SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Region ölkələri Aİ missiyasının casusluğuna qarşı birgə addımlar atmalıdır - Politoloq

Aİ-nin missiyas - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Abunə olmaq
Politoloq Elşən Manafov deyir ki, əslində Aİ-nin mülki təmsilçiləri bölgədə kəşfiyyat məlmatlarının toplanması ilə məşğuldur.
BAKI, 5 iyun — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib ki, Aİ-nin monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.
Qaluzin Ermənistan rəhbərliyinin "dövlətin sərhədlərini heç də qorumayan, lakin "monitorinq" adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi seçməsindən təəssüfləndiyini bildirib.
© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidMixail Qaluzin
Михаил Галузин - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Mixail Qaluzin
Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən "mülki missiyasını gücləndirmək məqsədilə" oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırıb. Qeyd edək ki, 2022-ci ilin oktyabrında regiona gələn Aİ missiyasının mövcudluğu ilə bağlı Azərbaycan tərəfinin sualları var. Bu əsasən missiyanın tərkibindəki şəxslərin keçmiş fəaliyyətləri və onların hazırda bölgədə icra etdikləri missiya ilə bağlıdır.
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a bildirir ki, Ermənistanda Aİ mülki təmsilçilərinin fəaliyyətinin qarşısının alınması üçün Rusiya XİN rəsmisinin adlarını çəkdiyi region ölkələri qarşılıqlı addımlar atmalıdır.
Onun sözlərinə görə, əslində Aİ-nin mülki təmsilçiləri bölgədə kəşfiyyat məlmatlarının toplanması ilə məşğuldur:

"Bu da Qərbin bölgədə həmin dövlətlərə münasibətdə mövcud geosiyasi reallıqlarını, konfiqurasiyasını dəyişdirmək planlarından irəli gəlir. Azərbaycanın 20220-ci ildə Ermənistan üzərində əldə etdiyi qələbəsindən və bölgəyə Rusiya sülhməramlı kontingentinin yerlşməsindən sonra bölgənin reallıqları Qərbi məmnun etməyəcək qədər dəyişmişdi. Rusiya və Azərbaycan arasında müvafiq razılıqlardan sülhməramlılar bölgəni tərk ediblər. Qərbdə belə qənaətə gəliblər ki, Rusiyanın bölgədən çıxması Cənubi Qafqaz ölkələri ilə təhdid dilində danışmaq üçün daha münasib şərait formalaşdırıb".

Politoloq qeyd edir ki, artıq Qərb tərəfindən region ölkəsi olan Gürcüstan sanksiyalarla təhdid edilir:
"Qərb Gürcüstanla yanaşı Ermənistandan istifadə edərək bölgədə konfiqurasiyanı dəyişmək istəyir. Çünki Ermənistan siyasi iqtidarı ABŞ-ın dəstəyilə hakimiyyətə gəlib. Bu komandanın qarşısında dayanan əsas vəzifələrindən biri Qərb maraqlarının təmin edilməsidir".
Elşən Manafov ABŞ prezidenti Co Baydenin Azərbaycan prezidentinə ünvanladığı məktuba diqqət çəkib. Politoloq qeyd edir ki, burada ABŞ-ın Azərbaycana olan təhdid ampluasının elementləri var:

"Qərbdə yaxşı bilirlər ki, Azərbaycan bölgədə yüksək nüfuza malikdir. Azərbaycan dövlətçiliyi ilə razılaşdırmadan Cənubi Qafqazda heç bir geosiyasi əhəmiyyət kəsb edən layihələri həyata keçirmək mümkün deyil. Əslində Qərb Azərbaycanı Brüssel və Vaşiqnton formatında gedən danışıqlarda diqtə olunan şərtlərə razı salmaq istəyir. Bu baxımdan Rusiya tərəfinin də Qərbin bölgədə aktivləşən rolundan naahatlığı anlaşılandır".

Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 05.06.2024
Politoloq Elşən Manafov
Politoloq hesab edir ki, yaranmış şəraitdə Qərb casusluq şəbəkəsinə qarşı adı çəkilən region ölkələri koordinasiya edilmiş və əməkdaşlıq müstəvi üzərində qurulmuş siyasətin həyata keçirilməsinə çalışacaqlar:
"Çünki bəlli təhdid və təzyiqlər suverenliyi təhdid edən ciddi geosiyasi faktora çevrilə bilər. İstisna etmirəm adıçəkilən ölkələrin xüsusi xidmət orqanları məlum təhdidlərin qarşısının alınması üçün əməkdaşlıqlarını genişləndirəcəklər".
Aİ missiyasının ilk gündən regionda fəaliyyəti Azərbaycan tərəfindən isti qarşılanmayıb. Missiyanın fəaliyyət sərhədləri kağız üstündə müəyyən edilsə də, onların gerçəkdə hansı vəzifələri icra etməsi qaranlıq olaraq qalır. Mütəmadi olaraq Azərbaycan sərhədinə gələn missiya nümayəndələrinin durbinlə baxaraq Azərbaycan mövqelərində nə görmək istədikləri, nəyi qeydə almaq istədikləri isə maraqlıdır.
Hər bir halda Rusiya XİN rəsmisinin xəbərdaredici açıqlaması diqətdənkənar qalmayacaq. Azərbaycan-Ermənistan sərhədində aylardır davam edən stabillik şəraitində və sərhədlərin delimitasiya porsesində müşahidə edilən müsbət dinamika fonunda bölgəyə yerləşdirilmiş Aİ missiyasının da mövcudluğu ilə bağlı məsələlər həllini tapmalı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0