https://sputnik.az/20241111/aleksandr-lukasenko-bakinin-gozelliyine-yeniden-asiq-olub-qisa-vaxtda-boyuk-is-gormusuz-468674606.html
Aleksandr Lukaşenko Bakının gözəlliyinə yenidən aşiq olub: "Qısa vaxtda böyük iş görmüsüz"
Aleksandr Lukaşenko Bakının gözəlliyinə yenidən aşiq olub: "Qısa vaxtda böyük iş görmüsüz"
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirib. 11.11.2024, Sputnik Azərbaycan
2024-11-11T19:00+0400
2024-11-11T19:00+0400
2024-11-11T19:00+0400
siyasət
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
cop29
prezident ilham əliyev
bakı
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0b/468673325_0:153:2658:1648_1920x0_80_0_0_c9d65182231f484872592ff99d551eba.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirdi.Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını dedi.Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığı bildirildi.İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olundu.Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi.Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladı.Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulandı, Ağdam rayonunda aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0b/468673325_129:0:2530:1801_1920x0_80_0_0_bb70d6bf4e8baf19c4b59d9636177423.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, cop29, prezident ilham əliyev, bakı
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, cop29, prezident ilham əliyev, bakı
Aleksandr Lukaşenko Bakının gözəlliyinə yenidən aşiq olub: "Qısa vaxtda böyük iş görmüsüz"
Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə minnətdarlığını bildirdi.
Azərbaycan Prezidenti vurğuladı ki, COP29-a hazırlıq işlərinə az vaxtın olmasına baxmayaraq, bu işlər yüksək səviyyədə həyata keçirilib.
Aleksandr Lukaşenko Bakının gözəlliyinin bu dəfə də onda dərin təəssürat hissi yaratdığını dedi.
Söhbət zamanı ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, ümumi ticarət dövriyyəsinin 41 faiz artdığı bildirildi.
İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərində, modul tipli evlərin tikintisində Belarus şirkətlərinin iştirakı məmnunluqla qeyd olundu.
Prezident İlham Əliyev Belarus tərəfindən Şuşaya hədiyyə olunan traktorlara görə Aleksandr Lukaşenkoya bir daha təşəkkürünü bildirdi.
Belarus dövlətinin başçısı bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı yaşayış binaları üçün liftlərin birgə istehsalını təşkil etmək məqsədilə işlərin getdiyi vurğulandı, Ağdam rayonunda aqroşəhərciyin salınması, kənd təsərrüfatı, maşınqayırma və sənaye sahələrində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi məsələləri qeyd edildi.