https://sputnik.az/20241022/bayden-adminsitrasiyasinin-sulh-arzusu-hansi-niyyeti-gudur-468224668.html
Bayden administrasiyasının sülh arzusu hansı niyyəti güdür?
Bayden administrasiyasının sülh arzusu hansı niyyəti güdür?
Sputnik Azərbaycan
Deputatın qənaətinə görə, ABŞ-dakı erməni diasporu Azərbaycana təzyiq nəticəsində Ermənistan üçün güzəştli sülh əldə edilə biləcəyinə ümid edir. 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T19:13+0400
2024-10-22T19:13+0400
2024-10-27T00:51+0400
co bayden
siyasət
fazil mustafa
asim mollazadə
politoloq
sülh
müqavilə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/08/01/466426558_0:109:3072:1837_1920x0_80_0_0_7a1e2fb444af353d2f8711abd0401f43.jpg
BAKI, 22 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. ABŞ Prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib. Bayden bildirib ki, sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Eyni gündə ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baydenin istəyi Azərbaycan üçün önəmli deyil:Politoloq qeyd edib ki, Azərbaycan üçün sülh danışıqlarında qarşı tərəf Ermənistandır:"Tələblərimiz aydındır. Ermənistan öz qanunvericilik aktında Azərbaycanla bağlı ərazi iddialarına son qoymalıdır. Azərbaycan prezidenti də dəfələrlə bunu bəyan edib. Azərbaycanın milli maraqları hər şeydən üstündür. Düşünürəm ki, Azərbaycan ABŞ-ın istəklərinə uyğun gələn sülh müqaviləsi imzalamayacaq". M.Əsədullazadə həmçinin vurğulayıb ki, ABŞ-ın Azərbaycana münasibəti xoşagəlməzdir. Azərbaycan rəsmiləri buna qarşı sərt mövqe ortaya qoyublar.Millət vəkili Asim Mollazadə bildirir ki, bu gün dünyanın bir çox nöqtələrində aktiv müharibələr gedir:"Dünyadakı bu qeyri-stabil vəziyyətdə ABŞ administrasiyası seçkiqabağı uğur qazanmaq istəyir. Onlar hesab edirlər ki, onsuz da Azərbaycan-Ermənistan münaqişəsi bitib, işğal olunmuş torpaqlar azad edilib və belə bir şəraitdə sülh müqaviləsinin bağlanmasını mövcud administrasiyanın uğuru kimi təqdim etmək olar. Burada bir məqam da ABŞ-akı erməni diasporu ilə bağlıdır. ABŞ-da fəaliyyət göstərən erməni diasporu Azərbaycana təzyiq edilməsi üçün addımlar atır. Düşünürlər ki, ABŞ-ın Azərbaycana təzyiqi nəticəsində Ermənistan üçün güzəştli sülh əldə edə biləcəklər. Lakin bu mümkün deyil". Millət vəkilinin sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalıdır və beynəlxalq hüquqa əslanır:Millət vəkili Fazil Mustafa isə bildirir ki, sülh müqaviləsinin imzalanması tək Ermənistan üçün deyil, Azərbaycan üçün də vacibdir:"Çünki bunun müzakirə mövzusu olması narahatlıq yaradır. Sülh sazişinin imzalanmasının ləngiməsi prosesə əlavə aktorların qoşulmasına gətirib çıxarır ki, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Ermənistanın müstəqillik səviyyəsi bu məsələdə qərar verməsi üçün şübhəlidir. Amma biz yenə də öz tərəfimizdən olan məsələləri həll etməliyik. Ermənistanı sülhə təşviq etməliyik. Çünki Ermənistanın bu məsələ ilə bağlı narahatlıqları müstəqilliyinin olmamasından qaynaqlanır". Onun sözlərinə görə, hazırda Ermənistanın verəcəyi qərar bölgəyə sülhü gətirə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241021/bayden-azerbaycan-prezidenti-lham-eliyeve-mektub-unvanlayib-468184417.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/01/466426558_131:0:2862:2048_1920x0_80_0_0_57c3cc3336128f105f40b65fb7d6747f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
co bayden, fazil mustafa, asim mollazadə, politoloq, sülh, müqavilə, ermənistan
co bayden, fazil mustafa, asim mollazadə, politoloq, sülh, müqavilə, ermənistan
Bayden administrasiyasının sülh arzusu hansı niyyəti güdür?
19:13 22.10.2024 (Yenilənib: 00:51 27.10.2024) Deputatın qənaətinə görə, ABŞ-dakı erməni diasporu Azərbaycana təzyiq nəticəsində Ermənistan üçün güzəştli sülh əldə edilə biləcəyinə ümid edir.
BAKI, 22 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
ABŞ Prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib. Bayden bildirib ki, sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək.
Eyni gündə ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baydenin istəyi Azərbaycan üçün önəmli deyil:
"Əslində ABŞ prezidenti öz partiyasının nüfuzu üçün belə bir şey arzulayır. Çünki ABŞ-da yaxınlaşan prezident seçkiləri öncəsi Bayden administrasiyasna yeni uğur hekayələri lazımdır. Onlar istəyir ki, münaqişənin həll olunmasını öz adlarına çıxarsınlar. Rəsmi Bakı isə sifarişlə hərəkət etmir. Vaşinqtonda Cənubi Qafqazla bağlı məkrli siyasətin qurulduğu bir vaxtda Azərbaycan üçün ABŞ-ın istəkləri sadəcə diplomatik etika xatirinə məqbul qarşılanır".
Politoloq qeyd edib ki, Azərbaycan üçün sülh danışıqlarında qarşı tərəf Ermənistandır:
"Tələblərimiz aydındır. Ermənistan öz qanunvericilik aktında Azərbaycanla bağlı ərazi iddialarına son qoymalıdır. Azərbaycan prezidenti də dəfələrlə bunu bəyan edib. Azərbaycanın milli maraqları hər şeydən üstündür. Düşünürəm ki, Azərbaycan ABŞ-ın istəklərinə uyğun gələn sülh müqaviləsi imzalamayacaq".
M.Əsədullazadə həmçinin vurğulayıb ki, ABŞ-ın Azərbaycana münasibəti xoşagəlməzdir. Azərbaycan rəsmiləri buna qarşı sərt mövqe ortaya qoyublar.
"Yaxşı olardı ki, ABŞ Azərbaycanla münasibətlərində diqqətli addımlar atsın. Məktubla yanaşı, Maykl Karpenterin də Bakıya gəlişi ABŞ-ın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyindən qaynaqlanır", - politoloq vurğulayıb.
Millət vəkili Asim Mollazadə bildirir ki, bu gün dünyanın bir çox nöqtələrində aktiv müharibələr gedir:
"Dünyadakı bu qeyri-stabil vəziyyətdə ABŞ administrasiyası seçkiqabağı uğur qazanmaq istəyir. Onlar hesab edirlər ki, onsuz da Azərbaycan-Ermənistan münaqişəsi bitib, işğal olunmuş torpaqlar azad edilib və belə bir şəraitdə sülh müqaviləsinin bağlanmasını mövcud administrasiyanın uğuru kimi təqdim etmək olar. Burada bir məqam da ABŞ-akı erməni diasporu ilə bağlıdır. ABŞ-da fəaliyyət göstərən erməni diasporu Azərbaycana təzyiq edilməsi üçün addımlar atır. Düşünürlər ki, ABŞ-ın Azərbaycana təzyiqi nəticəsində Ermənistan üçün güzəştli sülh əldə edə biləcəklər. Lakin bu mümkün deyil".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalıdır və beynəlxalq hüquqa əslanır:
"Ermənistan rəsmiləri də etiraf edir ki, Azərbaycan torpaqlarını işağldan azad edərkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanıb. İndi sülh üçün addımlar atılmalıdır. Ermənistan rəsmiləri yalan məlumatlarla sülhə hazır olduqlarını desələr də, Azərbaycanın konkret tələbləri var. Biz istəyirik ki, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış hüququ təmin olunsun, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ləğv edilsin. Rəsmi Bakının sülhlə bağlı tələbləri beynəlxalq hüquqa əsaslanır və Azərbaycana sülh lazımdır".
Millət vəkili Fazil Mustafa isə bildirir ki, sülh müqaviləsinin imzalanması tək Ermənistan üçün deyil, Azərbaycan üçün də vacibdir:
"Çünki bunun müzakirə mövzusu olması narahatlıq yaradır. Sülh sazişinin imzalanmasının ləngiməsi prosesə əlavə aktorların qoşulmasına gətirib çıxarır ki, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Ermənistanın müstəqillik səviyyəsi bu məsələdə qərar verməsi üçün şübhəlidir. Amma biz yenə də öz tərəfimizdən olan məsələləri həll etməliyik. Ermənistanı sülhə təşviq etməliyik. Çünki Ermənistanın bu məsələ ilə bağlı narahatlıqları müstəqilliyinin olmamasından qaynaqlanır".
Onun sözlərinə görə, hazırda Ermənistanın verəcəyi qərar bölgəyə sülhü gətirə bilər.
"Əks halda sülhün gecikməsi müəyyən ziddidyətlərin davam etməsinə səbəb olacaq. Azərbaycan prinsipial mövqeyini qoruyur və sülh prosesinin bütün platformalarda həyata keçirilməsinə müəyyən dəstək verməyə çalışır. İndi ümid edirik ki, Ermənistan da bəhanələri kənara qoyacaq, revanşist və işğalçı duyğularla qəbul edilmiş konstitusiya aktını dəyişəcək. Bu addımların atılması çox vacibdir", - millət vəkili fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.