SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan liderlərinin Kazan danışıqları nə vəd edir?

© Sputnik / Александр Казаков / Mediabanka keçidAzərbaycan və Ermənistan liderləri
Azərbaycan və Ermənistan liderləri - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
Siyasi analitik Nadir Şəfiyev bildirib ki, Azərbaycan-Ermənistan danışıqlar prosesinin pozulması hər zaman Qərbin müdaxiləsi ilə baş verib.
BAKI, 25 oktyabr — Sputnik. XVI BRİKS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrində qeyd olunur ki, XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib.
Xatırladaq ki, bu görüş iki ölkə lideri arasında yeddi aylıq fasilədən sonra baş tutan ilk görüş idi.
Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətinə diqqət çəkib.

"Qeyd etmək çox xoşdur ki, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi başlayıb. Bu, sülh müqaviləsinə aparan düzgün yoldur və bu gün Azərbaycan Prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz bizim üçün müsbət hadisədir", - Putin bildirib.

© Sputnik / Алексей ФилипповVladimir Putin sammitdə
Vladimir Putin sammitdə - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Vladimir Putin sammitdə
Kazan görüşündə tərəflərin apardığı danışıqlar sülh prosesinin gələcəyi ilə bağlı ümidlər yaradıb.
Politoloq Fərhad Məmmədov bildirib ki, liderlərin görüşü tammiqyaslı formada keçdi:

"Danışıqlarda bu prosesin içində olan hər kəs iştirak edirdi. Bu da danışıqların bütün gündəliyi əhatə etməsinə imkan verirdi. Görünən odur ki, Türkiyə, Rusiya, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin fərqli sahələrində irəliləyişin olmasında maraqlıdır. Görüşün keçirilməsi ona işarə edir ki, hər iki siyasi lider yaxın gələcəkdə hər hansı bir qərarın qəbul edilməsi üçün siyasi iradə nümayiş etdirirlər".

© Sputnik / Murad OrujovFərhad Məmmədov
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Fərhad Məmmədov
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirir ki, bu görüş beynəlxalq ictimaiyyətə vacib siyasi mesaj idi:

"İki ölkə başçısı öz siyasi iradəsinə uyğun olaraq sülh prosesini irəli aparmağa iddialıdırlar. Amma hələ də ciddi problemlərin qalması ortadadır və qısa müddətdə böyük irəliləyiş gözləmək lazım deyil. Azərbaycan üçün problemli məsələ Ermənistan Konstitusiyası ilə bağlıdır. Ermənistanın hərbi işğalına son qoyulsa da, siyasi, ideoloji səviyyədə işğal hələ də davam edir. Azərbaycanın məqsədi odur ki, referendum ərəfəsində Ermənistandakı ictimai diskusiyalarda qalan məsələləri həll edilsin. Yəni, Ermənistan ictimaiyyəti bu referendum vasitəsilə cavab versin ki, onlar dırnaqarası Miatsum xəyallarından imtina ediblər. Təbii ki, Paşinyan və digər siyasətçilərin bəyanatları müsbət məqamdır, ancaq bizə Ermənistan ictimaiyyətinin bunu təsdiqləməsi lazımdır".

© Photo : TeleqrafTofiq Zülfüqarov
Tofiq Zülfüqarov - Azərbaycanın Latviyadakı sabiq səfiri  - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Tofiq Zülfüqarov
Diplomatın fikrincə, COP29 zamanı hər hansı bir sazişin imzalanması istisna edilmir.
"Lakin Azərbaycan üçün mənasız bir kağızı imzalamaq lazım deyil. Biz hərbi işğala məruz qalmışıq. İndi də işğalın bütün qalıqlarını aradan qaldırmaqla məşğuluq. Bu baxımdan Ermənistan ictimaiyyətində müzakirələr bizim üçün vacibdir", - Tofiq Zülfüqarov fikirlərini yekunlaşdırıb.
Siyasi analitik Nadir Şəfiyev isə bildirib ki, Azərbaycan-Ermənistan danışıqlar prosesinin pozulması hər zaman Qərbin müdaxiləsi ilə baş verib:

"Son zamanlar Avropa Şurası, Fransa və ABŞ bölgədə gedən prosesləri gərginləşdirən əsas aktor kimi çıxış edirlər. Nəzərə alsaq ki, BRİKS sammitindən öncə ABŞ lideri Bayden hər iki ölkə liderinə məktub ünvanlayıb, bunu sülh prosesinə təkan kimi qiymətləndirə bilərdik. Baydenin Paşinyana ünvanladığı məktubda Qarabağı köünllü tərk etmiş ermənilərin taleyi və 2023-cü il sentyabrında həyata keçirilmiş antiterror əməliyyatının araşdırılması ilə bağlı eyhamı diqqət çəkən məqamdır. Bu isə Azərbaycana qarşı qərəzli mövqeyin ifadəsi sayıla bilər".

© Sputnik / Murad OrujovNadir Şəfiyev
60-е заседании клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Nadir Şəfiyev
Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan öz aralarında danışıb, irəliləyiş əldə edə bilirlər. Baydenin məktubu isə prosesi ləngidə biləcək amillərdəndir.
"Bu məqamda Azərbaycan irəli sürdüyü şərtləri bir qədər də dəqiqləşdirməli olacaq. Əgər bundan əvvəl biz konstitusiya dəyişikliyinin zəruriliyindən danışırdıqsa, indi elə bir vəziyyət yaradılmalıdır ki, Ermənistanda hakimiyyət dəyişiklik olacağı təqdirdə konstitusiyanın bu hissəsində geri dönüş mümkün olmasın. Düşünürəm ki, ümumi olaraq prosesdə müəyyən irəliləyiş olacaq. Lakin elə mexanizmlər olmalıdır ki, vasitəçilik etmək istəyən tərəflər gələcəkdə bu sazişin qorunmasına qarant kimi çıxış etsinlər. Bununla da gələcəkdə hansısa bir tərəf sülh sazişinə əngəl ola biləcək hər hansı qanunvericilik sənədi belə qəbul etmək istəsə, beynəlxalq qurumlar buna müdaxilə edə bilsin", - analitik qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məktub, arxiv - Sputnik Azərbaycan, 1920, 22.10.2024
SİYASƏT
Bayden administrasiyasının sülh arzusu hansı niyyəti güdür?
Xəbər lenti
0