https://sputnik.az/20241026/oktyabr-ayinin-muavinet-ve-teqaudleri-odenilib-468317674.html
Oktyabr ayının müavinət və təqaüdləri ödənilib
Oktyabr ayının müavinət və təqaüdləri ödənilib
Sputnik Azərbaycan
Vətəndaşlar ödənişlərini müvafiq bankların bankomatlardan əldə edə bilərlər. 26.10.2024, Sputnik Azərbaycan
2024-10-26T10:39+0400
2024-10-26T10:39+0400
2024-10-26T10:40+0400
azərbaycan xəbərləri
pensiya
müavinət
sosial müdafiə
əmək və əhalinin sosial müdafiə nazirliyi
dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933065_0:0:1920:1080_1920x0_80_0_0_6069bcb6f584ac92ddd4cae2ac96f140.jpg
BAKI, 26 oktyabr - Sputnik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödəyib.Bu barədə Fond məlumat yayıb.Bildirilib ki, vətəndaşlar ödənişlərini müvafiq bankların bankomatlardan əldə edə bilərlər.Xatırladaq ki, son günlər pensiya və müavinətlərin ödənişinin geckdirilməsi əhali arasında narazılığa səbəb olub. Pensiyaçılar qeyd ediblər ki, neçə illərdir, pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. İndi qrafik dəyişib, pensiyalar gecikir. İndi hər günə 1.20 AZN faiz cərimə hesablanır. Pensiyaların ödəniş qrafiki niyə dəyişib?Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin gecikməsi ilə bağlı açıqlama yayıb. DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.Bu ay isə Bakı və Sumqayıt, Abşeron sakinləri pensiyanı oktyabrın 20-də, bölgələr isə 25-dən tez almayıb. Bu da kreditini pensiya və digər sosial müavinətlə ödəyən vətəndaşlar üçün problem yaradıb. Banklar onlara kredit ödənişini gecikdirdikləri üçün cərimə hesablayıb.
https://sputnik.az/20241025/kredit-alan-pensiyacilar-cetin-durumda-her-gun-120-azn-cerime-hesablanir-468268987.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933065_240:0:1680:1080_1920x0_80_0_0_9954962c2a8a86a217eda2a5d1f5c773.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, müavinət, sosial müdafiə, əmək və əhalinin sosial müdafiə nazirliyi, dövlət sosial müdafiə fondu
pensiya, müavinət, sosial müdafiə, əmək və əhalinin sosial müdafiə nazirliyi, dövlət sosial müdafiə fondu
Oktyabr ayının müavinət və təqaüdləri ödənilib
10:39 26.10.2024 (Yenilənib: 10:40 26.10.2024) Vətəndaşlar ödənişlərini müvafiq bankların bankomatlardan əldə edə bilərlər.
BAKI, 26 oktyabr - Sputnik. Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödəyib.
Bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar ödənişlərini müvafiq bankların bankomatlardan əldə edə bilərlər.
Xatırladaq ki, son günlər pensiya və müavinətlərin ödənişinin geckdirilməsi əhali arasında narazılığa səbəb olub. Pensiyaçılar qeyd ediblər ki, neçə illərdir, pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. İndi qrafik dəyişib, pensiyalar gecikir. İndi hər günə 1.20 AZN faiz cərimə hesablanır.
Pensiyaların ödəniş qrafiki niyə dəyişib?
Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin gecikməsi ilə bağlı açıqlama yayıb. DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.
Bu ay isə Bakı və Sumqayıt, Abşeron sakinləri pensiyanı oktyabrın 20-də, bölgələr isə 25-dən tez almayıb. Bu da kreditini pensiya və digər sosial müavinətlə ödəyən vətəndaşlar üçün problem yaradıb. Banklar onlara kredit ödənişini gecikdirdikləri üçün cərimə hesablayıb.