https://sputnik.az/20241023/neft-tedarukunun-ve-ixracinin-azalmasi-azerbaycan-iqtisadiyyatini-ne-ile-tehdid-edir-468203500.html
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
Sputnik Azərbaycan
Neft tədarükünün azalması, xüsusən də dövlət büdcəsinin "qara qızıl"ın maya dəyəri ilə əlaqələndirilməsini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatı üçün kifayət... 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T10:01+0400
2024-10-23T10:01+0400
2024-10-23T10:30+0400
neft
neft-qaz
tədarük
abşeron
azərbaycan
hasilat
energetika nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442698875_0:0:3231:1817_1920x0_80_0_0_8a8740b0dd33b3f1fab8b633387609b5.jpg
BAKI, 22 oktyabr — Sputnik. Məlum olduğu kimi, uzun illər Azərbaycanın əsas ixrac məhsulu neft olub ki, bu da ölkənin ümumi ixracının, təxminən yarısını təşkil edir. Bununla belə, son vaxtlar Azərbaycandan dünya bazarlarına "qara qızıl"ın tədarükü azalır - bu ilin üç rübündə 17,6 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% azdır. İxrac olunmuş neftin ümumi dəyəri də 9,2% azalaraq 11,8 milyard dollar olub. Bu dövrdə Azərbaycan neft məhsullarının ixracının həcmini 38,6% - 292,3 milyon dollar dəyərində 461,8 min tona qədər azaldıb. Eyni zamanda, ixrac edilən neft məhsullarının dəyəri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 36%-dən çox azalıb. Amma eyni zamanda, Azərbaycandan təbii qaz ixracı artır - 2024-cü ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkə dünya bazarına 18,4 milyard kubmetr ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur. Qeyri-neft-qaz sektorunda da şad xəbər var - 2024-cü ilin yanvar-sentyabr aylarında respublikanın qeyri-neft və qaz ixracı illik müqayisədə 1,3% artaraq 2,5 milyard dollar təşkil edib. Lakin neft tədarükünün azalması, xüsusən də dövlət büdcəsinin "qara qızıl"ın maya dəyəri ilə əlaqələndirilməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yaradır. Azərbaycan neft gəlirlərinin azalmasını necə kompensasiya edəcək və ölkə iqtisadiyyatı üçün hansı risklər var? Neft hasilatının azalması qaçılmazdır İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycandan neft və neft məhsullarının ixracı bundan sonra da azalacaq. İqtisadçının fikrincə, neft hasilatı və ixracının azalması Azərbaycanın gəlirlərini azaldır. Amma bu gün bu, nisbətən qaz gəlirləri hesabına kompensasiya olunur, baxmayaraq ki, "mavi yanacağın" tədarükü neft ixracı kimi böyük gəlirlər gətirmir. Cəfərli əmindir ki, yenə də qaz gəlirləri neft ixracının azalmasından itkiləri qismən kompensasiya edəcək. Sevindirici haldır ki, qeyri-neft sektoru böyüyür. Eyni zamanda, bu artımın tempi və həcmi yaxın illərdə neft hasilatının və satışının azalmasından yaranan itkiləri kompensasiya etməyə imkan verməyəcək" - ekspert qeyd edib. Neft hasilatının azalmasını necə dayandırmaq olar? Mütəxəssislər razılaşırlar ki, Azərbaycanda neft hasilatının pik həddi artıq keçib - bu, 2011-2012-ci illərdə, ölkədə gündəlik, təxminən 1 milyon barel hasil edilən zaman baş verib. Ölkə hökuməti, həmçinin neft hasilatının daha da azalacağını gözləyir - Energetika Nazirliyinin proqnozlarına əsasən, neft hasilatının 2023-cü ildəki 31,2 milyon tondan 2026-cı ildə 30,2 milyona qədər azalacağı gözlənilir. Bununla yanaşı, Azərbaycanda neft hasilatının gözlənilən azalma tempi ilk növbədə, bu ilin aprelində AÇG-in işlənməsinin yekun mərhələsi çərçivəsində həyata keçirilən "Mərkəzi Şərqi Azəri" layihəsinin işə salınması ilə əlaqədar ləng hesab olunur. Bu platformadan gündəlik 100 min barel neft hasil ediləcəyi planlaşdırılır ki, bu da hasilatın azalmasının kompensasiyasına mühüm töhfə olacaq. Bundan əlavə, Abşeron yarımadasının ətrafındakı dayaz sularda (Shallow Water Absheron Peninsula – SWAP) karbohidrogen ehtiyatlarının kəşfiyyatı üzrə işlər aparılır. Yatağın ilkin qiymətləndirilməsi göstərib ki, buradakı neft ehtiyatları AÇG ehtiyatları ilə müqayisə oluna bilər. Lakin yataqda belə həcmdə "qara qızıl" aşkar edilsə belə, ekspertlər hesab edirlər ki, neft hasilatı və nəqli üçün lazımi infrastrukturun yaradılması xeyli vaxt aparacaq. Məhz buna görə də Azərbaycanda neft hasilatı üzrə ortamüddətli proqnozlar tərtib edilərkən SWAP-dan neft həcmləri nəzərə alınmır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240123/azerbaycan-en-cox-hansi-olkelere-neft-ixrac-edib---cedvel-462123162.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442698875_317:0:3048:2048_1920x0_80_0_0_7d805c6223400774c4454bae5e9a82e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, tədarük, abşeron, azərbaycan, hasilat, energetika nazirliyi
neft, tədarük, abşeron, azərbaycan, hasilat, energetika nazirliyi
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
10:01 23.10.2024 (Yenilənib: 10:30 23.10.2024) Neft tədarükünün azalması, xüsusən də dövlət büdcəsinin "qara qızıl"ın maya dəyəri ilə əlaqələndirilməsini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər riskli görünür.
BAKI, 22 oktyabr — Sputnik. Məlum olduğu kimi, uzun illər Azərbaycanın əsas ixrac məhsulu neft olub ki, bu da ölkənin ümumi ixracının, təxminən yarısını təşkil edir. Bununla belə, son vaxtlar Azərbaycandan dünya bazarlarına "qara qızıl"ın tədarükü azalır - bu ilin üç rübündə 17,6 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% azdır. İxrac olunmuş neftin ümumi dəyəri də 9,2% azalaraq 11,8 milyard dollar olub.
Bu dövrdə Azərbaycan neft məhsullarının ixracının həcmini 38,6% - 292,3 milyon dollar dəyərində 461,8 min tona qədər azaldıb. Eyni zamanda, ixrac edilən neft məhsullarının dəyəri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 36%-dən çox azalıb.
Amma eyni zamanda, Azərbaycandan təbii qaz ixracı artır - 2024-cü ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkə dünya bazarına 18,4 milyard kubmetr ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur.
Qeyri-neft-qaz sektorunda da şad xəbər var - 2024-cü ilin yanvar-sentyabr aylarında respublikanın qeyri-neft və qaz ixracı illik müqayisədə 1,3% artaraq 2,5 milyard dollar təşkil edib.
Lakin neft tədarükünün azalması, xüsusən də dövlət büdcəsinin "qara qızıl"ın maya dəyəri ilə əlaqələndirilməsi Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yaradır. Azərbaycan neft gəlirlərinin azalmasını necə kompensasiya edəcək və ölkə iqtisadiyyatı üçün hansı risklər var?
Neft hasilatının azalması qaçılmazdır
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycandan neft və neft məhsullarının ixracı bundan sonra da azalacaq.
"Bu, çoxdan məlumdur, neft hasilatının azalması ilə bağlı çoxlu proqnozlar var idi. Hazırda Azərbaycan hökuməti və ölkədə karbohidrogen hasilatı üzrə beynəlxalq konsorsium "qara qızıl" istehsalının daha da azalmasının qarşısını almaq məqsədilə ən azı gələn il neft hasilatının sabitləşdirilməsi üzrə danışıqlar və işlər aparırlar", – Cəfərli "Sputnik Azərbaycan"a bildirib.
İqtisadçının fikrincə, neft hasilatı və ixracının azalması Azərbaycanın gəlirlərini azaldır. Amma bu gün bu, nisbətən qaz gəlirləri hesabına kompensasiya olunur, baxmayaraq ki, "mavi yanacağın" tədarükü neft ixracı kimi böyük gəlirlər gətirmir. Cəfərli əmindir ki, yenə də qaz gəlirləri neft ixracının azalmasından itkiləri qismən kompensasiya edəcək.
"Qeyri-neft ixracında da artım var, lakin həcm baxımından bu tədarüklər neft-qaz və ümumilikdə enerji seqmentlərindən xeyli geri qalır. Əgər faizlə götürsək, 2000-ci illərin ortalarından etibarən Azərbaycanın ixracında demək olar ki, heç nə dəyişmir: Ölkə ixracının 90% – i neft, neft məhsulları və qazdır, yalnız 10%-i qeyri – neft sektorudur", - Cəfərli bildirib.
Sevindirici haldır ki, qeyri-neft sektoru böyüyür. Eyni zamanda, bu artımın tempi və həcmi yaxın illərdə neft hasilatının və satışının azalmasından yaranan itkiləri kompensasiya etməyə imkan verməyəcək" - ekspert qeyd edib.
Neft hasilatının azalmasını necə dayandırmaq olar?
Mütəxəssislər razılaşırlar ki, Azərbaycanda neft hasilatının pik həddi artıq keçib - bu, 2011-2012-ci illərdə, ölkədə gündəlik, təxminən 1 milyon barel hasil edilən zaman baş verib.
Ölkə hökuməti, həmçinin neft hasilatının daha da azalacağını gözləyir - Energetika Nazirliyinin proqnozlarına əsasən, neft hasilatının 2023-cü ildəki 31,2 milyon tondan 2026-cı ildə 30,2 milyona qədər azalacağı gözlənilir.
Bununla yanaşı, Azərbaycanda neft hasilatının gözlənilən azalma tempi ilk növbədə, bu ilin aprelində AÇG-in işlənməsinin yekun mərhələsi çərçivəsində həyata keçirilən "Mərkəzi Şərqi Azəri" layihəsinin işə salınması ilə əlaqədar ləng hesab olunur.
Bu platformadan gündəlik 100 min barel neft hasil ediləcəyi planlaşdırılır ki, bu da hasilatın azalmasının kompensasiyasına mühüm töhfə olacaq.
Bundan əlavə, Abşeron yarımadasının ətrafındakı dayaz sularda (Shallow Water Absheron Peninsula – SWAP) karbohidrogen ehtiyatlarının kəşfiyyatı üzrə işlər aparılır. Yatağın ilkin qiymətləndirilməsi göstərib ki, buradakı neft ehtiyatları AÇG ehtiyatları ilə müqayisə oluna bilər.
Lakin yataqda belə həcmdə "qara qızıl" aşkar edilsə belə, ekspertlər hesab edirlər ki, neft hasilatı və nəqli üçün lazımi infrastrukturun yaradılması xeyli vaxt aparacaq. Məhz buna görə də Azərbaycanda neft hasilatı üzrə ortamüddətli proqnozlar tərtib edilərkən SWAP-dan neft həcmləri nəzərə alınmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.