https://sputnik.az/20241031/ermenistana-verilen-silahlar-bir-gun-istifade-olunacaq---professor-468395050.html
Ermənistana verilən silahlar bir gün istifadə olunacaq - Professor
Ermənistana verilən silahlar bir gün istifadə olunacaq - Professor
Sputnik Azərbaycan
Professor bildirir ki, Fransanın Azərbaycanla sərhəddə kəşfiyyatçılarını yerləşdirməsi gələcəkdə ölkəmizlə Ermənistan arasında gərginliyin yaradılmasına... 31.10.2024, Sputnik Azərbaycan
2024-10-31T10:47+0400
2024-10-31T10:47+0400
2024-10-31T10:47+0400
azərbaycan
azərbaycan xəbərləri
ermənistan
avropa ittifaqı
missiya
təxribat
fransa
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/06/13/465467734_0:160:3072:1888_1920x0_80_0_0_1d9747bc46499056c422887822893de1.jpg
BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan mediası yazır ki, oktyabrın əvvəlindən Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Oktyabrın 29-da isə Avropa İttifaqının Mülki Müşahidə missiyasının daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. KİV iddia edir ki, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Qeyd etmək yerinə düşər ki, bu missiyanın statusunu aşan fəaliyyətlərə cəlb olunması mütəmadi olaraq Azərbaycan tərəfindən qəzəblə qarşılanır. 2022-ci ilin dekabrından fəaliyyətə başlayan bu missiyanın fəaliyyətinə münasibət birmənalı deyil. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bildirib ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Ermənistan isə bu missiyanı öz təhlükəsizliyin qarantı sayır. Ermənistan XİN rəhbəri bildirib ki, Avropa İttifaqının mülki müşahidə missiyası Ermənistan üçün, xüsusilə də təhlükəsizlik baxımından həyati və son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ermənistan təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə missiyanın fəaliyyətini daha aydın etiraf edib. Onun sözlərinə görə, missiyanın məqsədi ermənilərin Aİ haqqında təsəvvürünü dəyişdirmək deyildi, lakin Aİ missiyası bunu etdi. Qeyd edək ki, Ermənistan tərəfindən Aİ müşahidə missiyasının üzvlərinə yüksək imtiyazlar verilib. Aİ missiyasının statusu haqqında sazişə əsasən, missiyanın üzvləri saxlanıla və ya həbs edilə bilməz və şəxsi heyət bütün hallarda yerləşdiyi ölkədə cinayət təqibindən immunitetə malikdir. Avropalı müşahidəçilərin obyektləri də toxunulmazdır, missiya üzvləri gömrük prosedurlarından, viza və miqrasiya tələblərindən azaddırlar. Oktyabrın əvvəlində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı bildirib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir. Bortnikovun sözlərinə görə, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Rəsmilər mülki müşahidə missiyasının tək Azərbaycan və Rusiya üçün deyil, eyni zamanda İranı da narahat edəcək kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edirlər. Bəs bu hal Azərbaycanı narahat etməlidirmi? Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Qərb siyasi dairələri Cənubi Qafqaz regionunda münaqişə vəziyyətinin aradan qalxması faktı ilə heç cür razılaşa bilmirlər:"Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdikdən sonra ölkəmizə qarşı sistemli hücumların, qərəzli mövqelərin formalaşdırılmasıənın şahidi olduq. Bu ikilistandartlar siyasətinin göstəricisi idi".Professor qeyd edib ki, Avropa İttifaqının Mülki Müşahidə Missiyasının Ermənistana göndərilməsində əsas məqsəd Qərbin Cənubi Qafqaz regionunda mövcudluğunu təmin etmək idi: E.Mirbəşiroğlu bildirir ki, Fransanın Azərbaycanla sərhəddə kəşfiyyatçılarını yerləşdirməsi gələcəkdə ölkəmizlə Ermənistan arasında gərginliyin yaradılmasına hesablanıb:"Çünki Fransa Ermənistanı mütəmadi olaraq təhlükəli silahlarla silahlandırmaqdadır. Bu ilin aprelində baş tutmuş Brüssel görüşündə də Ermənistana əlavə təhlükəsizlik dəstəyinin verilməsi məsələsi ətrafında müzakirələr aparıldı. Bundan sonra Ermənistanın Fransa və ABŞ-la hərbi əməkdaşlığı sıxlaşdırıldı. ABŞ hərbi yük təyyarələrinin Ermənistana eniş etməsi ilə bağlı məlumatlar mövcudur. Sözsüz ki, Ermənistana verilən silahlar bir gün istifadə olunacaq". Ekspertin qənaətinə görə, Qərb regionda münaqişə vəziyyətini saxlamağa çalışır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240605/region-olkeleri-a-missiyasinin-casusluguna-qarsi-birge-addimlar-atmalidir---politoloq-465178110.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/13/465467734_171:0:2902:2048_1920x0_80_0_0_876390acab24ab25b608d7c7a5c0078a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, ermənistan, avropa ittifaqı, missiya, təxribat, fransa, abş
azərbaycan, ermənistan, avropa ittifaqı, missiya, təxribat, fransa, abş
Ermənistana verilən silahlar bir gün istifadə olunacaq - Professor
Professor bildirir ki, Fransanın Azərbaycanla sərhəddə kəşfiyyatçılarını yerləşdirməsi gələcəkdə ölkəmizlə Ermənistan arasında gərginliyin yaradılmasına hesablanıb.
BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan mediası yazır ki, oktyabrın əvvəlindən Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Oktyabrın 29-da isə Avropa İttifaqının Mülki Müşahidə missiyasının daha bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.
KİV iddia edir ki, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.
Qeyd etmək yerinə düşər ki, bu missiyanın statusunu aşan fəaliyyətlərə cəlb olunması mütəmadi olaraq Azərbaycan tərəfindən qəzəblə qarşılanır. 2022-ci ilin dekabrından fəaliyyətə başlayan bu missiyanın fəaliyyətinə münasibət birmənalı deyil. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bildirib ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun.
"Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq", - Azərbaycan lideri bildirib.
Ermənistan isə bu missiyanı öz təhlükəsizliyin qarantı sayır. Ermənistan XİN rəhbəri bildirib ki, Avropa İttifaqının mülki müşahidə missiyası Ermənistan üçün, xüsusilə də təhlükəsizlik baxımından həyati və son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ermənistan təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə missiyanın fəaliyyətini daha aydın etiraf edib. Onun sözlərinə görə, missiyanın məqsədi ermənilərin Aİ haqqında təsəvvürünü dəyişdirmək deyildi, lakin Aİ missiyası bunu etdi.
Qeyd edək ki, Ermənistan tərəfindən Aİ müşahidə missiyasının üzvlərinə yüksək imtiyazlar verilib. Aİ missiyasının statusu haqqında sazişə əsasən, missiyanın üzvləri saxlanıla və ya həbs edilə bilməz və şəxsi heyət bütün hallarda yerləşdiyi ölkədə cinayət təqibindən immunitetə malikdir. Avropalı müşahidəçilərin obyektləri də toxunulmazdır, missiya üzvləri gömrük prosedurlarından, viza və miqrasiya tələblərindən azaddırlar.
Oktyabrın əvvəlində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı bildirib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir.
Bortnikovun sözlərinə görə, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır.
Rəsmilər mülki müşahidə missiyasının tək Azərbaycan və Rusiya üçün deyil, eyni zamanda İranı da narahat edəcək kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edirlər.
Bəs bu hal Azərbaycanı narahat etməlidirmi?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Qərb siyasi dairələri Cənubi Qafqaz regionunda münaqişə vəziyyətinin aradan qalxması faktı ilə heç cür razılaşa bilmirlər:
"Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdikdən sonra ölkəmizə qarşı sistemli hücumların, qərəzli mövqelərin formalaşdırılmasıənın şahidi olduq. Bu ikilistandartlar siyasətinin göstəricisi idi".
Professor qeyd edib ki, Avropa İttifaqının Mülki Müşahidə Missiyasının Ermənistana göndərilməsində əsas məqsəd Qərbin Cənubi Qafqaz regionunda mövcudluğunu təmin etmək idi:
"Bu missiyanın tərkibi Almaniyanın, Fransanın güc strukturlarında çalışmış şəxslərdən ibarətdir. Bunların kəşfiyyatçı olması aşkar idi. Onların fəaliyyətinin ilk müddətində hər hansı bir hesabat ortaya qoyulmadı. Hesab edirəm ki, missiyanın fəaliyyəti regiona heç də yaxşı nəsə vəd etmir. Onlar sadəcə kəşfiyyat fəaliyyət ilə məşğuldurlar. Ermənistan hər hansı təxribat törədərkən həmin misisyanın üzvləri məqsədli şəkildə ortaya çıxır və Ermənistanın xeyrinə məlumatları tirajlamağa çalışırlar".
E.Mirbəşiroğlu bildirir ki, Fransanın Azərbaycanla sərhəddə kəşfiyyatçılarını yerləşdirməsi gələcəkdə ölkəmizlə Ermənistan arasında gərginliyin yaradılmasına hesablanıb:
"Çünki Fransa Ermənistanı mütəmadi olaraq təhlükəli silahlarla silahlandırmaqdadır. Bu ilin aprelində baş tutmuş Brüssel görüşündə də Ermənistana əlavə təhlükəsizlik dəstəyinin verilməsi məsələsi ətrafında müzakirələr aparıldı. Bundan sonra Ermənistanın Fransa və ABŞ-la hərbi əməkdaşlığı sıxlaşdırıldı. ABŞ hərbi yük təyyarələrinin Ermənistana eniş etməsi ilə bağlı məlumatlar mövcudur. Sözsüz ki, Ermənistana verilən silahlar bir gün istifadə olunacaq".
Ekspertin qənaətinə görə, Qərb regionda münaqişə vəziyyətini saxlamağa çalışır.
"Fransanın sərhəddə kəşfiyyatçılar yerləşdirməsi bizi ciddi düşündürməlidir və bunun üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bu, gələcək üçün yaxşı heç nə vəd etmir. Bu addımlar Ermənistanı növbəti təxribatlara sövq edir, həm də onun təxribat törətməsi üçün məlumat bazasının formalaşmasına gətirib çıxarır. Bütövlükdə bu baş verənlərlə regionda kövrək olan təhlükəsizlik mühiti və sülh prosesi sarsıla bilər", - Elşad Mirbəşiroğlu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.