https://sputnik.az/20241025/qadin-gulescimiz-dunya-cempionu-oldu-468316266.html
Qadın güləşçimiz dünya çempionu oldu
Qadın güləşçimiz dünya çempionu oldu
Sputnik Azərbaycan
Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı davam edir. 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T22:04+0400
2024-10-25T22:04+0400
2024-10-25T22:04+0400
idman
güləş
qadın
dünya çempionu
azərbaycan
albaniya
https://cdnn1.img.sputnik.az/img/07e8/05/18/464904449_0:0:924:520_1920x0_80_0_0_0b06ef016369c404fefc8bc078709ddf.jpg
BAKI, 25 oktyabr - Sputnik. Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında güləşçimiz Jalə Əliyeva dünya çempionu olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.Belə ki, mundialın dördüncü günündə Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0.Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/18/464904449_19:0:859:630_1920x0_80_0_0_ec4023e0847d14d4afe3ff830d67c355.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güləş, qadın, dünya çempionu, azərbaycan, albaniya
güləş, qadın, dünya çempionu, azərbaycan, albaniya
Qadın güləşçimiz dünya çempionu oldu
Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı davam edir.
BAKI, 25 oktyabr - Sputnik. Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında güləşçimiz Jalə Əliyeva dünya çempionu olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
Belə ki, mundialın dördüncü günündə Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0.
Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.