https://sputnik.az/20241023/revan-baki-ile-danisiqlar-platformasi-kimi-33den-imtina-edib-468230139.html
İrəvan Bakı ilə danışıqlar platforması kimi “3+3”dən imtina edib
İrəvan Bakı ilə danışıqlar platforması kimi “3+3”dən imtina edib
Sputnik Azərbaycan
Mirzoyan deyib ki, masada belə bir təklif yoxdur və olsa belə, ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirlər. 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T19:05+0400
2024-10-23T19:05+0400
2024-10-23T19:05+0400
ermənistan
dünya xəbərləri
ararat mirzoyan
3+3 formatı
https://cdnn1.img.sputnik.az/img/41992/88/419928879_16:0:978:541_1920x0_80_0_0_442200ec6aa4610ea1d0559554db59cb.jpg
BAKI, 23 oktyabr — Sputnik. İrəvan “3+3”ü Bakı ilə danışıqlar platforması hesab etmir, lakin bu regional formatda iştirakını davam etdirəcək.Bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.Bundan əvvəl İstanbulda regional platformanın iclasından sonra Rusiya, İran və Türkiyə İrəvan və Bakıya sülh sazişinin layihəsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.“Masada belə bir təklif yoxdur və olsa belə, biz ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirik, çünki bizim Azərbaycanla həm sülh sazişi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız var” – o, bildirib.A.Mirzoyanın sözlərinə görə, digər məsələ ondan ibarətdir ki, çoxtərəfli formatda keçirilən müxtəlif görüşlərdə xarici işlər nazirləri ikitərəfli danışıqlar aparırlar.“Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə mən də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik. Biz əsas diqqəti sülh sazişlinin mətninə yönəltdik, müsbət inkişafı təmin etməyə və sazişin mümkün qədər tez imzalanması prosesini yaxınlaşdırmağa çalışdıq”, Mirzoyan əlavə edib. Qeyd edək ki, Ermənistan parlamenti bu gün sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin əsasnaməsi layihəsini təsdiqləyib. 67 deputat əsasnamə layihəsinin lehinə səs verib. Müxalifətdə olan "Hayastan" və "Mənim şərəfim var" fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər. Bundan əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırıb. "Müxalifət hər dəfə, hətta əleyhinə səs vermək əvəzinə, məsuliyyətli qərarlar qəbul etməkdən yayınmağa üstünlük verir", deputat bildirib. Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin dağılması zamanı istifadə edilən xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini Konstitusiyaya uyğun hesab edib. Oktyabrın 21-də Milli Məclisin Xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240229/xn-bascilari-arasinda-danisiqlarin-ikinci-gunu-baslayib-462943809.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41992/88/419928879_136:0:857:541_1920x0_80_0_0_81dae9d55c54db2da60c27390343e746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ararat mirzoyan, 3+3 formatı
ermənistan, ararat mirzoyan, 3+3 formatı
İrəvan Bakı ilə danışıqlar platforması kimi “3+3”dən imtina edib
Mirzoyan deyib ki, masada belə bir təklif yoxdur və olsa belə, ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirlər.
BAKI, 23 oktyabr — Sputnik. İrəvan “3+3”ü Bakı ilə danışıqlar platforması hesab etmir, lakin bu regional formatda iştirakını davam etdirəcək.
Bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Bundan əvvəl İstanbulda regional platformanın iclasından sonra Rusiya, İran və Türkiyə İrəvan və Bakıya sülh sazişinin layihəsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından istifadə etməyi təklif ediblər.
“Masada belə bir təklif yoxdur və olsa belə, biz ona müsbət cavab verməyi məqsədəuyğun hesab etmirik, çünki bizim Azərbaycanla həm sülh sazişi, həm də delimitasiya üzrə ikitərəfli danışıqlar formatımız var” – o, bildirib.
A.Mirzoyanın sözlərinə görə, digər məsələ ondan ibarətdir ki, çoxtərəfli formatda keçirilən müxtəlif görüşlərdə xarici işlər nazirləri ikitərəfli danışıqlar aparırlar.
“Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə mən də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik. Biz əsas diqqəti sülh sazişlinin mətninə yönəltdik, müsbət inkişafı təmin etməyə və sazişin mümkün qədər tez imzalanması prosesini yaxınlaşdırmağa çalışdıq”, Mirzoyan əlavə edib.
Qeyd edək ki, Ermənistan parlamenti bu gün sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin əsasnaməsi layihəsini təsdiqləyib.
67 deputat əsasnamə layihəsinin lehinə səs verib. Müxalifətdə olan "Hayastan" və "Mənim şərəfim var" fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.
Bundan əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini məsuliyyətdən qaçmaq adlandırıb.
"Müxalifət hər dəfə, hətta əleyhinə səs vermək əvəzinə, məsuliyyətli qərarlar qəbul etməkdən yayınmağa üstünlük verir", deputat bildirib.
Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin dağılması zamanı istifadə edilən xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini Konstitusiyaya uyğun hesab edib. Oktyabrın 21-də Milli Məclisin Xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.