https://sputnik.az/20241113/trampin-gelisi-ukraynada-hec-neyi-deyismeyecek---lavrov--468746488.html
Trampın gəlişi Ukraynada heç nəyi dəyişməyəcək - Lavrov
Trampın gəlişi Ukraynada heç nəyi dəyişməyəcək - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN başçısının sözlərinə görə, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. 13.11.2024, Sputnik Azərbaycan
2024-11-13T22:55+0400
2024-11-13T22:55+0400
2024-11-13T22:55+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sergey lavrov
ərdoğan
rəcəb tayyip ərdoğan
nato
mark rütte
ukrayna
donald tramp
abş prezidenti donald tramp
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/04/468497470_0:118:3221:1929_1920x0_80_0_0_0680ab6781037afc0a0e4e3d99e0b3ba.jpg
BAKI, 13 noyabr - Sputnik. “Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Çünki Vaşinqton hər şeyi öz nəzarəti altında saxlamaq istəyir”.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.“Vaşinqtonun Ukrayna, hətta Avropa məsələlərinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir” - Lavrov deyib. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın Ukrayna münaqişəsini bitirəcəyinə ümidini ifadə edib. "ABŞ Prezidenti Donald Tramp dövründə məsələyə həll perspektivindən yanaşan iqtidar görsək, müharibəni asanlıqla bitirə bilərik" - o, deyib.Finlandiya prezidenti Alexander Stubb deyib ki, Avropa və dünyanın qalan hissəsi başa düşməlidir ki, ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Ukraynada tezliklə sülhə nail olmaq məsələsində “ciddi”dir.Tramp bundan əvvəl Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olacağına söz vermişdi. O, Ukraynadakı münaqişəni bir gündə həll edə biləcəyini dəfələrlə bəyan edib.Rusiya Federasiyası isə hesab edir ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.Bundan əlavə, Tramp dəfələrlə ABŞ-ın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib və Zelenskini də tənqid edib. Belə ki, mitinqlərində onu hər səfəri ABŞ-dan milyardlarla dollarlıq yardımla başa çatan “hüceyrə” adlandırırdı.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/04/468497470_245:0:2974:2047_1920x0_80_0_0_0949cae0b6789105f4495822ad2de8e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, ərdoğan, rəcəb tayyip ərdoğan, nato, mark rütte, ukrayna, donald tramp, abş prezidenti donald tramp, abş, vladimir zelenski
sergey lavrov, ərdoğan, rəcəb tayyip ərdoğan, nato, mark rütte, ukrayna, donald tramp, abş prezidenti donald tramp, abş, vladimir zelenski
Trampın gəlişi Ukraynada heç nəyi dəyişməyəcək - Lavrov
Rusiya XİN başçısının sözlərinə görə, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq.
BAKI, 13 noyabr - Sputnik. “Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Çünki Vaşinqton hər şeyi öz nəzarəti altında saxlamaq istəyir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Vaşinqtonun Ukrayna, hətta Avropa məsələlərinə fundamental münasibəti o mənada dəyişməyəcək ki, ABŞ həmişə NATO məkanında və onun ətrafında baş verən hər şeyi öz nəzarəti altında saxlamağa çalışacaq. Avropa Birliyi isə indi hərbi-siyasi baxımdan NATO ilə eynidir” - Lavrov deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın Ukrayna münaqişəsini bitirəcəyinə ümidini ifadə edib.
"ABŞ Prezidenti Donald Tramp dövründə məsələyə həll perspektivindən yanaşan iqtidar görsək, müharibəni asanlıqla bitirə bilərik" - o, deyib.
Finlandiya prezidenti Alexander Stubb deyib ki, Avropa və dünyanın qalan hissəsi başa düşməlidir ki, ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Ukraynada tezliklə sülhə nail olmaq məsələsində “ciddi”dir.
Tramp bundan əvvəl Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə nail olacağına söz vermişdi. O, Ukraynadakı münaqişəni bir gündə həll edə biləcəyini dəfələrlə bəyan edib.
Rusiya Federasiyası isə hesab edir ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.
Bundan əlavə, Tramp dəfələrlə ABŞ-ın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib və Zelenskini də tənqid edib. Belə ki, mitinqlərində onu hər səfəri ABŞ-dan milyardlarla dollarlıq yardımla başa çatan “hüceyrə” adlandırırdı.