CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür - Deputat

© Photo : social mediaBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
Vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Dünyanın heç bir yerində bunu hökumət etmir, sığorta şirkətləri edir.
BAKI, 29 oktyabr— Sputnik. "Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir. Hər il də bunu aidiyyəti dövlət qurumları normadan artıq yağan yağıntılarla bağlayır. Amma sual olunur ki, normadan artıq yağan yağıntı küçələrdə 3 saat qalsın, lap 10 saat qalsın və sonra axıb getsin. Amma küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür. Demək bu, tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil".
Bunu parlamentin plenar iclasında deputat Razi Nurullayev deyib.
© Sputnik / Talib BarkhudayevRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Razi Nurullayev
O bildirib ki, yenə də sağ olsun dövlət nümayəndələri küçələrdə idilər və fəlakətin qarşısını almaq üçün çalışırdılar:
"Amma dünən yağan yağıntı da sübut etdi ki, Allah eləməsin, 4-5 saat, hələ günlər demirəm güclü leysan yağsa, bizi Xəzərə tökər. Hərçənd ki, 2016-cı ildə yağış suları ilə mübarizə üçün dövlət səviyyəsində işçi qrupu yaradılmışdı. Həmin işçi qrupu və ya onların varisi gördüyü işləri açıqlasa, biz də rahat olardıq. 2003-cü ildən bu günə qədər 3,5-4 milyard manata yaxın vəsait ayrılıb. O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı".
R.Nurullayev əlavə edib ki, bütün bu fəlakətlər bir neçə vacib addımların atılmasını zəruri edir:
"Birinci növbədə sığorta sistemi lazım gələrsə, lap sərt şəkildə tətbiq edilsin. Vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Dünyanın heç bir yerində bunu hökumət etmir, sığorta şirkətləri edir. Evi yanan, evi uçan, evi yağışlara qərq olan, bütün ev əşyalarını itirən vətəndaş sosial şəbəkələrdə gözyaşı tökür. Çünki çarəsizdir, amma heç kim gedib 50-100 manat verib evini sığorta etdirmək istəmir. Biz dövlətin üzərinə düşən yükü azaltmaq üçün və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə ölkə boyu sığorta sisteminin tətbiqinə nail olmalıyıq. Zorla olsa belə".
Nazirlər Kabinetində iclas keçirilib
Xatırladaq ki, oktyabrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.
İclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.
Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.
Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib.
Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
Sabunçuda evlərdə su - Sputnik Azərbaycan, 1920, 25.10.2024
CƏMİYYƏT
Sabunçudaki evlərdə su hələ də dizə çıxır, əlaqədar qurumlar isə işləmir - Video + Foto
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0