https://sputnik.az/20241018/lavrovdan-azerbaycan-ve-ermenistana-teklif-468158757.html
Lavrovdan Azərbaycan və Ermənistana təklif
Lavrovdan Azərbaycan və Ermənistana təklif
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri deyib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə problemlər qalır. 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T17:26+0400
2024-10-18T17:26+0400
2024-10-18T17:26+0400
siyasət
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
3+3 formatı
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467828156_0:0:3072:1728_1920x0_80_0_0_e1b398d300a36baacd1708fd45442cdf.jpg
BAKI, 18 oktyabr — Sputnik. Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadəni təklif edib. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu regional platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib. "Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik" - o, bildirib. Nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının tamamlanması üçün hansı platformanın ən yaxşı olduğu sualına cavab olaraq deyib: "Razılaşmaq mümkün olan platforma". "Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, "3+3" platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və İrəvan həll etməlidir" - Lavrov əlavə edib.
https://sputnik.az/20241018/mirzoyan-ermenistan-azerbaycanla-tezlikle-sulh-sazisi-imzalamaga-hazirdir-467428727.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467828156_0:0:2732:2048_1920x0_80_0_0_d635c7495b71b66878abd1f9acdd2d7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, 3+3 formatı
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, 3+3 formatı
Lavrovdan Azərbaycan və Ermənistana təklif
Rusiya XİN rəhbəri deyib ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə problemlər qalır.
BAKI, 18 oktyabr — Sputnik. Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadəni təklif edib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu regional platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik" - o, bildirib.
Nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının tamamlanması üçün hansı platformanın ən yaxşı olduğu sualına cavab olaraq deyib: "Razılaşmaq mümkün olan platforma".
"Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, "3+3" platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və İrəvan həll etməlidir" - Lavrov əlavə edib.