https://sputnik.az/20241018/bakida-cop29-meqsedler-ve-vasiteler-468143101.html
Bakıda COP29: Məqsədlər və vasitələr
Bakıda COP29: Məqsədlər və vasitələr
Sputnik Azərbaycan
Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün 14 təşəbbüsdən ibarət paket təklif edəcək. COP29-un məqsədləri və onlara nail olmaq yolları... 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T12:10+0400
2024-10-18T12:10+0400
2024-10-18T12:10+0400
cop29
infoqrafika
video-infoqrafika
iqlim
qlobal iqlim dəyişikliyi
iqlim dəyişikliyi
yaşıl
bmt
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/12/468142936_0:320:3072:2048_1920x0_80_0_0_603ab69fe94bd58c3c1059d31e2eeee8.jpg
Bakıda 2024-cü il noyabrın 11-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Konvensiyasının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu müddət ərzində Bakıya təxminən 80 min xarici qonaq gələcək. Bu günə qədər 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirakını təsdiqləyib və sayının artacağı gözlənilir. COP29-un Bakıda keçirilməsi neft və qaz hasil edən dövlətlərin iqlim dəyişikliyi məsələlərinə cəlb edilməsi baxımından çox vacibdir. Azərbaycanın da onların sırasında olmasına baxmayaraq, o, tədricən enerji keçidini həyata keçirir və 2030-cu ilə qədər parnik qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq niyyətindədir. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri "yaşıl" enerji zonası elan edilib və onların 2050-ci ilə qədər sıfır tullantılar zonasına çevrilməsi planlaşdırılır. Eyni zamanda, 2024-cü il Azərbaycanda "Yaşıl Dünya üçün Həmrəylik İli" elan edilib və bu il ərzində bir sıra enerji keçidi layihələri həyata keçirilib, həmçinin tullantıların azaldılması istiqamətində yeni təşəbbüslər elan edilib. Qeyd edək ki, Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi və onun nəticələri ilə effektiv mübarizə aparmaq üçün 14 təşəbbüsdən ibarət paket təklif edəcək. Azərbaycanın əsas təşəbbüslərindən biri "İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə fəaliyyəti Fonduna vəsaitin artırılması"dır. Təşəbbüs inkişaf etməkdə olan ölkələrdə "yaşıl" enerjinin inkişafını stimullaşdırmaq üçün 1 milyard dollar investisiya cəlb etmək məqsədi daşıyır. Bundan əlavə, COP29-da iqlim dəyişikliyi şəraitində fermerlərə, kəndlərə və kənd icmalarına dəstək olmaq üçün "Harmoniya" təşəbbüsü təqdim ediləcək. Digər bir vacib layihə isə qlobal hidrogen istifadəsi bazarının potensialının açılmasına yönəlmiş "Təmiz hidrogen" təşəbbüsü olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/12/468142936_0:0:2732:2048_1920x0_80_0_0_db5d4338c190aeeed76c764e6f7129e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cop29, видео, video-infoqrafika, iqlim, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi, yaşıl, bmt
cop29, видео, video-infoqrafika, iqlim, qlobal iqlim dəyişikliyi, iqlim dəyişikliyi, yaşıl, bmt
Bakıda COP29: Məqsədlər və vasitələr
Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün 14 təşəbbüsdən ibarət paket təklif edəcək. COP29-un məqsədləri və onlara nail olmaq yolları haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın videoqrafikasında.
Bakıda 2024-cü il noyabrın 11-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Konvensiyasının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu müddət ərzində Bakıya təxminən 80 min xarici qonaq gələcək. Bu günə qədər 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirakını təsdiqləyib və sayının artacağı gözlənilir.
COP29-un Bakıda keçirilməsi neft və qaz hasil edən dövlətlərin iqlim dəyişikliyi məsələlərinə cəlb edilməsi baxımından çox vacibdir. Azərbaycanın da onların sırasında olmasına baxmayaraq, o, tədricən enerji keçidini həyata keçirir və 2030-cu ilə qədər parnik qazlarının miqdarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq niyyətindədir.
Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri "yaşıl" enerji zonası elan edilib və onların 2050-ci ilə qədər sıfır tullantılar zonasına çevrilməsi planlaşdırılır.
Eyni zamanda, 2024-cü il Azərbaycanda "Yaşıl Dünya üçün Həmrəylik İli" elan edilib və bu il ərzində bir sıra enerji keçidi layihələri həyata keçirilib, həmçinin tullantıların azaldılması istiqamətində yeni təşəbbüslər elan edilib.
Qeyd edək ki, Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi və onun nəticələri ilə effektiv mübarizə aparmaq üçün 14 təşəbbüsdən ibarət paket təklif edəcək.
Azərbaycanın əsas təşəbbüslərindən biri "İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə fəaliyyəti Fonduna vəsaitin artırılması"dır. Təşəbbüs inkişaf etməkdə olan ölkələrdə "yaşıl" enerjinin inkişafını stimullaşdırmaq üçün 1 milyard dollar investisiya cəlb etmək məqsədi daşıyır.
Bundan əlavə, COP29-da iqlim dəyişikliyi şəraitində fermerlərə, kəndlərə və kənd icmalarına dəstək olmaq üçün "Harmoniya" təşəbbüsü təqdim ediləcək.
Digər bir vacib layihə isə qlobal hidrogen istifadəsi bazarının potensialının açılmasına yönəlmiş "Təmiz hidrogen" təşəbbüsü olacaq.