https://sputnik.az/20241025/sabuncudaki-evlerde-su-hele-de-dize-cixir-elaqedar-qurumlar-ise-islemir---video--foto-468285694.html
Sabunçudaki evlərdə su hələ də dizə çıxır, əlaqədar qurumlar isə işləmir - Video + Foto
Sabunçudaki evlərdə su hələ də dizə çıxır, əlaqədar qurumlar isə işləmir - Video + Foto
Sputnik Azərbaycan
Sabunçuda yağış zamanı su basmış evlərdə nəmişlikdən, soyuqdan yaşamaq mümkün deyil. Qaz da kəsildiyindən, adamlar islanmış geyim və ayaqqabılarından istifadə... 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T09:29+0400
2024-10-25T09:29+0400
2024-10-25T09:29+0400
su
cəmiyyət
yağış
sabunçu qəsəbəsi
sabunçu rayonu
sabunçu rayon icra hakimiyyəti
dövlət su ehtiyatları agentliyi
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468285082_0:442:883:939_1920x0_80_0_0_016f7d920c463a982f5274b1b47b70f8.jpg
BAKI, 25 oktyabr — Sputnik. Bakıda yağan yağışdan sonra evlərə dolan su hələ də aidiyyatı qurumlar tərəfindən təmizlənməyib. Bu barədə Sputnik Azərbaycan-a paytaxt sakinləri məlumat verib. Belə ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsində dörd evə su dolub. Sakin Cavid Şahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağış yağan günün üzərindən üç gün keçsə də, onun su ilə dolan evini təmizləməyə heç bir qurum gəlməyib. O, məcburən evə dolan suyu vedrələrlə daşımalı olub. Şahverdiyevin sözlərinə görə, evə su həm döşəmədən, həm də tavandan axıb. Qonşuluqdakı daha dörd ev yağışlı gündə eyni aqibətlə üzləşib. Hadisə baş verən gecədən Fövqəladə Hallar Nazirliyinin "Qaynar Xətt"inə, eləcə də Dövlət Su Ehtiyatlar Agentliyinə müraciət etsə də, evlərə dolan suyu təmizləmək üçün heç bir qurum işçi qüvvəsi göndərməyib. Çarəsiz qalan sakinlər özləri evləri sudan qismən də olsa təmizləyiblər. Həmsöhbətimiz evin altının indi də su olduğunu, evdə nəmişlik qoxusundan yaşamağın mümkün olmadığını söyləyib. Bildirib ki, su basandan sonra evdəki bütün elektriklə işləyən məişət cihazları sıradan çıxıb. Əyinlərinə geyinməyə quru paltar və ayaqqabı qalmayıb. Məişət əşyaları ilə yanaşı bütün sənədləri də yağış sularına qərq olaraq islanıb, yararsız vəziyyətə düşüb. Evinin içərisində suyun hündürlüyü 30-40 sm-ə çatıb. "Bütün bunlar az imiş kimi, qazı da kəsiblər. Nə özümüz isinirik, nə islanmış paltarları yumağa isti su var. Pəncərələri də açırıq ki, evin üfunəti getsin, üşüyürük..." - Şahverdiyev deyib.O, aidiyyatı qurumların səhlənkarlığından da şikayətlənib. Bildirib ki, indiyədək Sabunçu Rayon İcra Hakimiyyətindən evlərini su basmış sakinlərə heç bir köməklik göstərilməyib. Fövqəladə Hallar Nazirliyinin "Qaynar Xətt"inə, eləcə də Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etsələr də, cavab belə olub ki, su basan evlərin sayı çoxdur, texniki qüvvə isə çatışmır: "Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyə dəyməz. Onlar nə vaxt sakinlərin bir problemini həll ediblər ki?! Heç vaxt heç bir problemimizin həllinə kömək göstərməyiblər" - Cavid Şahverdiyev əlavə edib. Məsələ ilə bağlı Sputnik Azərbaycan Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən Gülsabah Muradova bildirib ki, rayon ərazisində su basan evlər çoxdur. Ona görə də, FHN və Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları gecə-gündüz çalışaraq növbə-növbə müraciət daxil olan ünvanlara gedirlər. Sakinə dəyən zərərin aradan qaldırılmasına gəlincə, G.Muradova buna maddi imkan olmadığını söyləyib: "Büdcəmizdə bunun üçün pul yoxdur. Ona görə də, evlərini su basan sakinlərə heç bir maddi köməklik göstərə bilmirik". Qeyd edək ki, Cavid Şahverdiyev 30 ildən çoxdur media sektorunda, 17 ildir QHT sektorunda fəaliyyət göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468285082_0:309:883:971_1920x0_80_0_0_dbdd56ae761ecbf8ea1f8ed4e50a0453.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
su, yağış, sabunçu qəsəbəsi, sabunçu rayonu, sabunçu rayon icra hakimiyyəti, dövlət su ehtiyatları agentliyi , fövqəladə hallar nazirliyi
su, yağış, sabunçu qəsəbəsi, sabunçu rayonu, sabunçu rayon icra hakimiyyəti, dövlət su ehtiyatları agentliyi , fövqəladə hallar nazirliyi
Sabunçudaki evlərdə su hələ də dizə çıxır, əlaqədar qurumlar isə işləmir - Video + Foto
Sabunçuda yağış zamanı su basmış evlərdə nəmişlikdən, soyuqdan yaşamaq mümkün deyil. Qaz da kəsildiyindən, adamlar islanmış geyim və ayaqqabılarından istifadə edə bilmirlər.
BAKI, 25 oktyabr — Sputnik. Bakıda yağan yağışdan sonra evlərə dolan su hələ də aidiyyatı qurumlar tərəfindən təmizlənməyib. Bu barədə Sputnik Azərbaycan-a paytaxt sakinləri məlumat verib. Belə ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsində dörd evə su dolub. Sakin Cavid Şahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağış yağan günün üzərindən üç gün keçsə də, onun su ilə dolan evini təmizləməyə heç bir qurum gəlməyib. O, məcburən evə dolan suyu vedrələrlə daşımalı olub.
Şahverdiyevin sözlərinə görə, evə su həm döşəmədən, həm də tavandan axıb. Qonşuluqdakı daha dörd ev yağışlı gündə eyni aqibətlə üzləşib. Hadisə baş verən gecədən Fövqəladə Hallar Nazirliyinin "Qaynar Xətt"inə, eləcə də Dövlət Su Ehtiyatlar Agentliyinə müraciət etsə də, evlərə dolan suyu təmizləmək üçün heç bir qurum işçi qüvvəsi göndərməyib. Çarəsiz qalan sakinlər özləri evləri sudan qismən də olsa təmizləyiblər.
Həmsöhbətimiz evin altının indi də su olduğunu, evdə nəmişlik qoxusundan yaşamağın mümkün olmadığını söyləyib. Bildirib ki, su basandan sonra evdəki bütün elektriklə işləyən məişət cihazları sıradan çıxıb. Əyinlərinə geyinməyə quru paltar və ayaqqabı qalmayıb. Məişət əşyaları ilə yanaşı bütün sənədləri də yağış sularına qərq olaraq islanıb, yararsız vəziyyətə düşüb. Evinin içərisində suyun hündürlüyü 30-40 sm-ə çatıb.
"Bütün bunlar az imiş kimi, qazı da kəsiblər. Nə özümüz isinirik, nə islanmış paltarları yumağa isti su var. Pəncərələri də açırıq ki, evin üfunəti getsin, üşüyürük..." - Şahverdiyev deyib.
O, aidiyyatı qurumların səhlənkarlığından da şikayətlənib. Bildirib ki, indiyədək Sabunçu Rayon İcra Hakimiyyətindən evlərini su basmış sakinlərə heç bir köməklik göstərilməyib. Fövqəladə Hallar Nazirliyinin "Qaynar Xətt"inə, eləcə də Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etsələr də, cavab belə olub ki, su basan evlərin sayı çoxdur, texniki qüvvə isə çatışmır:
"Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyə dəyməz. Onlar nə vaxt sakinlərin bir problemini həll ediblər ki?! Heç vaxt heç bir problemimizin həllinə kömək göstərməyiblər" - Cavid Şahverdiyev əlavə edib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən Gülsabah Muradova bildirib ki, rayon ərazisində su basan evlər çoxdur. Ona görə də, FHN və Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları gecə-gündüz çalışaraq növbə-növbə müraciət daxil olan ünvanlara gedirlər.
Sakinə dəyən zərərin aradan qaldırılmasına gəlincə, G.Muradova buna maddi imkan olmadığını söyləyib:
"Büdcəmizdə bunun üçün pul yoxdur. Ona görə də, evlərini su basan sakinlərə heç bir maddi köməklik göstərə bilmirik".
Qeyd edək ki, Cavid Şahverdiyev 30 ildən çoxdur media sektorunda, 17 ildir QHT sektorunda fəaliyyət göstərir.