DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın administrasiyaya kimi gətirməsi Moskvanı maraqlandırmır

© AP Photo / Alex BrandonDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 14.11.2024
Abunə olmaq
Donald Tramp öz administrasiyasında əsas vəzifələrə kimləri təyin edəcəyini səbirsizliklə gözləyən hər kəsi çox təəccübləndirib.
BAKI, 14 noyabr — Sputnik. Rusiya hakimiyyəti ABŞ-da təkrar prezident seçilmiş Donald Trampın administrasiyasının kadrlarının formalaşdırılması prosesini izləyir, lakin bu, Moskvanın əsas prioriteti deyil.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov çıxışı zamanı deyib.
"Biz, şübhəsiz ki, bunu izləyirik, lakin inanın, bu bizim əsas prioritetimiz deyil", Rusiya liderinin mətbuat katibi bildirib.
Peskov əlavə edib ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə qıcıq yaradan məsələlərin gündəliyi o qədər genişdir ki, müzakirə üçün bir prioriteti qeyd etmək çətindir.
Kremlin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Rusiya ilə ABŞ-ın yeni administrasiyasının nümayəndələri arasında hələlik heç bir əlaqə olmayıb.
Yeni seçilmiş Prezident Donald Tramp öz administrasiyasında əsas vəzifələrə kimləri təyin edəcəyini səbirsizliklə gözləyən hər kəsi çox təəccübləndirib. Ən böyük sürpriz isə onun 44 yaşlı "Fox News" teleaparıcısı Pit Heqsetin ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədliyi olub. Əgər Senat tərəfindən onun namizədliyi təsdiq olunarsa, jurnalist bir sıra qlobal böhranlar zamanı Pentaqona rəhbərlik edəcək.
"NBC News" telekanalı xəbər verir ki, Trampın konqresmen Mett Getzin ədliyyə naziri vəzifəsinə təyin edilməsi təklifi nazirlik işçiləri arasında şoka səbəb olub. Məmurlar çaşqınlıqlarını ifadə ediblər. Belə ki, onlardan biri bu seçimi "həqiqətən heyrətamiz", digəri "dəlilik", üçüncüsü isə "gülünc" adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 13.11.2024
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Trampın gəlişi Ukraynada heç nəyi dəyişməyəcək - Lavrov
Xəbər lenti
0