyirlər ki, bütün bunlar ilk növbədə Kim Çen Ina bir siqnaldır. Belə ki, Rusiyanın Kursk bölgəsinin "ATACMS"la atəşə tutulmasına reaksiyası üçüncü dünya müharibəsi və nüvə apokalipsisi ilə müqayisədə açıq-aşkar artıq olacaq.
Hazırda Atlantik okeanının hər iki tərəfində Moskvanın ona yönələn çağırışa necə cavab verəcəyini əsəbi şəkildə gözləyirlər. ABŞ və avropalıları qorxudan reaksiya olarsa, daxil edilmiş insayderlərin sürətli təkzibini görəcəyik. Lakin əgər onlara elə gələrsə ki, Rusiya NATO-nun uzaqmənzilli raketlərinin onun ərazisini atəşə tutması ilə dünyanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymayacaq, o zaman belə hücumlar gözlənilməlidir.
Problem ondadır ki, Qərbin hakim sinfi sözlərin əhəmiyyətini və mənasını ümumiyyətlə dərk etməyi dayandırıb. O, özünün ən kobud təcəssümündə yalnız gücü qəbul edir. Beləliklə, böyük ehtimal var ki, bu gün Rusiya rəhbərliyinin heç bir bəyanatı Moskvanın bu avantüranın təşkilatçıları və iştirakçıları üçün niyyətinin ciddiliyinə kifayət qədər inandırıcı sübut olmayacaq.
Lakin onların planında bir zəiflik var: Qərb hesab edir ki, Putin uzaqmənzilli raketlərin Rusiya ərazisini atəşə tutması kimi "xırdalığa" görə üçüncü dünya müharibəsi çətin ki, başlatsın. Lakin o özü, Rusiyanın "ATACMS"la atəşə tutulmasına cavab olaraq NATO-nun hərbi obyektinə zərbə endirən zaman, məsələn, Qara dəniz üzərində ABŞ-ın radar aşkarlayan və istiqamətləndirən təyyarəsini vurarkən bunu başlamağa hazırdırmı? Bu ki, xırda, əhəmiyyətsiz bir hadisədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0