https://sputnik.az/20240123/azerbaycan-en-cox-hansi-olkelere-neft-ixrac-edib---cedvel-462123162.html
Azərbaycan ən çox hansı ölkələrə neft ixrac edib - CƏDVƏL
Azərbaycan ən çox hansı ölkələrə neft ixrac edib - CƏDVƏL
Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, keçən il Azərbaycan 22 ölkəyə 16,2 milyard dollar dəyərində 26 milyon tondan çox neft satıb. 23.01.2024, Sputnik Azərbaycan
2024-01-23T10:00+0400
2024-01-23T10:00+0400
2024-01-23T10:54+0400
neft
iqtisadiyyat
ixrac
italiya
dövlət statistika komitəsi
israil
https://cdnn1.img.sputnik.az/img/40370/88/403708856_0:0:1800:1014_1920x0_80_0_0_192728500c3e6b44982afbe0690d4ec9.jpg
BAKI, 23 yanvar — Sputnik. 2023-cü ildə Azərbaycan neftinin ixrac edildiyi ölkələr məlum olub. Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, keçən il Azərbaycan 22 ölkəyə 16,2 milyard dollar dəyərində 26 milyon tondan çox neft satıb. İlk yerdə İtaliya gəlir İtaliya Azərbaycanın neft ixracında birinci yerdə qərarlaşıb. Belə ki, ötən il Azərbaycan İtaliyaya 7,1 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac edib. Azərbaycanın neft ixracında ikinci yerdə İsrail gəlir. Hesabat dövründə bu ölkəyə 1,4 milyard dollarlıq 2,2 milyon ton neft satılıb. Azərbaycanın neft ixracında üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1,2 milyard dollar dəyərində 2 milyon ton neft ixrac edilib. Ölkəmizin ümumi neft ixracında dördüncü və beşinci yerləri Almaniya və İspaniya tutur. Ötən il Azərbaycandan Almaniyaya 872 milyon dollar dəyərində 1,3 milyon ton neft, İspaniyaya isə 770 milyon dollar dəyərində 1,2 milyon ton neft ixrac edilib. Azərbaycanın neft ixracında sonrakı yerlərdə Çexiya, Türkiyә, Xorvatiya, Yunanıstan, Böyük Britaniya və digər ölkələr gəlir. Dəyər baxımından ən az neft isə Tailanda satılıb. Azərbaycandan bu ölkəyə keçən il 26,1 milyon dollar dəyərində 48,7 min ton neft ixrac edilib. Azərbaycanda 30,2 milyon ton neft hasil edilib Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2023-cü il ərzində Azərbaycanda 30,2 milyon ton neft hasil edilib. Neft hasilatının 17,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 4,3 milyon tonu "Şahdəniz"in, 0,3 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı isə 7,8 milyon ton təşkil edib. Keçən il ərzində ölkədə neft emalı 6,5 milyon tona yaxın təşkil edib. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2024-cü il tarixinədək 629,2 milyon ton neft hasil edilib. Neft hasilatı 7,6 faiz azalıb Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.
https://sputnik.az/20240111/azerbaycan-oten-il-ne-qeder-neft-ixrac-edib-461887070.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40370/88/403708856_153:0:1753:1200_1920x0_80_0_0_c8199813a9ff702f380038039346cf65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, ixrac, italiya, dövlət statistika komitəsi, israil
neft, ixrac, italiya, dövlət statistika komitəsi, israil
Azərbaycan ən çox hansı ölkələrə neft ixrac edib - CƏDVƏL
10:00 23.01.2024 (Yenilənib: 10:54 23.01.2024) Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, keçən il Azərbaycan 22 ölkəyə 16,2 milyard dollar dəyərində 26 milyon tondan çox neft satıb.
BAKI, 23 yanvar — Sputnik. 2023-cü ildə Azərbaycan neftinin ixrac edildiyi ölkələr məlum olub.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, keçən il Azərbaycan 22 ölkəyə 16,2 milyard dollar dəyərində 26 milyon tondan çox neft satıb.
İtaliya Azərbaycanın neft ixracında birinci yerdə qərarlaşıb. Belə ki, ötən il Azərbaycan İtaliyaya 7,1 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac edib.
Azərbaycanın neft ixracında ikinci yerdə İsrail gəlir. Hesabat dövründə bu ölkəyə 1,4 milyard dollarlıq 2,2 milyon ton neft satılıb.
Azərbaycanın neft ixracında üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1,2 milyard dollar dəyərində 2 milyon ton neft ixrac edilib.
Ölkəmizin ümumi neft ixracında dördüncü və beşinci yerləri Almaniya və İspaniya tutur. Ötən il Azərbaycandan Almaniyaya 872 milyon dollar dəyərində 1,3 milyon ton neft, İspaniyaya isə 770 milyon dollar dəyərində 1,2 milyon ton neft ixrac edilib.
Azərbaycanın neft ixracında sonrakı yerlərdə Çexiya, Türkiyә, Xorvatiya, Yunanıstan, Böyük Britaniya və digər ölkələr gəlir.
Dəyər baxımından ən az neft isə Tailanda satılıb. Azərbaycandan bu ölkəyə keçən il 26,1 milyon dollar dəyərində 48,7 min ton neft ixrac edilib.
Azərbaycanda 30,2 milyon ton neft hasil edilib
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2023-cü il ərzində Azərbaycanda 30,2 milyon ton neft hasil edilib. Neft hasilatının 17,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 4,3 milyon tonu "Şahdəniz"in, 0,3 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı isə 7,8 milyon ton təşkil edib. Keçən il ərzində ölkədə neft emalı 6,5 milyon tona yaxın təşkil edib.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2024-cü il tarixinədək 629,2 milyon ton neft hasil edilib.
Neft hasilatı 7,6 faiz azalıb
Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.