https://sputnik.az/20241025/kredit-alan-pensiyacilar-cetin-durumda-her-gun-120-azn-cerime-hesablanir-468268987.html
Kredit alan pensiyaçılar çətin durumda: Hər gün 1,20 AZN cərimə hesablanır
Kredit alan pensiyaçılar çətin durumda: Hər gün 1,20 AZN cərimə hesablanır
Sputnik Azərbaycan
Ekspert deyir ki, kreditin gecikdirilməsinə görə faizin hesablanmaması bankların insafına qalıb. 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T09:01+0400
2024-10-25T09:01+0400
2024-10-25T09:01+0400
pensiya
cəmiyyət
əli məsimli
millət vəkili əli məsimli
maliyyə məsələləri üzrə ekspert əkrəm həsənov
əkrəm həsənov
əmək və əhalinin sosial müdafiə nazirliyi
bank
bakı
sumqayıt
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_0:160:3073:1888_1920x0_80_0_0_89f2153946c35b0c7ebba365c4fca585.jpg
BAKI, 25 oktyabr — Sputnik. "Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir. İndi hər günə 1.20 AZN faiz cərimə hesablanır". Bunu Sputnik Azərbaycan-a paytaxt sakini Razi Abbasbəyli bildirib. O, deyib ki, pensiyaların ödəniş qrafikinin dəyişməsi əlavə cərimələrin yaranmasına səbəb olur: "Ya rəsmi qurumlar banklara onsuz da çətin durumda olan təqadçülərlə bağlı gecikmə faizi hesablanmaması barədə müzakirə aparsın, ya da banklar yeni qrafik tətbiq etsin. Onsuz da pensiyasının yarıdan çoxunu müalicəsi üçün kreditə ödəyən ata-analarımız bir də gecikməyə görə faiz cəriməsi ödəməsin". Məsələ bankların insafına qalıb Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pensiya və digər müavinətlərin verilmə qrafikinin dəyişməsinin bankların tərtib etdiyi qrafikə aidiyyatı yoxdur. "Vətəndaş bankdan kredit götürəndə aldığı əmək haqqını, pensiyanı və digər müavinətləri gəlir kimi göstərir. Bankla müştəri arasında bağlanmış müqavilədə də həmin gəlirlə bağlı hər hansı müddəa yoxdur ki, gecikərsə o da krediti gecikdirsin. Müştəri bağladığı müqavilədə göstərilən öhdəliyinə əməl edərək göstərilən tarixdə kreditini ödəməlidir. Əgər pensiya yaxud əmək haqqının verilməsi gecikirsə, vətəndaş kredit götürdüyü banka yaxınlaşaraq müraciət etməlidir. Əks halda bank kreditin ödənilməsinə görə cərimə faizi hesablamaqda haqlıdır" - Əkrəm Həsənov bildirib. Ekspert deyir ki, kreditin gecikdirilməsinə görə faizin hesablanmaması bankların insafına qalıb: "Müştəri kreditin özündən asılı olmayan səbəbə görə gecikdiyini banka izah etməlidir. Banklar isə bunu nəzərə ala bilərlər. Çünki, burada vətəndaşın özündən asılı olmayan amillər var. Dövlət tərəfindən pensiya və müavinətlərin ödəniş qrafiki dəyişdiyi üçün banklar da kredit ödəniş qrafikini dəyişə bilərlər. Bu məsələdə banklar müştəriyə anlayış göstərməlidir". Pensiyaların ödəniş tarixinin dəyişməsi vətəndaşlara problem yaradır Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli öz Facebook sosial şəbəkə hesabında bu problemlə bağlı banklara çağırış edib. Deputat bildirib ki, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir. Çünki əvvəlki qrafikə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdi. İnsanlar da buna uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdı və onların kartları birbaşa həmin tarixdə kreditlərin ödənilməsinə yönəldirilirdi. Deputat hesab edir ki, bir sıra hallarda pensiyalar vətəndaşın ailəsinin yeganə gəlir mənbəyidir və belə vəziyyətdə qrafikin dəyişilməsi düzgün deyil: "Pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir. Yox, əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımındandan yanaşılacaqsa, onda son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunmalıdır". Banklar pensiyaçılara güzəştə getməlidir Deputat əlavə edib ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsinlər:"Yəni onsuz da çətin durumda olan pensiyaçılara gecikmə faizi hesablamasın və tətbiq edilməsin. Pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat böyük puldur. Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir?!.." Pensiyaların ödəniş qrafiki niyə dəyişib? Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin gecikməsi ilə bağlı açıqlama yayıb. DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Bu ay isə Bakı və Sumqayıt, Abşeron sakinləri pensiyanı oktyabrın 20-də, bölgələr isə 25-dən tez almayıb. Bu da kreditini pensiya və digər sosial müavinətlə ödəyən vətəndaşlar üçün problem yaradıb. Banklar onlara kredit ödənişini gecikdirdikləri üçün cərimə hesablayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796472_170:0:2901:2048_1920x0_80_0_0_0c61766cfb511f85ae4b923c05381c3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
pensiya, əli məsimli, millət vəkili əli məsimli, maliyyə məsələləri üzrə ekspert əkrəm həsənov, əkrəm həsənov, əmək və əhalinin sosial müdafiə nazirliyi, bank, bakı, sumqayıt, sumqayıt kimya sənaye parkı, abşeron
pensiya, əli məsimli, millət vəkili əli məsimli, maliyyə məsələləri üzrə ekspert əkrəm həsənov, əkrəm həsənov, əmək və əhalinin sosial müdafiə nazirliyi, bank, bakı, sumqayıt, sumqayıt kimya sənaye parkı, abşeron
Kredit alan pensiyaçılar çətin durumda: Hər gün 1,20 AZN cərimə hesablanır
Ekspert deyir ki, kreditin gecikdirilməsinə görə faizin hesablanmaması bankların insafına qalıb.
BAKI, 25 oktyabr — Sputnik. "Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir. İndi hər günə 1.20 AZN faiz cərimə hesablanır".
Bunu Sputnik Azərbaycan-a paytaxt sakini Razi Abbasbəyli bildirib. O, deyib ki, pensiyaların ödəniş qrafikinin dəyişməsi əlavə cərimələrin yaranmasına səbəb olur:
"Ya rəsmi qurumlar banklara onsuz da çətin durumda olan təqadçülərlə bağlı gecikmə faizi hesablanmaması barədə müzakirə aparsın, ya da banklar yeni qrafik tətbiq etsin. Onsuz da pensiyasının yarıdan çoxunu müalicəsi üçün kreditə ödəyən ata-analarımız bir də gecikməyə görə faiz cəriməsi ödəməsin".
Məsələ bankların insafına qalıb
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pensiya və digər müavinətlərin verilmə qrafikinin dəyişməsinin bankların tərtib etdiyi qrafikə aidiyyatı yoxdur.
"Vətəndaş bankdan kredit götürəndə aldığı əmək haqqını, pensiyanı və digər müavinətləri gəlir kimi göstərir. Bankla müştəri arasında bağlanmış müqavilədə də həmin gəlirlə bağlı hər hansı müddəa yoxdur ki, gecikərsə o da krediti gecikdirsin. Müştəri bağladığı müqavilədə göstərilən öhdəliyinə əməl edərək göstərilən tarixdə kreditini ödəməlidir. Əgər pensiya yaxud əmək haqqının verilməsi gecikirsə, vətəndaş kredit götürdüyü banka yaxınlaşaraq müraciət etməlidir. Əks halda bank kreditin ödənilməsinə görə cərimə faizi hesablamaqda haqlıdır" - Əkrəm Həsənov bildirib.
Ekspert deyir ki, kreditin gecikdirilməsinə görə faizin hesablanmaması bankların insafına qalıb:
"Müştəri kreditin özündən asılı olmayan səbəbə görə gecikdiyini banka izah etməlidir. Banklar isə bunu nəzərə ala bilərlər. Çünki, burada vətəndaşın özündən asılı olmayan amillər var. Dövlət tərəfindən pensiya və müavinətlərin ödəniş qrafiki dəyişdiyi üçün banklar da kredit ödəniş qrafikini dəyişə bilərlər. Bu məsələdə banklar müştəriyə anlayış göstərməlidir".
Pensiyaların ödəniş tarixinin dəyişməsi vətəndaşlara problem yaradır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli öz Facebook sosial şəbəkə hesabında bu problemlə bağlı banklara çağırış edib. Deputat bildirib ki, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir. Çünki əvvəlki qrafikə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdi. İnsanlar da buna uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdı və onların kartları birbaşa həmin tarixdə kreditlərin ödənilməsinə yönəldirilirdi.
Deputat hesab edir ki, bir sıra hallarda pensiyalar vətəndaşın ailəsinin yeganə gəlir mənbəyidir və belə vəziyyətdə qrafikin dəyişilməsi düzgün deyil:
"Pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir. Yox, əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımındandan yanaşılacaqsa, onda son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunmalıdır".
Banklar pensiyaçılara güzəştə getməlidir
Deputat əlavə edib ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsinlər:
"Yəni onsuz da çətin durumda olan pensiyaçılara gecikmə faizi hesablamasın və tətbiq edilməsin. Pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat böyük puldur. Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir?!.."
Pensiyaların ödəniş qrafiki niyə dəyişib?
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin gecikməsi ilə bağlı açıqlama yayıb. DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili bildirib ki, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.
Bu ay isə Bakı və Sumqayıt, Abşeron sakinləri pensiyanı oktyabrın 20-də, bölgələr isə 25-dən tez almayıb. Bu da kreditini pensiya və digər sosial müavinətlə ödəyən vətəndaşlar üçün problem yaradıb. Banklar onlara kredit ödənişini gecikdirdikləri üçün cərimə hesablayıb.