https://sputnik.az/20241112/nkisaf-etmekde-olan-olkeler-bakini-bos-elle-terk-etmemelidir---antonio-quterres-468691235.html
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir - Antonio Quterreş
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir - Antonio Quterreş
Sputnik Azərbaycan
Bakıda BMT-nin COP29-un açılış mərasimi keçirilib. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T14:11+0400
2024-11-12T14:11+0400
2024-11-12T19:04+0400
cop29
azərbaycan
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
iqlim
g20
lider
ölkə
inkişaf
temperatur
qlobal istiləşmə
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465814132_0:2:2939:1655_1920x0_80_0_0_a63dad86cf2eefd01e710e4d013603a3.jpg
BAKI, 12 noyabr - Sputnik. İqlim dəyişikliyi ilə mübarizədə bütün dünya ölkələri öz üzərinə düşəni etməlidir, lakin G20 ölkələri lider olmalıdır. Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş COP29-un açılış mərasimindəki çıxışı zamanı söyləyib.BMT rəhbəri bildirib ki,Onun sözlərinə görə, qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün dünyanın çox az vaxtı qalıb.Quterreş hesab edir ki, insanları iqlim böhranının dağıdıcı təsirlərindən qorumaq üçün daha çox iş görülməlidir.Baş katib vurğulayıb ki, uyğunlaşma ehtiyacları ilə maliyyələşdirmə arasında fərq 2030-cu ilə qədər ildə 359 milyard dollara çata bilər. Onun fikrincə, qlobal temperaturun yüksəlməsini məhdudlaşdırmaq üçün emissiyaları da təcili şəkildə azaltmaq lazımdır:“Emissiyalar 2030-cu ilə qədər hər il 9% azaldılmalı, 2019-cu illə müqayisədə 43% azaldılmalıdır. Bu o deməkdir ki, onlar bərpa olunan enerji potensialını üç dəfə artırmaq, enerji səmərəliliyini iki dəfə artırmaq və meşələrin qırılmasına son qoymaq kimi qlobal məqsədləri irəli sürərək bütün emissiyaları və bütün iqtisadiyyatı əhatə etməlidir".O vurğulayıb ki, inkişaf etmiş ölkələr 2025-ci ilə qədər adaptasiya maliyyələşdirməsini ikiqat artıraraq ildə ən azı 40 milyard dollara çatdırmalıdır.Quterreş onu da əlavə edib ki, günəş və külək enerjisi demək olar ki, hər yerdə yeni elektrik enerjisinin ən ucuz mənbələrinə çevrilir.Noyabrın 11-22-də Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Sessiya çərçivəsində noyabrın 12-13-də iqlim dəyişikliyi məsələlərinə dair dünya liderlərinin sammiti təşkil olunub. Burada 80-ə yaxın dövlət və hökumət başçısı iştirak edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241112/cop29-un-liderler-sammitinin-acilis-merasimi-kecirilir-yenlenecek-468680976.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465814132_77:0:2806:2047_1920x0_80_0_0_224acc5c60a62ed09fc36f17147a9fe4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, iqlim, g20, lider, ölkə, inkişaf, temperatur, qlobal istiləşmə, dərəcə, selsi, milyard dollar
azərbaycan, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, iqlim, g20, lider, ölkə, inkişaf, temperatur, qlobal istiləşmə, dərəcə, selsi, milyard dollar
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir - Antonio Quterreş
14:11 12.11.2024 (Yenilənib: 19:04 12.11.2024) Bakıda BMT-nin COP29-un açılış mərasimi keçirilib.
BAKI, 12 noyabr - Sputnik. İqlim dəyişikliyi ilə mübarizədə bütün dünya ölkələri öz üzərinə düşəni etməlidir, lakin G20 ölkələri lider olmalıdır. Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş COP29-un açılış mərasimindəki çıxışı zamanı söyləyib.
“Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda, bəşəriyyət bunun əvəzini ödəyəcək", - deyə Baş katib əlavə edib.
"Bütün ölkələr töhfə verməlidir. Lakin G20 liderlik etməlidir. Onlar ən böyük imkan və məsuliyyətə malik ən böyük emitentlərdir, texnoloji nou-haularını birləşdirməlidirlər - inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan iqtisadiyyatlara dəstəyi ilə".
Onun sözlərinə görə, qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün dünyanın çox az vaxtı qalıb.
Quterreş hesab edir ki, insanları iqlim böhranının dağıdıcı təsirlərindən qorumaq üçün daha çox iş görülməlidir.
Baş katib vurğulayıb ki, uyğunlaşma ehtiyacları ilə maliyyələşdirmə arasında fərq 2030-cu ilə qədər ildə 359 milyard dollara çata bilər. Onun fikrincə, qlobal temperaturun yüksəlməsini məhdudlaşdırmaq üçün emissiyaları da təcili şəkildə azaltmaq lazımdır:
“Emissiyalar 2030-cu ilə qədər hər il 9% azaldılmalı, 2019-cu illə müqayisədə 43% azaldılmalıdır. Bu o deməkdir ki, onlar bərpa olunan enerji potensialını üç dəfə artırmaq, enerji səmərəliliyini iki dəfə artırmaq və meşələrin qırılmasına son qoymaq kimi qlobal məqsədləri irəli sürərək bütün emissiyaları və bütün iqtisadiyyatı əhatə etməlidir".
O vurğulayıb ki, inkişaf etmiş ölkələr 2025-ci ilə qədər adaptasiya maliyyələşdirməsini ikiqat artıraraq ildə ən azı 40 milyard dollara çatdırmalıdır.
“Öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alsaq, üçüncü prioritet maliyyələşdirmədir. COP29 iqlim maliyyəsi üçün maneələri aradan qaldırmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakıdan əliboş getməməlidir. Razılaşma lazımdır. Bizə hazırda uyğun olan yeni maliyyə hədəfi lazımdır”, - deyə baş katib bildirib.
Quterreş onu da əlavə edib ki, günəş və külək enerjisi demək olar ki, hər yerdə yeni elektrik enerjisinin ən ucuz mənbələrinə çevrilir.
Noyabrın 11-22-də Bakı Olimpiya Stadionunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçirilir. Sessiya çərçivəsində noyabrın 12-13-də iqlim dəyişikliyi məsələlərinə dair dünya liderlərinin sammiti təşkil olunub. Burada 80-ə yaxın dövlət və hökumət başçısı iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.