DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa ölkələri İsrail hakimiyyətinin qadağasını pislədi - BƏYANAT

© AP Photo / Abed KhaledСитуация в Секторе Газа, фото из архива
Ситуация в Секторе Газа, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
UNRWA BMT Baş Assambleyasının mandatına malikdir və onun işi bölgədəki milyonlarla fələstinli qaçqın üçün həyati və əvəzolunmazdır.
BAKI, 29 oktyabr — Sputnik. İspaniya, Sloveniya, İrlandiya və Norveç hökumətləri İsrail parlamentinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətinə qadağa qoymasını pisləyib. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı birgə press-relizdə deyilir.
"İspaniya, Sloveniya, İrlandiya və Norveç hökumətləri Knessetin (İsrail Parlamenti – red.) UNRWA-nın işğal olunmuş Fələstin ərazisində fəaliyyət göstərməsini qadağan edən qanunun qəbulunu pisləyir", bəyanatda bildirilir.
Qeyd olunur ki, UNRWA BMT Baş Assambleyasının mandatına malikdir və onun işi bölgədəki milyonlarla fələstinli qaçqın üçün həyati və əvəzolunmazdır. Beləliklə, Knessetin qəbul etdiyi qanunun BMT-nin işi üçün çox ciddi presedent yaratdığına diqqət çəkilir.
Oktyabrın 28-də İsrail Knesseti (parlamenti) BMT-nin Yaxın Şərq Agentliyinin İsraildə, eləcə də nəzarət etdiyi ərazilərdə fəaliyyətini qadağan edən qanun layihələrini təsdiqləyib.
Bundan əvvəl İsrail Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də bu ölkəyə hücumunda UNRWA-nın bəzi əməkdaşlarının iştirak etdiyini açıqlamışdı. Bununla belə, BMT-nin agentliyin fəaliyyəti ilə bağlı hesabatından belə çıxır ki, İsrail heç vaxt UNRWA əməkdaşlarının terror fəaliyyətlərində iştirak etdiyini təsdiqləyən sübut təqdim edə bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0