DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran BMT Təhlükəsizlik Şurasına İsraillə bağlı çağırış edib

© AP Photo / Mary AltafferBMT
BMT - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
İran XİN rəhbəri qeyd edib ki, İsrailin Yaxın Şərqdə "hərbi avantüralarını" davam etdirməsi təkcə regionda deyil, bütün dünyada təhlükəsizliyə təhdid yaradır.
BAKI, 29 oktyabr — Sputnik. BMT Təhlükəsizlik Şurası müharibənin davam etməsinə və Qəzza zolağında və Livanda qan tökülməsinə görə BMT Nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq İsrailə qarşı tədbir görməli və sanksiyalar tətbiq etməlidir. Tasnim agentliyinin verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.
İran XİN rəhbəri qeyd edib ki, İsrailin Yaxın Şərqdə "hərbi avantüralarını" davam etdirməsi təkcə regionda deyil, bütün dünyada təhlükəsizliyə təhdid yaradır.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi mətbuat konfransı zamanı bildirib ki, İran Türkiyə ilə birlikdə bəzi ölkələrlə İsrailə silah tədarükünə embarqo qoyulması ilə bağlı danışıqları davam etdirir.
İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də yəhudi dövlətinə edilən hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirdiyini bildirib.
CBS News telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib. İRNA-nın məlumatına görə, İranın neft sənayesi obyektlərindən heç birinə ziyan dəyməyib. İran mediası 4 əsgərin öldüyünü bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ситуация в Секторе Газа, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.10.2024
DÜNYA XƏBƏRLƏRİ
Avropa ölkələri İsrail hakimiyyətinin qadağasını pislədi - BƏYANAT
Xəbər lenti
0