https://sputnik.az/20241112/cop29-un-liderler-sammitinin-acilis-merasimi-kecirilir-yenlenecek-468680976.html
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırması yaxında bitəcək - Prezident
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırması yaxında bitəcək - Prezident
Sputnik Azərbaycan
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində müxtəlif ölkələrin dövlət başçıları iştirak edirlər. 12.11.2024, Sputnik Azərbaycan
2024-11-12T12:40+0400
2024-11-12T12:40+0400
2024-11-12T19:28+0400
cop29
cop29
azərbaycan
prezident ilham əliyev
qaz
avropa
ölkə
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0c/468685004_0:178:3009:1871_1920x0_80_0_0_0a57f552e67eca4541fe2acf08fd0bc8.jpg
BAKI, 12 noyabr - Sputnik. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək.Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:12.11.24, 12:10Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirlməsi deməkdir.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.Dövlətimizin başçısı bildirib ki, COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.İlham Iliyev bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.Onun sözlərinə görə, Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.12.11.24, 11:44Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı COP29 keçirilən məkana gəliblər. Onları Azərbaycan prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterriş qarşılayıblar.12.11.24, 10:52Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0c/468685004_139:0:2870:2048_1920x0_80_0_0_57c9cd440f72c3decbdec55ba5b7c864.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cop29, azərbaycan, prezident ilham əliyev, qaz, avropa, ölkə
cop29, azərbaycan, prezident ilham əliyev, qaz, avropa, ölkə
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırması yaxında bitəcək - Prezident
12:40 12.11.2024 (Yenilənib: 19:28 12.11.2024) Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində müxtəlif ölkələrin dövlət başçıları iştirak edirlər.
BAKI, 12 noyabr - Sputnik. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib.
Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:
“Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları iki giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır”.
Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirlməsi deməkdir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
İlham Iliyev bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.
Onun sözlərinə görə, Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.
“Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı COP29 keçirilən məkana gəliblər. Onları Azərbaycan prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterriş qarşılayıblar.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.