https://sputnik.az/20241111/hec-bir-isiq-gormurem---lukasenko-iqlim-problemlerine-gore-qerb-olkelerini-tenqid-etdi-468675684.html
Heç bir işıq görmürəm - Lukaşenko iqlim problemlərinə görə Qərb ölkələrini tənqid etdi
Heç bir işıq görmürəm - Lukaşenko iqlim problemlərinə görə Qərb ölkələrini tənqid etdi
Sputnik Azərbaycan
Belarus Prezidentinin dediyinə görə, Qərb ölkələri elə düşünürlər ki, hər şey düzələcək, amma düzəlməyəcək. 11.11.2024, Sputnik Azərbaycan
2024-11-11T21:51+0400
2024-11-11T21:51+0400
2024-11-11T21:53+0400
cop29
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
cop29
iqlim dəyişikliyi
qlobal iqlim dəyişikliyi
birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:88:807:542_1920x0_80_0_0_1d4d1ee733e31e1a024c070a7665254a.jpg
BAKI, 11 noyabr - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.Bu barədə Lukaşenko Azərbaycanın “AnewZ” telekanalına müsahibəsində bildirib.“Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?” sualını cavablandırarkən Lukaşenko deyib: “Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər”.O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.Lukaşenko bəzi Qərb ölkələrini Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı tutduqları mövqeyə görə də tənqid edib: “Onlar düşünürlər ki, hər şey yaxşı olacaq, iqlim dəyişməyəcək və Qərb ölkələri bundan yan keçəcəklər. Yəni elə düşünürlər ki, hər şey düzələcək. Düzəlməyəcək”.
https://sputnik.az/20241111/aleksandr-lukasenko-bakinin-gozelliyine-yeniden-asiq-olub-qisa-vaxtda-boyuk-is-gormusuz-468674606.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:13:807:618_1920x0_80_0_0_d97310a82f9c77ec7d97dcf04d01f288.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, cop29, iqlim dəyişikliyi, qlobal iqlim dəyişikliyi, birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, cop29, iqlim dəyişikliyi, qlobal iqlim dəyişikliyi, birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı
Heç bir işıq görmürəm - Lukaşenko iqlim problemlərinə görə Qərb ölkələrini tənqid etdi
21:51 11.11.2024 (Yenilənib: 21:53 11.11.2024) Belarus Prezidentinin dediyinə görə, Qərb ölkələri elə düşünürlər ki, hər şey düzələcək, amma düzəlməyəcək.
BAKI, 11 noyabr - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.
Bu barədə Lukaşenko Azərbaycanın “AnewZ” telekanalına müsahibəsində bildirib.
“Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?” sualını cavablandırarkən Lukaşenko deyib:
“Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər”.
O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.
Lukaşenko bəzi Qərb ölkələrini Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı tutduqları mövqeyə görə də tənqid edib:
“Onlar düşünürlər ki, hər şey yaxşı olacaq, iqlim dəyişməyəcək və Qərb ölkələri bundan yan keçəcəklər. Yəni elə düşünürlər ki, hər şey düzələcək. Düzəlməyəcək”.