COP29 zamanı SMS icazələr olacaq? Rəsmi açıqlama

© Sputnik / Ilham MustafayevQazaxda xüsusi rejimə nəzarət
Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 19.10.2024
Abunə olmaq
COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyi barədə məlumatlara münasibət bildirib.
BAKI, 19 oktyabr — Sputnik. "Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: "İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".
VİDEOQRAFİKA. Bakıda COP29 – məqsədlər və vasitələr - Sputnik Azərbaycan, 1920, 18.10.2024
İNFOQRAFİKA
Bakıda COP29: Məqsədlər və vasitələr
Xəbər lenti
0